Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pokut yaylağı
Pokut yaylağı— Türkiyədə Rizə vilayətinin Çamlıhemşin rayonunda yerləşən bir yaylaqdır. == Haqqında == Çamlıhemşindən maşın ilə 1,5 saata çatmaq olar.21 km uzaqlıqdadır. Yolun böyük hissəsi torpaqdır."Pokut" sözü ermənicə "küləkli vadi" mənasını verir.Yerləşmə tarixi dəqiq bilinməsə də ilk yerləşmə 200 il əvvələ gedib çıxdığı güman edilir. Pokut yaylağına əsasən Ortan kəndi və Konak məhəlləsi sakinlərinin yaylaq yeridir. 1800 metr yüksəklikdən sonra ağaclar bitmədiyinə baxmayaraq bu yaylaq Qaradəniz küləyini aldığına görə burada ağaclar yetişir. Digər yaylaqlarda bu hündürlükdən sonra ağaclara rast gəlmək mümkün deyildir. Yaylanın bir tərəfindən Kaçkar və Altıbarmaq dağı, başqa tərəfindən isə Qara dəniz görünür. Hətta açıq havalarda buradan Elbrus dağının da göründüyü deyilir. Buranın sakinləri şəhər mühitinə inteqrasiya etsə də, yayladan tamamilə əllərini çəkməyiblər. Nəticədə yayladakı evlər gözəl qorunub.