Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dolerit
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pulpit
Pulpit (lat. pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizmlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizmlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları, güclənən və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən, eyni zamanda sızıldayan, küt sancılı ağrılar və s. Pulpa sinir lifləri və qan damarları ilə zəngin olan mürəkkəb birləşdirici toxuma quruluşudur. Statistikaya görə, diş xəstəlikləri arasında pulpit kariesdən sonra ikinci yeri tutur, onun bir fəsadıdır.
Spilanthes iolepis
Polett Qoddar
Polett Qoddar (ing. Paulette Goddard) — ABŞ aktrisası və prodüser. Polett Qoddar (əsl adı: Marion Polin Levi) 3 iyun 1910-cu ildə Nyu-Yorkda anadan olmuşdur. O, "Hal Roach Studios"la müqavilə imzalayır və "İspaniyadan olan uşaq" filminə çəkilir. 1932-ci ildə o, Çarli Çaplinlə tanış olur. Bir müddət keçmiş Çaplin Qoddarla birlikdə filmlər çəkməyi planlaşdırır. Beləliklə 1936-cı ildə "Yeni zamanlar" filmi meydana gəlir. Polett hətta az da olsa "Samuel Goldwyn Productions" şirkətində də bir neçə ekran əsərində çəkilir. Bu zaman ərzində o, Çarli Çaplinlə birlikdə onun Beverli Hillsdəki evində yaşayır. Onların evlilik statusu olur və 1936-cı ildə Çində ailə həyatı qururlar.