Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poliqlot
Poliqlot (yun. πολύγλωττος) — Çox dil bilən adam. Təxminən 40 dil bilən Poliqlot Yevgeni Çernyavskiy, yazırdı: "Sadəcə danışaraq hər yeni dil əvvəlkindən çox daha asandır". Əgər şərti vahid üçün birinci dilin öyrənilməsi vaxtı səylərin məbləğini qəbul etməsə, onda ikincidə artıq səylərin yarısı lazım olacaq, üçüncüyə – 1/4, dördüncüyə – 1/8 və sair" O. Kotova. Ancaq amerikalı jurnalist və filoloq Maykl Erard iddia edir ki, bir qayda olaraq, poliqlotlar, bacarıqlılar müxtəlif dillərdə danışmağa qaçmışdır, həmişə onlar yaxşı bilmirlər amma, çox dillərdə Kitab, qəzet, oxuyan poliqlotlar çox yaxşı danışırlar. Onun sözlərinə görə, hətta ən bağışlanmışlar çox olmayan altı-yeddinin arasında P. Deyniçenko dilləriylə keçmək asan bacarıqlıdır.
Poliqnot
Poliqnot (q.yun. Πολύγνωτος) — eramızdan əvvəl V əsrin ortalarında yaşamış qədim yunan sənətkarı. O, rəsm və heykəltəraşlıqla məşğul olurdu. Poliqnot Tasos adasında doğulub böyüdü, burada rəssam olan atası Aqlaofondan rəsm sənətini öyrəndi. Afina dövlət xadimi Kimonun dəvəti ilə Poliqnot Afinaya gəldi və vətəndaş hüquqları əldə etdi. Poliqnot Kiçik Mikon ilə birlikdə mumdan qayrılmış boyalar ilə naxışlı stoa (portika) (q.yun. ἡ ποικίλη στοά) üçün rəsm çəkdi, eynisini həmçinin Dioskurlar və Tesey məbədləri üçün də etdi. Adı çəkilən binalardan birincisində Poliqnot afinalıların lakedemonlarla savaşı, Teseyin amazonkalarla döyüşü, Troyanın dağılması və Marafon döyüşünü təsvir etdi. Əlvan portikin divar naxışına dövlət hesabına nahar etmək hüququ əldə etdi. Poliqnotun ən çox məşhurluq qazandığı əsərlər Lesxiyada (Delfi) çəkilmişdir, hansındaki Troyanın alınması, yunanların bu şəhəri tərk etməsi və Odisseyin yeraltı dünyaya baş çəkməsi təsvir olunmuşdur (heç biri günümüzə çatmamışdır).
Polyglot
"Poliqlot elektron lüğəti" — bu sistemə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən fransız dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir. Poliqlotun yeni 1.1 versiyasında dəstəklənən lüğətlər siyahısına 20000-ə yaxın sözdən ibarət Azərbaycan və Rus lüğəti əlavə olunmuşdur.
Poliqlot (elektron lüğət)
"Poliqlot elektron lüğəti" — bu sistemə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən fransız dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir. Poliqlotun yeni 1.1 versiyasında dəstəklənən lüğətlər siyahısına 20000-ə yaxın sözdən ibarət Azərbaycan və Rus lüğəti əlavə olunmuşdur.
Poliklet
Poliklet (b.e.ə.460–420) — Tunc dövrünün V və erkən IV əsrdə yaşamış Antik Klassik dövrün ən önəmli heykəltaraşlarından sayılır. Poliklet Arqos məktəbinin tələbəsi, Fidinin müasiri və bəzi yunan fikirlərinə görə isə hətta Fidiyə bərabər olduğu sayılır. Polikletin nəhəng qızıl və fil sümüyündən olan Argosun Heraini məbədi önündə duran Heranın abidəsi gözəlliyinə görə hətta Fidinin Zevsi ilə müqayisəyə qoyulur. Onun Doryforus (Nizə daşıyan), Diskoforos (Disk atan), Diademenos(Padşahlıq daşıyan) kimi əsərləridə var. Poliklet, Fidiylə birlikdə Klassik yunan stilini yaratmışdır. Baxmayaraq ki onun heç bir əsərinin əsli qalmayıb, lakin ədəbi mənbələrin axtarışlarına əsasən onun əsərlərinin Roman nüsxələri əsərlərini yenidən bərpasına imkan yaradır. Onun Klassik yunan stilindəki əsas tapdığı element, bədənin tarazlıq vəziyyətində rahat duruşlu və sağ ayağının dizi qatlanmış vəziyyətdə olmasıdır. Polikletin Dikoforos əsərində bu öz əksini tapır. Bu tapıntı günümüzdə Kontrapsto kimi bilinir. Mikelancelonun "David", Leonardo da Vincinin "Leda və Qu" əsəri itdikdən sonra onun sürətini çəkən Sezar Sestonun bu əsərində də bu element öz əksini tapır.
Poliqon
Poliqon və ya çoxbucaqlı (ing. Polygon) — sonlu sayda ardıcıl sınıq xəttlərdən ibarət qapalı fiqur. Poliqonlardan kompüter qrafikasında üçölçülü görünüşlü şəkillər yaratmaq üçün istifadə olunur. Adətən üçbucaqlı formasında olan poliqonlar obyektin səthinin modelləşdirilməsində, təpələrin seçilməsində və obyektlərin renderləndirilməsində istifadə edilir. Poliqon hesabı hər kadrda render edilən poliqonların sayına deyilir. Poliqonlardan istifadə beşinci nəsil videooyun konsolları ilə daha çox istifadə edilmişdir. Poliqonlar hər növbəti nəsildə daha mürəkkəb olur. Vu, Mason; Neyder, Ceki; Devis, Tom; Şreyner, Deyv. Uizli, Eddison (redaktor). OpenGL Programming Guide (ingilis) (Third edition).
"Qaraheybət" aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
Qaraheybət aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.