Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pointe
Puant, Pointe (от fr. la pointe — ucluq, bəzən; paya və ya dəbilqə) — baletdə rəqqasələrin ayaq geyimi. Paunt iki məna daşıyır: Puant ayaq barmağın uc hissəsinə deyilir. Puantla rəqs etmək — pəncə deyil məhz baş barmaqlar - puantlar üzərində rəqs etmək deməkdir. Bu rəqs sistemi baletdə XIX əsrin əvvəllərində tətbiqini taparaq onun vacib elementinə çevrilmişdir. Puanlar üzərində rəqsi ancaq qadın balet sənətçiləri ifa edirlər. Puantlar balerinaların rəqs edərkən geymiş olduqları xüsusi balet çəkmələrinin adıdır.
Coreopsis poloe
Coreopsis poloe (lat. Coreopsis poloe) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Fernando Ponte
Fernando Ponte (d. 18 iyul 1992) — Braziliyalı üzgüçü. Fernando Ponte Braziliyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Fernando Ponte birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:43.6 saniyəlik nəticə ilə 25-ci yeri tutdu və yarışı başa vurdu.
Karlo Ponte
Karlo Ponte (it. Carlo Ponte; 3 may 1890, Genuya – bilinmir) — italyan Yunan-Roma güləşçisi, Avropa çempionatının mükafatçısı. 1890-cı ildə Genuyada anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir, amma uğursuz nəticə almışdır. 1925-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Ponte Morandi
Ponte Morandi (it. ponte Morandi) - İtaliyanın Genuya şəhəri sərhədləri daxilində, Polçevera çayı üzərində A10 avtomagistralının tərkibinə daxil olan körpü. Mühəndis Rikkardo Morandinin şərəfinə adlandırılıb. 1960-cı illərdə inşa edilən körpünün hündürlüyü 90 metr olub. == Tarixi == Körpünün tikintisi 1963-cü ildə başlanmışdı və 4 il sonra bitirilmişdi. Körpünün açılışı 4 sentyabr 1967-ci ildə oldu. Mərasimdə İtaliya prezidenti Cuzeppe Saraqat iştirak edirdi. 14 avqust 2018-ci ildə körpünün Polçevera çayını keçən keçidlərindən biri üzərindəki onlarla avtomobillə birlikdə uçdu. İlkin məlumatlara görə, dağıntıya görə 39 insan həlak oldu.
Ponte Serrada
Ponte Serrada (port. Ponte Serrada) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 10561 nəfərdir. Ərazisi 570 кm²-dir. Əhalinin sıxlığı 20,7 nəfər/кm²-dir. Bələdiyyə 14 iyun 1958-ci ildə yaradılmışdır. Bələdiyyə ad gününü 7 iyulda qeyd edir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Irelande Douze Pointe
"Irelande Douze Pointe" — İrlandiyalı qrup Hind Dustin tərəfindən səsləndirilən mahnı. Mahnı 2008 Eurovision Mahnı Müsabiqəsi üçün İrlandiyanın nümayəndəsi və mahnısını təyin edəcək olan Milli Finalda yarışmağa haqq qazanmışdır. 2008-ci ilin May ayında mahnı Serbiyanın paytaxtı Belgrad şəhərində keçirilmiş 2008 Eurovision Mahnı Yarışmasında İrlandiyanı təmsil etmişdir və yarışmada yarıfinalda 22 balla On beşinci olaraq finala yüksələ bilməmişdir.
Ponte City Apartments
Ponte City Apartmens – Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən göydələn. == Ümumi məlumat == Ponte city Apartments göydələni silindr formasında tikilmişdir ki, bunun nəticəsində günəş işığı mənzillərə daxili tərfdən də girə bilir. 55 mərtəbəli bu bina 173 metrdir(567,6 fut). Bu bina yaşayış binası kimi tikilmişdi. Ponte City Apartmens göydələninin memarı Manfred Xermer olmuşdur. == Tarixi == 1970-ci illərdə bina Yohanessburqda ən nüfuzlu yaşayış binalarından biri idi, lakin 1980-ci illərin sonlarında ərazidə cinayət kəskin şəkildə çoxaldığına görə sakinlər binadan ayrıldı və bina bandalar tərəfindən tutuldu. XXI əsrin əvvəllərində bina və ətraf ərazini bərpa etmək üçün cəhdlər edilmişdir, lakin 2007-ci il ipoteka böhranı əmlak qurucularının planlarını qismən pozub. Bina 2015-ci ildən etibarən yaşayış yeridir, 24 saat mühafizə olunur və biyometrik giriş nəzarəti sistemi ilə təmin olunur.