Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polotsk
Polotsk (belar. По́лацк) — Belarus Respublikasının Vitebsk vilayətində şəhər, Polotsk bölgəsinin inzibati mərkəzi. Qərbi Dvinanın hər iki sahilində, Polota çayının axdığı yerdə yerləşir. Novopolotsk şəhəri və ən yaxın şəhər və kəndlərlə birlikdə təxminən 270 min nəfər əhalisi olan Polotsk aqlomerasiyasını təşkil edir. Belarusiyanın ən qədim şəhəridir.
Matteo Politano
Matteo Politano (3 avqust 1993, Roma) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və İtaliya milli komandasının hücumçusu.
Müqəddəs Sofiya kafedralı (Polotsk)
Müqəddəs Sofiya kafedralı (belar. Полацкі Сафійскі сабор; rus. Собор Святой Софии в Полоцке) — Belarus respublikasının Polotsk şəjərində kafedral. Kafedral şahzadə Vseslav tərəfindən 1044-1066 illəri arasında tikdirilmişdir. Polota və Qərbi Dvina çaylarının şəhərin şərq tərəfindəki qovuşduğu yerdə yerləşir və bəlkə də Belarusiyadakı ən qədim kilsədir. == Tarixi == Kafedral, Kiyevdəki və Novqoroddakı kimi, Allahın Müqəddəs Hikmətinin adını daşıyır. Öz kafedralını qurduqdan sonra izqoy knyazı olan Vseslav Kiyev taxtını ələ keçirməyə çalışdı. Lakin bu cəhdi uğusuzluqla nəticələnir və ətrafdakı ərazilərə basqın etməyə başlayır. 1067-ci ildə Böyük Novqoroda basqın edir və Müqəddəs Sofiya Kafedralını qarət edərək öz kafedralını bəzəmək üçün bir zəng və digər qənimətlər gətirir.Kafedral XI-XVIII əsrlər arasında əhəmiyyətli dərəcədə yenidən qurulmuş və ciddi şəkildə dəyişdirilmişdir. Yanlız buradakı kilsənin hissələri Vseslav dövrünə aiddir.