Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deşa Polanko
Deşa Yoleyn Polanko (ing. Dascha Yolaine Polanco; 3 dekabr 1982, Santo-Dominqo) — Dominikan-ABŞ aktrisası.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir. Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir.
Yordi Polanko
Yordi Leonel Polanko (8 iyun 1996-cı ildə anadan olub) — Yordi Polanko kimi də tanınan, Beliz Premyer Liqa təmsilçələrindən olan Belmopan Bandits klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Beliz futbolçusudur. Polanko Beliz milli futbol komandasında debütünü 29 mart 2015-ci ildə Kayman adaları millisinə qarşı oyunda etmişdir. O, 94-cü dəqiqədə Elroy Kulreni əvəz etmişdir. Həmin görüşdə Beliz rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.
Dmitriyevo Polyanka (Şaran)
Dmitriyevo Polyanka (başq. Дмитриева Поляна, rus. Дмитриева Поляна) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 6 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (50%) üstünlük təşkil edir.
Vesyolaya Polyanka (Bakalı)
Vesyolaya Polyanka (başq. Веселая Поляна, rus. Весёлая Поляна) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Kəstəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 29 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 102 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (82%) üstünlük təşkil edir.
Zelyonaya Polyanka (Əbyəlil)
Zelyonaya Polyanka kəndi (başq. Зелёная поляна) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. Совет муниципальных образований Республики Башкортостан.
Baçka Baçka-Palanka FK
Bačka futbol klubu — Serbiyanın futbol klubu. == Tarixi == Klub təsis edilmişdir 1945. rəsmi açılışı edilən 5500-ci, tutumu, 7il və Wawa Slavko Maletin 1951. il. "Bačka" vasitəsilə ilk dəfə İkinci Federal Liqa mövsümündə 1959/60 o ən böyük uğurlardan biri mövsüm 1988/89 ikinci federal liqada unikal giriş sayılır. Cəmi 16 keçirdi "Bačka" dir ikinci divizionda mövsüm . Həmçinin rübündə ən uğurlu "geri" və səhmlərin bir Yuqoslaviya Kuboku 1968-ci ildə /69-cu, zaman Hajduk Split yalnız 2 ilə mesai matçındakı : 1 keçid təmin edə bildilər. Klub milli kuboku özü final və son hissəsi isə 1993/94-cü ildə bir neçə dəfə iştirak edib "Bačka" nın finala ilə aradan zaman Nis İşçi.
Palanqa
Pаlаnqа (lit. Palanga) — Litvada kurort şəhəri. Kazimir Buqenin fikrinə görə, şəhərin adı – kurşsk mənşəlidir. Adın kökü pal- görünür ki, düzənliklərin və ya bataqlıqların landşaftı ilə əlaqədardır (məs. palös (palios) – "böyük bataqlıqlar, alçaq bataqlı yer"). Beləliklə Palanqanın ilkin adı alçaqlıq, bataqlıq, çaybasar çəmənlər və ya bunu kimi anlayışlarla bağlı ola bilər. İnsanların danışdığına görə, Palanqanın adı palanqe (lit. рalange, tərc. pəncərə altı) əmələ gələ bilər – guya ki haçansa balıqçıların evləri dənizə o qədər yaxın yerləşirdi ki, dalğa və qum evlərin pəncərə altına qədər çatırdı. Palanqa ərazisində insanların artıq 3000 il bundan əvvəl və ondan öncə yaşayırmış.
Polakia
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Polenta
Polenta (italyan dilində deyilişi: [poˈlɛnta])-İtaliyada yayılmış yemək növü.
Poilania
Epaltes (lat. Epaltes) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Erigerodes Kuntze === Heterotipik sinonimləri === Ethuliopsis F.Muell. Gynaphanes Steetz Pachythelia Steetz Poilania Gagnep.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Polona
Polona, ​​Polşa Milli Kitabxanasının və əməkdaşlıq edən qurumların kolleksiyalarından rəqəmsal kitablar, jurnallar, qrafika, xəritələr, musiqi, flayerlər və əlyazmaları təqdim edən Polşa rəqəmsal kitabxanasıdır. 2006-cı ildə fəaliyyətə başlamışdır. 12 oktyabr 2017-ci il tarixinə 2016037 obyekt[] olmuşdur ki, onlardan 863400-ü ictimai mülkiyyətdədir. Hər gün Polona 2000-ə qədər rəqəmsal obyekt əlavə edir. Müəllif hüququ ilə qorunan materiala giriş Polşa Milli Kitabxanasının Varşavadakı oxu salonlarında və ya Polşa daxilində Academica kitabxana sistemi vasitəsilə mümkündür. 2 oktyabr 2017-ci ildə Polona/2milions adlı tədbirdə Polona-nın yeni versiyası təqdim edildi. Bu ad, o dövrdə Polonada mövcud olan 2 milyondan çox obyekti xatırladı. 1944-cü ildə Varşava üsyanının süqutundan sonra almanlar tərəfindən yandırılmış qədim çapların və əlyazmaların külü olan tabut 2 milyonuncu obyekt kimi kataloqa salınıb. Onlar əslən Varşavanın Okolnik 9 küçəsindəki Krasinski Kitabxanasından idilər. Polona/2milions təkmil axtarış, mətbuat paneli və ya şəxsi kolleksiyalar kimi bir neçə funksiya təqdim edir.
Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
FK Palanga
Palanqa FK (Litva dilində-Futbolo klubas "Palanga") - Litvanın futbol klubu. Palanqa şəhərində yerləşir. == Tarixi == 2011-cü ildə yaranan komanda. “Palanqa” stadionunda keçirir.
Jolanda Kodra
Jolanda Kodra (alb. Jolanda Kodra; 1910 — 1963) — Alban yazıçısı və tərcüməçisi. Alban dilində ilk yazan qadınlardan biri idi (Selfice Çiu, Musine Kokalari). Jolanda Kobra bir çox tanınmış alban yazıçılarının əsərlərini italyan dilinə tərcümə etmişdir. == Bioqrafiyası == Jolanda 1910-cu ildə, Roma şəhərində, italyan ailəsində anadan olub. O, ssenarist və rejissor Enrico Guazzoninin qardaşı idi. Jolanda liseydə oxuduğu zamanı idman müəllimi Malo Kodra ilə tanış oldu. Malo Kodra Girokastrodan (Albaniya) olan tələbə idi. Malo Kodra Jolandanı tezliklə Albaniyaya aparır. O qısa zamanda alban dilini öyrəndi və eyni zamanda məşhur alban jurnallarında (Hylli i Dritës, Përpjekja shqiptare, Fryma və s.) şeir və məqalələrini yazmağa başladı.
Krasnaya Polyana
Krasnaya Polyanaа — Rusiyanın Krasnodar diyarının Soçi şəhərinin Adler rayonuna tabe olan şəhər tipli qəsəbə. Krasnopolyanski qəsəbəsinin inzibati mərkəzi. Soçi kurort şəhəri rayonunun bir hissəsidir. == Coğrafiyası == Krasnaya Polyana Mzımta çayının orta axarında, Qara dəniz sahilindən 38 km məsafədə, dəniz səviyyəsindən təxminən 500 metr yüksəklikdə yerləşir. Mərkəzi Soçidən 64 km cənub-şərqdə yerləşir. Kənd hər tərəfdən yüksək dağlarla əhatə olunub: şimal-qərbdən Açişxo dağı, cənub-şərqdən Aybqa silsiləsi (ən yüksək nöqtəsi Kamennıy Stolb dağı (2509,7 m). Krasnaya Polyanadakı ən yüksək müşahidə meydançası var. Krasnaya Polyanadan 15 km şimalda Baş Qafqaz silsiləsinin su ayrıcı xətti keçir. Qəsəbə üçbucaq şəklində olub bir az maili əraziyə malikdir. Buz dövründə kəndin yerində böyük buzlaqın aşağı ucu var idi.
Palanqa FK
Palanqa FK (Litva dilində-Futbolo klubas "Palanga") - Litvanın futbol klubu. Palanqa şəhərində yerləşir. 2011-cü ildə yaranan komanda. “Palanqa” stadionunda keçirir.
Poliana Okimoto
Poliana Okimoto (8 mart 1983, San Paulo) — Braziliyanı təmsil edən üzgüçü. Poliana Okimoto, 2012 və 2016-cı illərdə Braziliyanı Olimpiya Oyunlarında təmsil edib. 2016 Rio-de-Janeyro Olimpiadasında bürünc medal qazanan Poliana Okimoto, Dünya Çempionatlarında 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. O, həm də 2013-cü ildə Braziliyada "İlin qadın idmançı", FINA-nın versiyasında isə "İlin üzgüçü" seçilib. Poliana Okimoto, 2012-ci ildə Braziliya bayrağı altında Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında mübarizə aparan Okimoto, finişi qət edə bilmədi. Poliana Okimoto növbəti dəfə Olimpiya Oyunlarına, 2016-cı ildə elə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında mübarizə aparan Okimoto, 1 saat, 56 dəqiqə, 51.40 saniyə nəticə göstərdi və 25 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Polnaya çayı
Polnaya (ukr. По́вна) — Rusiyanın Rostov vilayəti və Ukraynanın Luqansk vilayəti ərazisindən axır. Derkul çayının ən iri və sol qoludur. Çayın uzunluğu 79 kilometrdir, hövzəsinin sahəsi 2390 km²-dir. Ən iri qolu Kamışnaya çayıdır. Polnaya çayı başlanğıcını Mixaylovo-Aleksandrovla kəndi yaxınlığından götürür. Çay ilk əvvəl cənuba doğru axır. Juravka xutoru yaxınlığında ona Juravka axarı tökükür. Qrekoqo yaxınlığında çay şərqə istiqamətlənir. Derkul çayının mənsəbinə 55 km qalmış ona tökülür.
Polyanna sindromu
Polyanna sindromu - “Polyanna sindromu” konsepsiyası ilk dəfə 1978-ci ildə psixoloqlar Matlin və Stanq tərəfindən irəli sürülüb. Sindrom insanın hətta pis hadisələrin belə yalnız müsbət tərəflərini görə bilməsi deməkdir. Bu sindromu araşdırmaq üçün psixoloqlar “Polyanna” əsərinə müraciət ediblər. Polyanna əsəri Amerikalı uşaq yazıçısı Elinor Hocmen Porter tərəfindən 1913-cü ildə yazılıb. Qısa zamanda «Polyanna» bir uşaq ədəbiyyatı nümunəsi olaraq uşaqların, xüsusən, də qızların sevimli əsərinə çevrilib. Roman çap olunandan sonra qəhrəmanı Polyannanı, ədəbiyyatçılar ən nikbin ədəbi personaj adlandırmışlar. «Polyanna» 11 yaşında yetim qalmış və vaxtilə zəngin olan anasının kasıb bir oğlanla ailə qurmağını heç cür bağışlaya bilməyən və illərdir küsülü olduğu xalası tərəfindən ictimai qınaqdan qurtulmaq üçün himayəyə götürülən bir qızın hekayəsidir. Qızın qeyri-adi xasiyyəti, təmiz qəlbi bir müddət sonra sərt və soyuq xalası Polli Harrinqtonu da yumşaldır. Xüsusən onun atasının öyrətdiyi «Məmnunluq oyunu» Polyannanı yaşadığı şəhərdə tezliklə məşhur edir. Bu oyuna görə insan həyatında başına gələn bütün hadisələrin gözəl yönünü tapa bilməlidir.
Roman Polanski
Roman Polanski (ing. Roman Polanski; pol. Polański, doğum adı Raymund Roman Liblinq, pol. Rajmund Roman Liebling); 18 avqust 1933[…], Paris) — Böyük Britaniya, ABŞ və Fransa kinorejissoru. Hollivudda "Rozmarinin uşağı" və "Çin məhəlləsi" kimi məşhur filmlərin rejissoru olan Polanski, 1978-ci ildən sonra karyerasına Avropada davam edib, "Doqquzuncu darvaza", "Oliver Tvist" kimi filmlərə imza atıb. Onun ən məşhur filmi 2002-ci ildə çəkdiyi "Pianoçu" sayılır. Polanski bu filmə görə "Oskar" mükafatına layiq görülsə də, mükafatı almağa getməyib. Bunun səbəbi Roman Polanskinin 1978-ci ildə 13 yaşlı qıza təcavüz etməsi ittihamı ilə ABŞ tərəfindən axtarılması olmuşdur. 31 il öncə azyaşlı qıza təcavüz etməkdə ittiham olunan və həbs edilməməsi üçün ABŞ-dən qaçan Polanski, 2009-cu il sentyabrın 27-də Sürix Film Festivalında layiq görüldüyü "Yaşam Boyu Uğur" mükafatını almaq üçün getdiyi İsveçrədə gözaltına alınıb. ABŞ-də keçirilən məhkəmə qərarlarına görə, Polanskinin 1993-cü ildə zərərçəkən tərəfə 500 min dollar ödənilməsi müqabilində tərəflər arasında razılığın əldə olunmasının mümkünlüyü bildirilib.
Fransalı İolanda
Valualı Yolanda (fr. Yolande de Valois; it. Iolanda di Valois) (23 sentyabr 1434, Tur – 23 avqust 1478, Şamberi) — Savoyya hersoqu IX Amadeusun xanımı, Savoyya hersoqinası. Atası Fransa kralı VII Çarlz, anası isə onun ikinci xanımı Anjulu Mariyadır. 1452-ci ildə Savoyya hersoqu Lüdovikin böyük oğlu Amadeusla evləndirildi. Ərinin 1465-ci ildə taxta çıxmasıyla Savoyya hersoqinası oldu. Ancaq ərinin epilepsiya xəstəsi olması səbəbilə hersoqluğun idarəsində söz sahibi olmuşdur. 1472-ci ilin martında əri IX Amadeusun vəfat etməsiylə, oğlu Filibert hersoq, özü isə taxt naibi elan edildi. Atasına qarşı ayaqlanıb onu taxtdan devirən qardaşı XI Lüdovikə qarşı Burqundiya hersoqu Cəsur Karlla ittifaq bağladı. Ancaq müttəfiq qoşunların 1476-cı ildə fransızlara məğlub olmasının ardından, oğlu bütün bu itkilərin səbəbkarı olaraq anasını gördü və onu həbs etdirdi.
İolanta Ulyeva
İolanta Yevgenyevna Ulyeva (rus. Иоланта Евгеньевна Ульева; 27 iyul 1976, Karaqanda vilayəti)— Qazaxıstanlı yüngül atlet, güllə və disk atma üzrə mütəxəssis. O, 1990-2000-ci illərdə Qazaxıstan millisinin atletika yığmasında çıxış edib, dördqat Mərkəzi Asiya Oyunları çempionu, Şərqi Asiya Oyunlarının bürünc medalı sahibi, qapalı məkanlarda keçirilən Asiya çempionatının iki dəfə gümüş mükafatçısı, respublika əhəmiyyətli çempionatların dəfələrlə qalibi, üç dəfə Yay Olimpiya Oyunlarının iştirakçısı olub. O, Karaqandanı təmsil edib. Qazaxıstan Respublikasının beynəlxalq dərəcəli idman ustasıdır. Atletika üzrə məşqçidir. İolanta Ulyeva 27 iyul 1976-cı ildə Qazaxıstan SSR-in Karaqanda vilayətində anadan olub. O, beynəlxalq səviyyədə ilk uğurunu 1994-cü ildə Qazaxıstan milli komandasında Cakartada keçirilən yeniyetmələr arasında Asiya çempionatında çıxış edərək güllə atıcılığı üzrə gümüş medal qazanaraq əldə etmişdi. 1997-ci ildə o, güllə atmada Alma Atada keçirilən Mərkəzi Asiya Oyunlarının qalibi olub. 1999-cu ildə Bişkekdə keçirilən Orta Asiya Oyunlarında güllə və disk atmada bütün rəqiblərini üstələyib.
Həsən Polatkan
Həsən Polatkan (türk. Hasan Polatkan; 1915, Əskişəhər – 16 sentyabr 1961, İmralı, Bursa vilayəti) — Krım tatar əsilli türk siyasətçi və iqtisadçısı. 1950-ci ilin may-dekabr ayları arasında qısa müddətə Əmək və Sosial Müdafiə naziri, 1950-60-cı illərdə isə Türkiyə Cümhuriyyətinin Xəzinə və Maliyyə naziri vəzifələrində çalışıb. 27 may çevrilişindən sonra başlayan Yassıada məhkəmələri nəticəsində baş nazir Adnan Menderes və Xarici İşlər naziri Fatin Rüştü Zorlu ilə birlikdə İmralı adasında edam edilib. == Həyatı == İbtidai və orta təhsilini Əskişəhərdə alan Həsən Polatkan, 1936-cı ildə Siyasi Elmlər Məktəbini bitirib. Elə həmin il Ziraat Bankında müfəttiş köməkçisi kimi işə başlayan Həsən bəy 3 ildən sonra müfəttiş vəzifəsinə təyin olunub. O, 21 iyul 1946-cı ildə Demokrat Partiyasından (DP) Əskişəhər millət vəkili seçilib. 14 may 1950-ci ildə keçirilən ümumi seçkilərdə yenidən Əskişəhər millət vəkili seçilən Polatkan mayın 22-də Adnan Menderes tərəfindən qurulan ilk hökumətdə Əmək və Sosial Müdafiə naziri vəzifəsinə təyin olundu. Dekabrın 14-də Xəzinə və Maliyyə naziri vəzifəsinə təyin edilən Polatkan, sonrakı dörd Menderes hökumətində də bu vəzifəsini davam etdirdi. Polatkanın dəstəyi ilə həyata keçirilən fiskal siyasətlər yüksək və davamlı inflyasiyaya səbəb oldu.
Polakia paradoxa
Salvia aristata (lat. Salvia aristata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.