Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bomarea
Bomarea (lat. Bomarea) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki cinsi əsasən And dağları üçün səciyyəvi olsa da, bəzən Mərkəzi Amerika, Meksika və Qərbi Hindistanda da rast gəlinə bilər. Bomarea cinsinə aid bəzi növlər dekorativ bitki kimi yetişdirilir. Bu cinsin nümayəndələri eyni fəsiləyə aid Alstroemeria cinsinə bənzəyir. Bomarea cinsi dörd yarımcinsə bölünür: Baccata, Bomarea, Sphaerine və Wichuraea. Bunlardan ən böyüyü təxminən 70 növü olan Bomarea-dır. Cinsə təxminən 110-122 arası növ daxildir.
Remarka
Remarka (fr. remarque) - Pyes müəllifinin, hadisənin hansı şəraitdə gedəcəyini, personajların davranışının və xarici görkəminin xüsusiyyətlərini səciyyələndirən izahı. Səhnədə oxunmur, aktyorlar və rejissorlar üçün göstəriş rolunu oynayır. Çox zaman mötərizə içərisində verilir. Obrazın zahiri görkəmi, yaşı, səhnəyə gəlməsi və getməsi, hisləri və hərəkətləri barədə izahatdır. Pyesin oxucuları üçün məlumat, izahat mənbəyidir.
Tomarza
Tomarza (türk. Tomarza) — Kayseri ilinin ilçəsi.
Marka
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Aquila pomarina
Kiçik xallı qartal (lat. Clanga pomarina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü.
Clanga pomarina
Kiçik xallı qartal (lat. Clanga pomarina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü.
Helix pomatia
Üzüm ilbizi (lat. Helix pomatia) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü. == Təsviri == Tənək ilbizi ağciyərlilər yarımsinfinin saplaqgözlülər dəstəsinə daxildir. Təbiətdə geniş yayılmışdır. Ona üzüm bağlarında, kolluqlarda, otlaqlarda və digər yerlərdə rast gəlinir. === Quruluşu === Tənək ilbizlərində bədən spiralvari burulmuş bütöv çanaq içərisində yerləşir. Spiral sağtərəf istiqamətində bir neçə dövrə vurur. Onun zirvəsi distal tərəfdə, əks tərəfində isə çanağın ağzı yerləşir. Çanaq sarımtıl-qonur rəngdədir, üzərində uzununa zolaqlar olur, assimetrikdir. Çanağın içərisində ilbizin bədəni yerləşir.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Batıray Omarla
Batıray Omarla (1820, Urax[d], Dağıstan MSSR – 1902, Dargi dairəsi, Dağıstan vilayəti) — Dağıstan şairi, XIX əsrdə yaşamış lirik, dargin ədəbiyyatının qurucularından biri. == Həyatı == Omarla (tərcümədə - Ömərin oğlu) Batıray 1831-çi ildə Dargin rayonunun Urax kəndində (Dağıstan Respublikasının indi Sergokalinsky rayonu), darginets milliyyətində anadan olmuşdur. Şairin atası Ömər sağlamlığı və cəsarəti ilə seçilirdi. Bir sıra hallar Öməri yerli xana Nöker kimi xidmət etməyə məcbur etdi. Nöker Ömərə xidmət etmək uzun sürmədi, döyüşlərdən birində ağır yaralandı və tezliklə aldığı yaradan öldü. Şair yaradıçılığında Dörd və ya səkkiz misralı şeirlər qoşmuş, onlardan yalnız bir hissəsi dövrümüzədək gəlib çatmışdır. Şeirləri ilk dəfə 1928-ci ildə toplanaraq çap edilmişdir. Batıray şeirlərində kənd adamlarının, xalq qəhrəmanlarının obrazını yaratmış, dağlı qadınlarını müdafiə etmişdir. Dargin Dövlət Teatrına Batırayın adı verilmişdir. Omarla 1910-cu ildə Urax kəndində vəfat etmişdir.
Mersedes (marka)
Mersedes — 1901–1926-cı illər arasında Gottlieb Daimlerin şirkəti olan Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie ilə birləşdikdən sonra marka adı Mercedes-Benz olaraq dəyişdirilmişdir. == Markanın yaranması == 1897-ci ildə Fransanın Nitsa şəhərində yaşayan Avstriya taciri və Avstriyanın Nitsadakı baş konsulu Emil Yellinek, Gottlieb Daimlerin zavodunda olur və maşın alır. Beynəlxalq maliyyə dünyası və aristokratiya ilə yaxşı əlaqələrə sahib olan Jellinek, Daimler avtomobili ilə Fransız Rivierasında böyük diqqət çəkir. Daha sonra Yelinek, 1899-cu ildə 23 at gücünə malik mühərrik ilə təchiz olunmuş Daimler yarış avtomobilinə böyük qızı Mersedesin adını verir və bu maşın ilə Nitsa yarışında iştirak edərək birinci olur. Bu müvəffəqiyyətdən sonra Yelinek Daimler fabrikinə 36 avtomobil sifariş verir və bu vasitələrin Mercedes adlandırılmasını tələb edir. Emil Yelinekin əldə etdiyi satış müvəffəqiyyətindən sonra Daimler 1901-ci ildən sonra istehsal etdiyi avtomobilləri "Mersedes" adlandırmaq qərarına gəlir. 23 iyun 1902-ci ildə Mercedes marka adı kimi qeydiyyata alınmışdır. 26 sentyabr 1902-ci il tarixindən etibarən də qanunla da müdafiə edilir.
Pomak dili
Pomak dili — Hind-Avropa dil ailəsinin slavyan dili qrupunun cənub slavyan yarımqrupuna daxil olan pomakların dili. Bolqar dilinə çox yaxındır.
Qızıl marka
Qızıl marka (alm. Goldmark‎) — Almaniya imperiyası və Veymar Respublikasının pul vahidi. Valyutanın rəsmi adı "marka"dır (alm. Mark‎). 1870—1871-ci illərdəki Fransa–Prussiya müharibəsi və bir neçə alman dövlətlərindən ibarət yeni bir dövlət qurulduqdan sonra, 1871-ci il tarixli pul qanunu ilə "marka" adlı yeni pul vahidi tətbiq edildi. 43 il boyunca onun məzənnəsi dəyişməz olaraq qaldı və 1 marka 0,358425 qr təmiz qızıl demək idi. Alman imperatorluğunun 4 Avqust 1914-cü ildə Birinci Dünya Müharibəsinə girməsindən 3 gün sonra sikkələr və əskinasların qızılla sərbəst dəyişdirilməsi dayandırıldı. Ardınca gələn inflyasiya kağız pulların tamamilə ucuzlaşmasına səbəb oldu. 1917-ci ilin əvvəlində qızıl sikkələr 1,3 kağız marka = 1 qızıl nisbətində dəyişdirilirdisə, 1919-cu ildə nisbət artıq 14,5 kağız markaya bərabər oldu. Hiperinflyasiya ona gətirdi ki, 1923-cü ildə yeni renta markanı 1 trilyon kağız markaya dəyişdirirdilər.
Marka (dəqiqləşdirmə)
Marka — brend.
Marka albomu
Marka albomu – poçt markası kolleksiyasını saxlamaq və nümayiş etdirmək üçün istifadə olunan kitab. == Tarixi == İlk marka albomları 1862-ci ildə Paris şəhərində Castin Lallier tərəfindən buraxılmışdır. Rusiya imperiyasında ilk poçt markası 1866-cı ildə təqdim olunmuşdur. İngiltərədə ilk poçt markası albomu isə Edvard Opper tərəfindən buraxılmışdır. == Xüsusiyyətlər == Tipik marka albomu ölkə adlarının yazıldığı vərəqlərdən ibarət olur; markaları buraxılış tarixi üzrə yerləşdirmək üçün müəyyən olunmuş yerlər qoyulur. Əhatəli "dünyəvi" marka albomları 30 və ya daha artıq cilddən ibarət olur və 100.000-dən çox marka saxlamaq üçün yerə malikdir. Lakin kolleksiyaçıların çoxu daha kiçik, daha yığcam albomlardan istifadə edir. Boş albomlar isə heç bir yazının olmadığı, folio-vərəqlərdən ibarət albomlardır. Bu albomlar kolleksiyasını istədiyi kimi düzmək istəyən kolleksiyaçılar üçün nəzərdə tutulub. Markaları albomda yerləşdirmək üçün xüsusi yapışdırıcı materialdan istifadə olunur.
Yves Saint Laurent (marka)
Yves Saint Laurent (YSL), həmçinin Saint Laurent (2012-ci ildən), 1961-ci ildə İv Sen Loran və tərəfdaşı Pierr Berje tərəfindən qurulan Paris yüksək moda evidir. 1999-cu ildən moda evi Gucci qrupuna məxsusdur, o da öz növbəsində Kering holdinqinə məxsusdur. Kolleksiyanın hazırkı dizayneri Entoni Vaccarellodur. Yves Saint Laurent moda evində bir sıra əfsanəvi əşyalar istehsal edib: "Mondrian" don, Le Smoking qadın smokinləri, safari gödəkçələri və şəffaf paltarlar. “Vogue” jurnalı yazır ki, Yves Saint Laurent 1960-1970-ci illərdə kişi və qadın, yüksək və alçaq, klassik və avanqardın yenilikçi kombinasiyası ilə moda dünyasını alt-üst etdi: “Qadınlara şalvarlı kostyumları geyindirən, hərbi formanı və milli geyimləri gündəlikdə istifadə edən və hazır dizayner geyimlərini kütləyə çatdırdı məhz o olmuşdur”. Modelyerin özünün dediyinə görə, müasir qadının qarderobunu o yaradıb. == Tarixi == Yves Saint Laurent 1961-ci ilin iyulunda dizayner İv Sen Loran və onun ortağı Pierr Berje tərəfindən təsis edilmişdir. Noyabr ayında Sen Loran və Berje şirkətin 80%-i müqabilində Atlantalı iş adamı Mac Robinsonun 700.000 dollar sərmayə yatırmasına razılaşdılar. YSL-in ilk kolleksiyası 1962-ci ilin yanvarında nümayiş etdirildi. Ev üçün loqoları 1963-cü ildə A.M. Kassandr hazırlanmışdır.
ABŞ Patent və Marka qeyd olmaz üçün büro
ABŞ Patent və Əmtəə Nişanıları İdarəsi (ing. United States Patent and Trademark Office) — ABŞ Ticarət Nazirliyin agentliki, hansı ixtiraçılara və şirkətlərə patent verir öz məhsullara və ixtiralara, həmçinin ticarət nişanları və əqli mülkiyyət qeyd edir.