Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Momordik
Pomorski boğazı
Pomorski boğazı (rus. Поморский пролив) -Şimal Buzlu okeanında Peçora dənizini ilə Barens dənizini birləşdirir. Kolquev adasını Timonskoy adasından ayırır. Uzunluğu 100 km, 60–100 km təşkil edir. Dərinliyi 57 metrdir. Sahilləri alcaq və qumsaldır. Boğazın daxilində Senqeyski adası Sahilində Syatoy Nos burnu vardır. Şimalda Ramenka, cənubda Dornostalya və Kolokolkova körfəzləri yerləşir. Boğaza Bolşaya Qornostalya, Bolşaya Yarijnaya, Malaya Yarijnaya, Kelt, Carnaya, Senyayaxa çayları axır. Boğaz rusların subetnik qrupu olan Pomorların şərəfinə adlandırılıb.
German Potoçnik
German Potoçnik (sloven. Herman(n) Potočnik, ləqəbi German Nordunq, alm. Hermann Noordung‎) — milliyyətcə sloven olan Avstriya-Macarıstan raket mühəndisi və astronavtikanın qabaqcıllarından biri. == Bioqrafiya == Atasının ölümündən sonra (1894) Marburq an der Dravada (Ştiriya hersoqluğu) böyüür. Sonralar (ehtimal ki, əmisi, imperator və kral ordusunun general-mayorunun dəstəyi ilə) Moraviyadakı ordu məktəblərində, 1910-1913-cü illərdə, Mödlinqdəki Hərbi Texniki Akademiyada təhsil almışdır. O, kiçik leytenant rütbəsi, mühəndis dərəcəsi ilə "körpülərin və dəmir yollarının tikintisi" ixtisasını bitirmişdir. Birinci Dünya müharibəsi zamanı Qalisiya, Serbiya və Bosniyada xidmət etmişdir. 1915-ci ildə baş leytenant rütbəsi almışdır. 1919-cu ildə kapitan rütbəsində səhhətinə görə (vərəm) təqaüdə çıxır. Vyana Texnologiya Universitetində elektrik mühəndisliyi və maşınqayırma mühəndisliyi üzrə təhsil alıb.
Peter Pokornı
Peter Pokornı(8 avqust 2001, Slovakiya) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Slovakiyalı futbolçudur. == Klub karyerası == === Trençin === Pokornı Trençin akademiyası vasitəsilə inkişaf etmişdir. 14 yaşı olarkən o, Trençin U-16 komandasına çağırılmışdır. Pokornı Trençin klubunda 2015-ci ilin iyun ayında Ayın Gənc Futbolçusu mükafatına layiq görülmüşdür. 2012-ci ildən verilən mükafatı qazandıqdan sonra Pokornu əsas komandaya dəvət almışdır. === Liferinq === Pokornı 18 noyabr 2017-ci ildə Red Bull Zalsburq klubu ilə 2022-ci ilin may ayına kimi müqavilə imzalamışdır. Pokornı öz peşəkar karyerasında debütünü 3 avqust 2018-ci ildə Vorvats Steyr klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Nikola Stoşiç ilə əvəz olunmuşdur. Avstriya Birinci Liqası görüşündə Liferinq rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 5 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.