Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kokoşnik
Kokoşnik (qədim rus dilində:ко́кошь — toyuq sözü ilə bağlı olduğu ehtimal olunur.) — çutquya və ya ayparaya bənzər ənənəvi rus baş geyim forması, rus milli geyiminin mühüm simvollarından biri, sarafanla birlikdə istifadə olunurdu. Bir qayda olaraq, kokoşniklər əsasən evli qadınlar tərəfindən geyilirdi. Kokoşnik bayram və hətta toy mərasimlərinin əsas simvolu hesab olunurdu — ümumiyyətlə müxtəlif naxışlar və talisman və nikah sədaqətinin və bərəkətinin rəmzləri ilə naxışlanır, qiymətli daşlarla bəzədilirdi. Çox vaxt kokoşnik bir qadının yalnız bəzəyi deyil, həm də onun amuleti idi. Adətən, kokoşnik əvvəlcə toy günündə, daha sonra ilk uşağın doğulması münasibətilə keçirilən mərasimlərin əvəzolunmaz elementlərindən biri idi. Mənbələrə əsasən kokoşnik ənənəsi Rusiyanın qədim Veliki Novqorod şəhərində IX əsrdən başlamışdır. Əvvəllər Rusiyanın şimal bölgələrinə yayılmış, XVI–XIX əsrlər arasında ölkə daxilində geniş yayılmışdı. Geyim üslub və dizayn baxımından müxtəlifdir, Rusiyanın müxtəlif bölgələrində kokoşniklər formasına və quruluşuna görə bir-birindən fərqlənirdi. Məsələn, Veliki Novqorodda tipik silindrik kokoşniklərdən, Vladimirdə iki kikalı (buynuzlu) kokoşniklərdən, Kostromada üçbucağa bənzər kikalı kokoşniklərdən, Karqopolda muncuqlarla bəzədilmiş kokoşniklərdən, Moskvada qırmızı rəngli kokoşniklərdən geniş istifadə olunurdu. Moda tarrixçisi Aleksandr Vasilyev qeyd edirdi ki, birinci və ikinci dünya müharibələri arasındakı dövrdə kokoşnik dünya modasında milli geyimlərdə "rus" amilinin ən məşhur elementi idi və məhz kokoşnik 1919–1929-cu illərdə dünya moda arsenalına daxil olmuşdur.
Plaoşnik
Plaoşnik və ya qısaca Plaoş (maked. Plaoşnik, Plaoş) — Oxridin qədim şəhərinin tarixi (tarix) mərkəzidir, hal-hazırda arxeoloji qazıntıların əsas yeri, böyük mənəvi, mədəni və turizm mərkəzidir. Samuel qalasından 250 metr məsafədə yerləşmişdir. Oxrid gölünün şərq sahilindədir. Hələ bu yerdə 893-cü ildə Oxridin müqəddəs Klimentinin məbədi tikilmişdi və bu bina şəhərin ərazisində ən qədim məbədlərdən biri hesab olunurdu. Məbəd regionun ən böyük mədəni və maarifləndirici mərkəzi idi, belə ki o vaxt yaxınlıqda məşhur Oxrid kitab məktəbi işləyirdi, harada ki tədris üçün slavyan əlifbasından, yəni kiril əlifbasından istifadə olunurdu. Məktəb slavyan yazısının və ədəbiyyatın formalaşmasına əhəmiyyətli təsirini göstərdi, onun vasitəsilə bir neçə min şagird təhsil aldı. Müqəddəs Kliment öz əlləriylə tikilmiş məqbərədə-məbəd yaxınlığında dəfn edilmişdi. Bununla belə, mərkəz Osmanlı imperiyasının idarələri dövründə (vaxtında) dəfələrlə talan edilib və dağılmışdır, çoxlu qalıqlar və mədəni dəyərlər itirilmiş, Oxridin, Klimentinin məbədi tamamilə məhv edilmişdi və onun bünövrəsində məscid tikilmişdir. Məbəd kompleksinin inkişafı yalnız 2000-ci ilin dekabrında başlandı — hədəflər üçün genişmiqyaslı layihə hazırlanmışdı, bütün ölkədən bir neçə yüz ixtisaslaşdırılmış mütəxəssis cəlb olundu, hansının ki, layihənin reallaşdırmasıyla məşğul olurdular.
German Potoçnik
German Potoçnik (sloven. Herman(n) Potočnik, ləqəbi German Nordunq, alm. Hermann Noordung‎) — milliyyətcə sloven olan Avstriya-Macarıstan raket mühəndisi və astronavtikanın qabaqcıllarından biri. == Bioqrafiya == Atasının ölümündən sonra (1894) Marburq an der Dravada (Ştiriya hersoqluğu) böyüür. Sonralar (ehtimal ki, əmisi, imperator və kral ordusunun general-mayorunun dəstəyi ilə) Moraviyadakı ordu məktəblərində, 1910-1913-cü illərdə, Mödlinqdəki Hərbi Texniki Akademiyada təhsil almışdır. O, kiçik leytenant rütbəsi, mühəndis dərəcəsi ilə "körpülərin və dəmir yollarının tikintisi" ixtisasını bitirmişdir. Birinci Dünya müharibəsi zamanı Qalisiya, Serbiya və Bosniyada xidmət etmişdir. 1915-ci ildə baş leytenant rütbəsi almışdır. 1919-cu ildə kapitan rütbəsində səhhətinə görə (vərəm) təqaüdə çıxır. Vyana Texnologiya Universitetində elektrik mühəndisliyi və maşınqayırma mühəndisliyi üzrə təhsil alıb.