Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Poetik tərcümələr
Pontik palıdı
Quercus pontica (lat. Quercus pontica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Cənubi Аvrоpаdа yаyılmışdır. 10 m hündürlüyündə yаrpаğını tökən аğаcdır. Gövdəsi düz qаlxаn, diаmеtri 40 sm, qаbığı bоz və yа tünd qəhvəyi, hаmаrdır. Budаqlаnmаsı sеyrək, lаkin çоx möhkəmdir. Yаrpаqlаrı müxtəlif fоrmаlı оlub, sаrımtıl-yаşıl rəngdə, dаirəvi fоrmаdа, uzunluğu 10-20 sm, еni 4-15 sm, kənаrı xırdа dişlidir. Çiçəkləri 5-20 sm uzunluğundа sırğаlаrа tоplаnmışdır. Mеyvəsi kоnusvаri qоzаdır, 2-5 ədədi bir yеrdə yеrləşir. Аbşеrоndа çоx аz hаldа mеyvə vеrir, tоxumlа, pöhrələrlə аsаnlıqlа çоxаlır.
Qloriya portiki
Qloriya portiki (qalis. Pórtico da Gloria) — Qalisiyada yerləşən Santiaqo de Kompostela kafedralının girişində heykəllərlə bəzədilmiş tarixi portik. Portik roman memarlığı üslubundadır. Roman üslubundakı heykəllər ən möhtəşəm əsərlərdən biridir. 3 kəmərdən ibarətdir. Orta sevinci təmsil edir və üzərində İsanın dirilişindən bəhs edən heykəl vardır. Sol tərəf yəhudiləri, sağ tərəf son qərarı təmsil edir. 1168-ci ildə Qalisiya və Leon kralı II Fernando Santiaqo de Kompostela kafedralının girişində portik tikilməsi haqqında göstəriş vermişdir. Portik daş ustası Mateo tərəfindən emalatxanasında roman memarlığı üslubunda hazırlanmışdır. Tikilməsi 1188-ci ildə başa çatmışdır.
Layoş Portiş
Layos Portiş (4 aprel 1937, Zalaeqerseq) – mövqe tərzinə görə ona "Macar Botvinnik " ləqəbini qazandıran macar şahmat qrosmeysteri . 1960-cı illərin əvvəllərindən 1980-ci illərin sonuna kimi ən güclü qeyri-sovet oyunçularından biri olan o, 1962-ci ildən 1993-cü ilə qədər ardıcıl on iki zonalararası yarışda iştirak edərək, ümumilikdə səkkiz dəfə (1965, 1967, 1967, 1911, 1980, 1983, 1985 və 1988). Portiş Şahmat Olimpiadalarında bütün zamanların bir neçə rekordunu qoydu . Macarıstan şahmat çempionatında , o, ya titulu bölüşdü, ya da cəmi səkkiz dəfə (1958, 1959, 1961, 1964, 1965, 1971, 1975 və 1981) qalib gəldi. O, karyerası ərzində bir çox güclü beynəlxalq turnirlərin qalibi olub. 2004-cü ildə Portiş Macarıstanın ən yüksək milli idman nailiyyəti mükafatı olan " Nemzet Sportolója " (Millətin İdmançısı) adına layiq görülüb . O, hələ də ara-sıra yarışır. Onun əsas hobbisi opera ariyaları oxumaqdır; onun incə bariton səsi var, bu keyfiyyət şahmat üzrə dünya çempionu və opera müğənnisi kimi istedadı olan qrosmeyster Vasili Smıslovun paylaşdığı keyfiyyətdir . Onun kiçik qardaşı Ferenc (1939-cu il təvəllüdlü) Beynəlxalq Ustadır. == İlk illər == Portiş 1955-ci ildə Antverpendə keçirilən yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında Macarıstanı təmsil etdi .
Partik Tisl FK
Partik Tisl FK (ing. Partick Thistle F.C.) — Şotlandiyanın Qlazqo şəhərini təmsil edən peşəkar futbol klubu.
Poetik tərcümələr (kitab)
Mortir
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pontiak
Pontiac — ABŞ-də 1906-cı ildə General Motors şirkəti tərəfindən istehsal olunan minik avtomobili. 1980-ci illərin Qara Şimşək adlı serialında istifadə edilən KİTT bu firma tərəfindən istehsal edilmişdir. Bu günə qədər 1983 modeli istehsal olunmuşdur.
Porfir
Porfir - fenokristalları qələvi çöl şpatı, turş plagioklaz, kvars, biotit, əsas kütləsi isə eyni minerallardan və ya mikrofelzit, bəzən hornblenddən, təşkil olunmuş süxurların ümumi adı. Əsas kütləsi bəzən şüşədən və ya təkrar kristallaşmış şüşədən ibarət olur. Porfir termini həm paleotip effuziv süxurlar (məsələn: kvarslı porfir) və həm də hipabissal və damar süxurlar (məsələn: qranit-porfir) üçün işlədilir. Zavaritski, Lodoçnikov və b. "porfir" terminini paleotip effuziv süxurlara tətbiq etdikdə müvafiq süxur tərkibini göstərən söz əlavə etməyi təklif etmişlər (məsələn: traxit-porfir, riolit-porfir). Süxurlar Mineral Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Portal
Portal (memarlıq)
Portiçi
Portiçi (it. Portici) — İtaliyanın Kampaniya regionunda şəhər.
Poruçik
Poruçik (rus. поручик, pol. porucznik, çex. poručík) — kiçik zabit heyətində hərbi rütbə.
Uorvik
Uorvik (ing. Warwick) — İngiltərədə şəhər. Eyvon çayı üzərində yerləşir. Əhalisi 25 434 nəfərdir (2001).
Ponçik
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Poetika
Poetika — ədəbiyyat daxilində, xüsusilə, poeziyada quruluş, forma və diskurs nəzəriyyəsidir. Poetika termini qədim yunan dilində "ποιητικός poietikos" sözündən götürülmüşdür və "poeziyaya aid" deməkdir. Qərb dünyasında poetikanın inkişafı və təkamülündə poetik kompozisiya ilə bağlı üç bədii cərəyan var idi: formalist obyektivist Aristotelçi Aristotelin "Poetika" əsəri ədəbiyyat nəzəriyyəsinə diqqət yetirən ilk risalədir. Əsər uzun müddət Qərb dünyasına itdi. O, Orta əsrlərdə və erkən İntibah dövründə yalnız Averroes (İbn Rüşd) tərəfindən yazılmış və 1256-cı ildə Hermannus Alemannus tərəfindən tərcümə edilmiş ərəb şərhinin latın dilinə tərcüməsi vasitəsilə mümkün olmuşdur. 1278-ci ildə William of Moerbeke tərəfindən edilən dəqiq yunan-latın tərcüməsi faktiki olaraq nəzərə alınmadı. Ərəbcə tərcümə orijinal "Poetika"dan lüğətdə geniş şəkildə ayrıldı və orta əsrlər boyu davam edən Aristotel düşüncəsinin yanlış şərhinə səbəb oldu. Müasir poetika İntibah İtaliyasında inkişaf etmişdir. Qədim ədəbi mətnləri xristianlığın işığında şərh etmək, Dante, Petrarka, Bokaççionun povestlərini dəyərləndirmək və qiymətləndirmək zərurəti ədəbiyyat nəzəriyyəsi ilə bağlı mürəkkəb diskursların inkişafına kömək etdi. İlk növbədə Covanni Bokaççionun "Genealogia Deorum Gentilium" (1360) əsəri sayəsində savadlı elita metaforik və obrazlı troplar haqqında zəngin anlayış əldə etdi.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Zontik
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Pontia
Dağtərxunu (lat. Tanacetum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu) alınır. Dağtərxunu qaramal üçün zəhərlidir.
Qotik
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Ərtik
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Optik
Optika (q.yun. ὀπτική "görünənlər haqında elm") — işığın yaranma mexanizmini, təbiətini, onun yayılma və maddə ilə qarşılıqlı təsir qanunlarını öyrənən fizika bölməsi. İşıq dedikdə dalğa uzunluğu 0,01÷105 nm aralığında yerləşən elektromaqnit dalğaları başa düşülür. Dalğa uzunluqları 400÷760 nm intervalında yerləşən elektromaqnit dalğaları gözə görmə təsiri göstərir və bu səbəbdən görünən işıq adlanır. Optikanı şərti olaraq aşağıdakı bölmələrə ayırmaq olar: Həndəsi optika Dalğa optikası Molekulyar optika Kvant optikası Bir çox hallarda optikanın həndəsi optikadan başqa qalan bölmələrini birlikdə fiziki optika adlandırırlar. Optika elmi astronomiya, müxtəlif mühəndislik sahələri, fotoqrafiya və tibb (oftalmologiya və xüsusən də fizioloji optika adlanan optometriya) daxil olmaqla bir çox fənlərlə əlaqəli şəkildə öyrənilir. Optikanın praktiki tətbiqləri müxtəlif texnologiyalarda və gündəlik əşyalarda, o cümlədən güzgülər, linzalar, teleskoplar, mikroskoplar, lazerlər və lifli optikada mövcuddur. Klassik optika iki əsas budağa ayrılır: həndəsi optika və dalğa optikası. Həndəsi optikada işığa şüa kimi, dalğa optikasında isə elektromaqnit dalğası kimi baxılır. Şüa dedikdə işıq enerjisinin yayılma istiqamətini müəyyən edən xətt başa düşülür.
Forik
Forik ( q.yun. Θορικός) — qədim Yunanıstanda, Attikanın cənub hissəsində şəhər və daha sonra dem. Bu, Afinanın yaradılması üçün Teseyə aid edilən sinoykizmlərdə birləşən on iki orijinal yaşayış məntəqəsindən biri idi. Daha sonra bu, Akamantida filasının bir demi idi. Onun yaxınlığında Neolit dövründən qurğuşun və gümüşün çıxarıldığı və qəsəbənin sənaye məhəlləsində işlədiyi Laurion mədənləri yerləşir.
Eleanor Porter