Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Portuqal
Portuqallar bə yaxud portəgizlər — Avropada xalq.
Poruq
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Portuqal Amerikası
Portuqal Amerikası (port. América Portuguesa) bəzən América Lusófona kimidə adlanır və ya İngilis dilində Lusofon Amerikası — Anglo-Amerika, Fransız Amerikası və Hispanik Amerikası-ndan fərqli olaraq Portuqal dilində danışan insanlar və onların diaspora icmasıdır. Xüsusən də Amerikanın erkən Portuqal müstəmləkəsi olan Braziliyaya aid edilir. Portuqaliya Cənubi Amerikanın (Braziliya, Koloniya do Sakramento, Uruqvay, Quanare, Venesuela) hissələrini müstəmləkə etdi. Həmçinin Şimali Amerikanın (Kanada, Nyufaundlend və Labrador və Yeni Şotlandiya) bölgələrini də müstəmləkə etməyə çalışsada uğursuzluqla nəticələndi. Braziliya portuqal cəmiyyətin mərkəzidir və Portuqaliya Amerikasının əksəriyyətinin portuqal mənşəyinin nöqtəsidir. Buraya bütün Amerikadakı icmalar və portuqal dilindən gələn dillər daxildir, çünki bu, Aruba, Bonaire və Curaçao, Surinam Saramaccanı və ya demək olar ki, sönmüş Braziliyanın Kupopia bölgələrində danışılan papiamentodur. Portuqal dili roman dili olduğu üçün Portuqal Amerikası, xüsusən də Braziliya bəzi mənbələrdə Latın Amerikasının bir hissəsi hesab olunsada, bu termin daha çox İspan Amerikasına aiddir. Çünki dil yaxınlığından başqa Braziliya Latın Amerika icmasının mərkəzinə mədəni baxımdan kifayət qədər yaxın deyil.
Portuqal dili
Portuqal dili — bu dil iki yüz milyondan çox insan tərəfindən ana dili olaraq danışılır. Dünyanın ən çox yayılmış altıncı dilidir. Cənubi Amerikada təxminən 190 milyon insan (əhalinin 51% -i) və Latın Amerikası əhalisinin 34% -i danışır. Hind-Avropa dil ailəsinin İtalo-Celtic alt qrupunun Romantika şöbəsinə aiddir. İspan dilinə çox yaxın olmasına baxmayaraq, İspan dilindən daha yumşaq və daha melodikdir. Sözlükləri 70% ümumi olsa da, İspan dilində istifadə edilməyən burun səsləri Portuqal dilində çox yayılmışdır. Bu səslər vurğu edildikdə ã (coração: ürək), õ (corações: ürəklər) hərfləri; vurğusuz olduqda, sözün sonuna qoyulmuş m (bem: yaxşı) hərfi ilə göstərilir. İtalyan dili, Fransız dili və Rumın dilinə də çox bənzəyir. Portuqal dilinə ən yaxın dil İspaniyanın Qalisiya bölgəsində danışılan Qalis dilidir (Gallego). Dünyada yayılması 15 və 16-cı əsrlərdə Portuqaliyanın müstəmləkəçilik prosesi zamanı sürət qazandı.
Portuqal İndoneziyası
Portuqal İndoneziyası (port. Insulíndia portuguesa) — Portuqaliyaya məxsus olan əsasən Zond adalarının böyük hissəsini özündə birləşdirən müstəmləkə. Həmin müstəmləkənin böyük hissəsi hazırda İndoneziyaya məxsusdur. Müstəmləkə faktiki olaraq 1512—1859 illərdə mövcud olmuşdur. 20 aprel 1859 anlaşmasına görə Niderland Ost-Hindi ilə sərhədlərin müəyyənləşdirilməsi haqqında Portuqaliya ilə Niderland arasında anlaşma imzalanır. Portuqalların əlinndə bircə Şərqi Timor əraziləri qalır. 1975-ci ildə ərazi İndoneziyaya verilsədə 2002-ci ildə Şərqi Timor müstəqillik əldə edir. Ölkədə Portuqal və Tetun dilləri rəsmi dil elan edilir. Portuqalların koloniyaları demək olar ki, dünyanın bir çox bölgələrində rast gəlinirdi. İlk koloniyalar əsasən sahil ərazilərində kiçik hərbi-tiçarı obyetlərdən ibarət idi.
Dərman poruğu
Meşə poruğu
Braziliya Portuqal dili
Braziliya Portuqal dili (port. brasileiro, português do Brasil) — Braziliyanın rəsmi dilidir. Faktiki olaraq bu dil Braziliyanın bütün 206 milyon əhalisi tərəfindən və Amerika Birləşmiş Ştatları, Paraqvay, Yaponiya, Portuqaliya və Argentinada bir neçə milyon Braziliya mühacirləri tərəfindən danışılır.
Portuqal-Braziliya anlaşması
Portuqal-Braziliya anlaşması 29 dekabr 1825-ci ildə Rio de Janeyroda Böyük Britaniyanın vastəçiliyi ilə Portuqaliya Krallığı və özünü müstəqil elan etmiş Braziliya İmperiyası arasında imzalanmışdır.Braziliya İstiqlal müharibəsinin sonucunda Portuqaliya bu müqaviləni imzalayaraq Braziliyanın müstəqilliyini tanıyır. Müqaviləni Braziliya 30 avqustda Kral I Pedru tərəfindən təstiqləyir. Portuqaliya isə 15 noyabrda Kral VI Juan tərəfindən təstiqlənir. Bu müqavilənin qüvvəyə minməsi 15 noyabr 1825-ci ildə Lissabonda təstiqlənmiş sənədlərin dəyişdirilməsindən sonra baş tutur. Müqaviləyə görə Juan VI Portuqaliya və Alvarqe kralı olmaqla yanaşı, həm də Braziliya imperatoru tilulu daşıyırdı. Əslində isə ölkə tam olaraq Kral I Pedronun əlində çəmlənmişdi.1826-cı ildə Kral Juanın ölməsi ilə bu titulda Pedroya nəsib olur.
Portuqal - Səfəvi müharibəsi
Portuqal–Səfəvi müharibəsi — 1507–1622-ci illər arası Portuqaliya imperiyası və onun vassalı Hörmüzlə, Səfəvilər İmperiyası və onları dəstəkləyən ingilislər arasında baş vermiş bir sıra hərbi toqquşmalar. Müharibə portuqalların Hörmüz və Bəhreyn adalarının, eləcə də Kəşm və Bəndər-Abbas qalalarının zəbt edilməsi ilə başlayıb. XVI əsr boyunca portuqaliyalılar İran körfəzində bazalar qurmuşdular. 1602-ci ildə qızılbaş ordusu onları Bəhreyndən qovmağı bacardı. 1622-ci ildə isə ingilis gəmilərinin yardımı ilə Abbas Hörmüzü ələ keçirdi. O, buranı ticarət mərkəzi olaraq Bəndər-Abbasla əvəz etdi. Bəndər-Abbas imperiyanın əsas quru torpaqlarına daha yaxın ərazidə yerləşirdi. Bəhreyn Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur. Bu adaların ən böyüyünə Bəhreyn deyilir Özbəklərlə müharibə fonunda Şah Abbasın əsas hədəflərindən biri də indiyə qədər Səfəvi imperiyasının çox az dərəcədə fəaliyyətinin olduğu İran körfəzi bölgəsi idi. Bunu düzəltməkdə qərarlı olan Abbas 1601-ci ildə bölgədəki vassal hakimlik olan Ları ilhaq etdi və oranın sonuncu hakimi İbrahim xan Fars hakimi Allahverdi xanın ordusunda özbəklərə qarşı edilən Bəlx yürüşündə iştirak etdi və yürüş əsnasında həyatını itirdi.
Portuqal–Səfəvi müharibəsi
Portuqal–Səfəvi müharibəsi — 1507–1622-ci illər arası Portuqaliya imperiyası və onun vassalı Hörmüzlə, Səfəvilər İmperiyası və onları dəstəkləyən ingilislər arasında baş vermiş bir sıra hərbi toqquşmalar. Müharibə portuqalların Hörmüz və Bəhreyn adalarının, eləcə də Kəşm və Bəndər-Abbas qalalarının zəbt edilməsi ilə başlayıb. XVI əsr boyunca portuqaliyalılar İran körfəzində bazalar qurmuşdular. 1602-ci ildə qızılbaş ordusu onları Bəhreyndən qovmağı bacardı. 1622-ci ildə isə ingilis gəmilərinin yardımı ilə Abbas Hörmüzü ələ keçirdi. O, buranı ticarət mərkəzi olaraq Bəndər-Abbasla əvəz etdi. Bəndər-Abbas imperiyanın əsas quru torpaqlarına daha yaxın ərazidə yerləşirdi. Bəhreyn Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur. Bu adaların ən böyüyünə Bəhreyn deyilir Özbəklərlə müharibə fonunda Şah Abbasın əsas hədəflərindən biri də indiyə qədər Səfəvi imperiyasının çox az dərəcədə fəaliyyətinin olduğu İran körfəzi bölgəsi idi. Bunu düzəltməkdə qərarlı olan Abbas 1601-ci ildə bölgədəki vassal hakimlik olan Ları ilhaq etdi və oranın sonuncu hakimi İbrahim xan Fars hakimi Allahverdi xanın ordusunda özbəklərə qarşı edilən Bəlx yürüşündə iştirak etdi və yürüş əsnasında həyatını itirdi.
Türk-Portuqal müharibələri
Osmanlı-Portuqal və Türk-Portuqal adları ilə tanınan Türk-portuqal müharibələri.Türk-Portuqal müharibəsi Portuqaliya Ekspansiyası zaman Portuqal imperiyasının və Osmanlı İmperiyası arasında çox vaxt Hind Okeanında baş verən döyüşlərə deyilir.
Lavandayarpaq poruq
Lavandayarpaq poruq (lat. Stachys lavandulifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 15-20 sm hündürlükdə yarımkolcuqdur. Gövdələri çoxsaylıdır. Yarpaqları uzunsov, xətti-lansetvari və ya xətti, 4-7 sm uzunluqda, 2-5 mm enindədir. Köbələri 4-6 çiçəkli, uzunsov çiçək qrupunda 17 sm uzunluqda və 4 sm enindədir. Kasacıq 2-3 sm uzunluqdadır. Çiçək tacı parlaq-çəhrayı, kasacıqdan qısa; yuxarı dodağı aşağı dodağından qısa, uzunsov-dəyirmi, aşağı-üçdilimli, dərin oyuqlu, iri, orta dilimlidir. Tozcuqları 3 mm uzunluqda, yumurtavari, üçtilli, tünd-qəhvəyi rənglidir.
Ləvəndyarpaq poruq
Mərcanotuçiçək poruq
Mərcanotuçiçək poruq (lat. Stachys sylvatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. Stachys canariensis Jacq. Stachys cordata Gilib. [Invalid] Stachys cordatifolia Gilib. [Invalid] Stachys foetida Gueldenst. ex Ledeb. Stachys glaucescens Muss.Puschk. ex Spreng. Stachys trapezuntea Boiss.
İriçiçəkli poruq
Dördqat Sovet İttifaqı Qəhrəmanı
Dördqat Sovet İttifaqı Qəhrəmanı (rus. Четырежды Герои Советского Союза) — 2 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. Dördüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə dörd dəfə "Qızıl Ulduz" medalı verilir.
Portuqal-türk müharibəsi (1538-1557)
Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) — 1538-1557-ci illərdə Portuqaliya Krallığı ilə Osmanlı imperiyası arasında silahlı qarşıdurma. Müharibə ərzində döyüş əməliyyatları Hind okeanı, Qırmızı dəniz, Şərqi Afrika, Hindistanda aparılmışdır. Müharibə hər iki tərəfin fərqli üstünlüyü ilə keçmişdir. Müharibə tərəflərin ciddi uğuru olmadan bitmişdir. XV əsrin sonlarındakı böyük coğrafi kəşflər, Portuqaliya zadəganlarının və ticarət elitassının güclü fəaliyyəti nəticəsində Portuqaliya dəniz imperiyasına çevrildi. İnfant Gəmiçi Henrinin himayəsi altında Portuqaliyalı dənizçilər, Afrika ətrafında dəniz yolu ilə Hindistana çatmaq istəyən yeni torpaqlar kəşf etməyə başladılar. 1497-1499-cu illərdə, Afrika sahilini dolanan Vasko da Qama komandanlığında dörd gəmidən ibarət bir donnanma Hindistan sahillərinə çatdı. Portuqallar onun sahilində bir neçə ticarət məntəqəsi qurdular. Hind okeanında portuqallar Misir Məmlüklərinin maraqları ilə toqquşdular. Bu da Portuqaliya-Misir müharibəsinə gətirib çıxardı.