Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fonolit
Fonolit — porfir və ya afir quruluşlu leykokrat vulkanik süxur Nefelinli siyenitlərin effuziv analoqu olub orta tərkibli qələvi sıralı süxur qrupuna, feldşpatoidli fonolitlər ailəsinə aiddir. Qələvi çöl şpatları və feldşpatoidlərdən (nefelin, sodalit, hauin, nozean, analsim, kankrinit, leysit və başqa), qələvi piroksendən və (və ya) amfiboldan, bəzən biotit və olivindən ibarətdir. Əsas kütləsinin tərkibi nefelin və ya anortoklazın üstünlüyü ilə fərqlənir. Nadir hallarda şüşəli (az miqdarda) olur. Silisium oksidinin miqdarına (50–53%) görə qələvi sıralı əsasi süxurlar qrupuna aid olan fonolitlər (nefelin-sodalitli, leysitli və başqa) də məlumdur. Tərkib, quruluş və mineralların nisbətinə görə müxtəlif növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Lopolit
Şoşonit
Şoşonit - traxibazalta (traxidoleritə) yaxın, olivin saxlayan subqələvi sıralı effuziv (bəzən damar) süxur subqələvi bazalt-traxibazalt ailəsindən olub 25–55% plagioklazdan, 35%-dək sanidindən (bəzən analsimlə), 30%-dək avgitdən, 20%-ə qədər olivindən və 5% filiz minerallarından, apatit və biotitdən ibarətdir. Əsas kütləsi şüşəli və ya aydınkristallik olub, qələvi çöl şpatları ilə (bəzən leysitlə) zəngin olur. Absarokit və banakitlərlə assosiasiyadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Monolit nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Reç Pospolita
Reç Pospolita (pol. Rzeczpospolita) — Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət. Torpaqlarının 1795-ci ildə Rusiya, Prussiya və Avstriya arasında bölünməsi ilə ləğv edilmişdir. Livoniya müharibəsində Litva ağır vəziyyətə düşdü. Litvanın yuxarı dairələri xilas yolunu Polşa ilə birləşməkdə gördü. 1569-cu ildə Lublin şəhərində Polşa ilə Litva arasında uniya bağlandı. Bu iki dövlət Reç Pospolita adlı dövlətdə birləşdi. Bu dövlətə Ukrayna və Belorusiya ərazisinin də bir hissəsi daxil idi. Polşa-Litva maqnatları (Polşada iri feodal, varlı və əsilli şəxs) və şlyaxtası (Polşada hakim feodal təbəqəsi) yaranmış vəziyyətdən istifadə edib rusları Baltik sahilindən çıxarmağa və rus torpaqlarını tutmağa çalışırdılar. Lakin 1572-ci ildə Reç Pospolita krallıq oldu.
Reç Pospolita dövləti

Katolski Posol
Katolski Posol () — Sorb kilsə qəzeti. Qəzetin naşiri Kiril və Methodiusun Sorb Cəmiyyətidir. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Həftəlik 1863-cü ildə Mixal Qornik tərəfindən təsis edilib. Katolski Posol, "Katolik Serblər Assosiasiyası" (bu gün - Müqəddəs Kiril və Methodius Cəmiyyəti) sosial-mədəni təşkilatının köməyi ilə nəşr edilmişdir. 1923-cü ildə Meissen yeparxiyasının bərpa edilmiş ilk sinodunda qəzet kilsə əleyhinə meyllərdə ittiham edildi. Bundan sonra keşiş Yakub Skalinin təklifi ilə Kiril və Methodius cəmiyyətinin nəzarətinə keçib. 1939-cu ildən Milli Sosializm dövründə qəzet qadağan edildi. Müharibədən sonra katolik qəzeti üçün ADR hakimiyyət orqanlarından lisenziya almaq çox çətin idi. Yalnız 1950-ci ildə lisenziya qəzetə qaytarıldı, çünki Sovet hərbi rəhbərliyi və ADR hakimiyyəti kilsə mətbuatına mənfi münasibət bəsləyirdi.
Osmanlı-Reç Pospolita müharibələri
Osmanlı-Reç Pospolita müharibələri, XVII əsr boyu davam etmiş olan Osmanlı imperiyası ilə Reç Pospolita arasındakı hərbi toqquşmalardır. Osmanlı-Reç Pospolita müharibəsi (1620-1621). Baxın: Hotin müqaviləsi Osmanlı-Reç Pospolita müharibəsi (1633-1634) Osmanlı-Polşa müharibəsi (1672-1676). Baxın: Buçaş müqaviləsi. Osmanlı-Müqəddəs İttifaq müharibəsi. Baxın: Karlovitsa müqaviləsi.
Osmanlı-Reç Pospolita müharibəsi (1620-1621)
1620-1621-ci illər Osmanlı-Reç Pospolita müharibəsi — 17-ci əsrdəki ilk Osmanlı-Reç Pospolita müharibəsidir. 1514-cü ildən Moldova bəyliyi Osmanlı İmperiyasının birbaşa ərazisi olmasa da, himayəsi altında sayılırdı. Moldova bəyliyi Dunay çayı ilə Qaradənizə gedən ticarət yollarının üstündə olduğu üçün coğrafi mövqeyi baxımından Reç Pospolita üçün əhəmiyyət kəsb edirdi. 16-cı əsrin sonlarında Reç Pospolita əsilzadələri Moldovanın daxili işlərinə qarışmağa başladılar. Osmanlılar tərəfindən təyin edilmiş Moldova Voyvodinası Kaspar Qraziani də Reç Pospolitaya meyl etməyə başladı. Bundan başqa Reç Pospolita Transilvaniya knyazlığına hücum etdilər. Transilvaniya Knyazı və protestant Betlen Gabor Osmanlı dövlətindən köməy istədilər. Bu isə Osmanlılar üçün qəbul edilməz bir vəziyyət idi. Sultan II Osman Reç Pospolitaya müharibə elan etdi. Osmanlı ordusu Çuçoroya çatanda əsgərlərin sayımı aparıldı.
Osmanlı-Reç Pospolita müharibəsi (1633-1634)
1633-1634 Osmanlı-Reç Pospolita müharibəsi, XVII əsrdə baş vermiş olan Osmanlı imperiyası ilə Reç Pospolita arasındakı müharibələrdən biridir. Reç Pospolita himayəsində olan kazaklar cəngavər və köçəri həyat tərzi sürən insanlar idi. Zaman-zaman kazaklar Osmanlı dövlətinin ərazisinə girir və basqınlardan sonra qənimətləri ilə geri qayıdırdılar. Kazakların cəsarəti XVII əsrin birinci yarısında o qədər artmışdı ki, Dunay və Qara dəniz sahilləri boyunca Osmanlı şəhərlərini talan etməklə kifayətlənmədilər, İstanbul boğazından daxili regionlara daxil olaraq Sarıyer və Yeniköy kimi bölgələri də talan etməkdən çəkinmədilər. Reç Pospolitanın bu zaman Rusiya çarizmi ilə müharibə vəziyyətində olmasını fürsətini bilən Osmanlı sultanı IV Murad Bosniya bəylərbəyi Abxaz Mehmed Paşanı Reç Pospolita üzərinə göndərdi. Döyüş 1633-cü il iyunun 29-da, təxminən 1000 Noğay tatarının Kamenets-Podolski qalasına hücum etməsi ilə başladı. Hücumdan sonra tatarlar talan və əsirlərlə Osmanlı torpaqlarına qayıtdılar. Bunu eşidən Polşa komandiri Stanislav Koniecpolski tatarları 2000 əsgərlə təqib etdi. Polşa və Moldavia arasındakı sərhəd olan Dnestr çayını keçərək Osmanlı ərazisinə girdi. Noğayları hakladı və onları məğlub etdi, əsirləri və qənimətləri geri aldı.
Osmanlı–Reç Pospolita müharibəsi (1620–1621)