Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Postmodernist
Postmodernizm — XX yüzilliyin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə təqdim edən cərəyandır. Müasir dünyada informasiya texnologiyaların inkişafı nəticəsində daha da inkişaf etmişdir və dünyanın aparıcı cərəyanına çevirilmişdir. Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii formalar yaratdığı kimi postmodernizm (almanca "moderndən sonra gələn") də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı Con Bartın fikrincə, postmodernizm – keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir. Postmodernizm nəzəriyyəsi məşhur filosof J.Liotarın, Jak Derridanın və digərlərinin fəlsəfi konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə "dünya-mətndir", "mətn-reallığın yeganə mümkün modelidir". Postmodernizmin əsasında duran ideya mənbələrindən bri olan Poststrukturalizmin nəzəri əsaslarının hazırlanmasına filosof-kulturoloq Mişel Fukonun və başqalarının böyük rolu olmuşdur. C.Bart, T.Pinçon, C.P.Danlivi, D.Bartel ("Qara yumor məktəbi"nin nümayəndələri), D.Delillo, J.Dölöz, F.Qatari, U.Eko, U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin görkəmli nümayəndələri hesab olunurlar. XX yüzilliyin 2-ci yarısından başlayaraq öndər ölkələrdə modernizm böhran keçirmiş, postmodernizmə keçmişdir.
Postmodernizm