Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Aleksandr Bortnik
Aleksandr Bortnik (ukr. Олександр Миколайович Бортник; 18 oktyabr 1996) — ukraynalı qrosmeyster. 2016-cı il sentyabr ayında FIDE reytinqində 15-ci olub. 2014-cü ildə Bortnik 18 yaşadək Dünya Gənclər Şahmat Çempionatında qalib olub .
Aziatskiy vestnik
"Aziatskiy vestnik" (rus. Азиатский вестник; mənası – Asiya bülleteni) — 1825–1827-ci illərdə Sankt-Peterburqda nəşr olunan Rusiya aylıq elmi-ədəbi jurnalı. "Sibirskiy vestnik"in davamı kimi çıxmışdır. Nəşrçi Qriqori Spasski olmuşdur. 5 nömrəsi 1827-ci ildə nəşr edilmişdir. Ən son əsərlər haqqında qiymətli materiallar dərc edilmişdir. Şərq ölkələrinin tarixi, coğrafiyası, etnoqrafiyası və ədəbiyyatı üzrə Qərbi Avropadan olan müəlliflərin yazıları, Asiyada səyahət qeydləri, Şərq yazıçılar və şairlərin əsərlərinin tərcümələri dərc olunurdu. Elm və incəsənət, səyahət, şərq ədəbiyyatı, müxtəlif xəbərlər, şərq biblioqrafiyası bölmələrindən ibarət idi. Əlavə olaraq, jurnalda "Sibir və onun adalarının coğrafi-statistik təsviri" nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Обзор статей и заметок «Сибирского» и «Азиатского вестника» 1818—1822 гг.// Восточное обозрение, 1885, № 27-29 Ивановский А. А. Указатель этнографических статей, содержащихся в сибирских изданиях от начала их существования // Этнографическое обозрение, 1891, № 1 == Xarici keçidlər == Азиатский вестник в on-line библиотеке.
Botnik dənizi
Botnik dənizi - Şimalda Botnik körfəzi ilə Şimali Kvarken boğazı, cənubda Aland dənizi və Arxipelaq dənizi ilə isə Cənubi Kvarken boğazı vastəsilə birrləşir. Bir çox mənbələrdə dəniz Botnik körfəzinin akvatoriyası hesab edilir və dəniz hesab edilmir. Şərqdə Finlandiyanın qərbi, qərbdə isə İsveçin şərq hissəsini yuyur. Dənizin sahəsi 79,000 km² təşkil edir. Maksimum dərinliyi 230 m, orta dərinlik 68 metrdir. Həcmi 4,340 km³, uzunluğu 350 km təşkil edir. Sahillərində Rauma və Rari (Finlandiya), Gövle və Sundsvall (İsveç) şəhərləri yerləşir. Ən iri limanları Umea (İsveç) və Vaasa (Finlandiya).
Poetik tərcümələr
Pontik palıdı
Quercus pontica (lat. Quercus pontica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Cənubi Аvrоpаdа yаyılmışdır. == Botaniki təsviri: == 10 m hündürlüyündə yаrpаğını tökən аğаcdır. Gövdəsi düz qаlxаn, diаmеtri 40 sm, qаbığı bоz və yа tünd qəhvəyi, hаmаrdır. Budаqlаnmаsı sеyrək, lаkin çоx möhkəmdir. Yаrpаqlаrı müxtəlif fоrmаlı оlub, sаrımtıl-yаşıl rəngdə, dаirəvi fоrmаdа, uzunluğu 10-20 sm, еni 4-15 sm, kənаrı xırdа dişlidir. Çiçəkləri 5-20 sm uzunluğundа sırğаlаrа tоplаnmışdır. Mеyvəsi kоnusvаri qоzаdır, 2-5 ədədi bir yеrdə yеrləşir. Аbşеrоndа çоx аz hаldа mеyvə vеrir, tоxumlа, pöhrələrlə аsаnlıqlа çоxаlır.
Yelena Sotnik
Yelena Sotnik (ukr. Олена Сергіївна Сотник, 21 dekabr 1982, Kiyev) — ukraynalı vəkil, siyasətçi, «Samopomoş» partiyasından Ukrayna Radasının VIII çağırış deputatı. == Təhsili == 2005-ci ildə Ukraynanın Milli Daxili İşlər Akademiyasını bitirib, "Hüquqşunaslıq" ixtisası üzrə diplom alıb. Eyni ildə "Bələdiyyə İdarəşiliyi Akademiyasını" fərqlənmə diplomu ilə bitirir "Menecer-iqtisadçı" ixtisasına yiyələnir. 2011—2012-ci illərdə Ukrayna siyasi araşdırmalar məktəbində təhsil alır (Avropa İttifaqının Ukraynadakı layihəsi). 2012-ci ildə M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin «Psixologiya» fakultəsini bitirir. == Karyera == 1999—2001: "Faktlar və Şərhlər" qəzetinin sosial siyasət və təhsil bölməsinin müxbiri. 2004: «Svema» müəssəsinin Şostka şəhərindəki baş hüquq konsulu. 2005: "SD LTD" ASC-nin hüquq şöbəsinin müdiri. 2006: «Solodko və Həmkarları» hüquq bürosunun icraçı direktoru.
Zakavkazski vestnik (qəzet)
Zakavkazski vestnik (rus. Закавказский вестник) — 1838-ci ildə Tiflisdə rus dilində nəşr olunan qəzet. Bu qəzet sonralar gürcü və Azərbaycan dillərində də buraxılmışdır. == Qəzet haqqında məlumat == Həftəlik "Zakavkazski vestnik" qəzetinin ilk nömrəsini redaktor əvəzi kimi "Sovetnik Lyubarski" imzalamışdır. 1841-ci ildən redaktor yerində "İspolnyayuşi doljnosti vitse-qubernatora Vasilkovski" imzası gedir. Sonra isə P.İoseliani redaktor olur. Qəzet ardıcıl olaraq şənbə günləri çıxır, hər il 52 nömrəsi buraxılırdı. == Şöbələri == "Zakavkazski vestnik" iki müstəqil şöbədən ibarət idi: rəsmi və qeyri-rəsmi. Rəsmi hissədə fərmanlar, hökumət və inzibati orqanlara aid materiallar, qeyri-rəsmi şöbədə isə Zaqafqaziya xalqlarının iqtisadi və mədəni həyatını əks etdirən, rus mədəniyyətini təbliğ edən materiallar dərc olunurdu. Redaksiya qeyri-rəsmi şöbənin açılmasının məqsədi barədə yazırdı: == Qəzetdə dərc olunan məqalələr == 1845-ci ildən "Zakavkazski vestnik"də Bakı həyatına, xüsusilə Bakıda neft emalı məsələlərinə dair ilk publisist materiallar buraxılır.
Poetik tərcümələr (kitab)