Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sosiska
Sosis (fr. Saucisse) — tərkibində ət və müxtəlif ədviyyatların olduğu, bəzən çiy, bəzən də bişirilərək yeyilən məmulat. Tərkibində ədviyyat olduğu üçün ilk olaraq Orta Şərq və Çində hazırlandığı düşünülür. Ət mədəniyyəti yayılan hər bölgədə buna bənzər yeməklər görmək mümkündür. e.ə 500-cü illərin Çin və Yunan mənbələrində sosiska haqqında qeydlər mövcuddur. İlk sosisi 13 noyabr 1805-ci ildə Frankfurtdan Vyanaya köçmüş alman qəssab İohan Laner kəşf etmişdir. Sosisi kimlərin ixtira etdiyi barədə Frankfurt və Vyana şəhərləri arasında mübahisə olmuşdur. Frankfurtda sosis orta əsrlərdən hazırlanırdı. Vyana sosislərində çağdaş resept olan mal əti və donuz ətinin qarışığı işlənir. Sosis Alman mətbəxinin əsas tərkib hissələrindəndir.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Yoşioka Yayoy
Yoşioka Yayoy (吉岡 彌生, 29 aprel 1871 – 22 may 1959, Setaqaya) – Yaponiya həkimi, pedaqoqu və ictimai fiquru. Yaponiyada qadınlar üçün ilk tibb məktəbini açmışdır. 1871-ci ildə Şizuoka prefekturasında doğulmuşdur. Atası Vaşiyama Yosay Şizuoka prefekturasına Qərb tibbini gətirməsinə görə tanınan həkim idi. İki böyük qardaşı kimi o da Tokioya gedərək Saysey Qakuşa Tibb Kollecində təhsil almışdır. 1892-ci ildə lisenziyasını əldə etmiş, 1895-ci ildə Tokioda öz klinikasını açmışdır. Ona özəl məktəbində alman dilini öyrədən, keçmiş tibb tələbəsi Yoşioka Arata ilə 1895-ci ildə evlənmişdir. Həyat yoldaşının dəstəyi ilə 1900-cu ildə Tokio Qadınlar Tibb Məktəbini açmışdır. İlk ildə məktəbin cəmi 4 tələbəsi var. Dərslərin biri üçün tələbərinə öz oğlunu doğma anına baxmağa icazə vermişdir.
Qriqori Kosınka
Qriqori Mixayloviç Kosınka (ukr. Григо́рій Миха́йлович Косинка; əsl soyadı Strelets, ukr. Стрілець; 17 (29) noyabr 1899, Kiyev quberniyası – 15 dekabr 1934, Kiyev) — Ukrayna-sovet yazıçısı və tərcüməçisi. Ukraynanın edam edilmiş İntibahının nümayəndələrindən biri. Qriqori Strelets 1899-cu ildə Rusiya imperiyasında, indiki Ukraynanın Kiyev vilayətinin Obuxov rayonuna bağlı Şerbanivka kəndində bir kəndli ailəsində anadan olmuşdur. O, ikiillik məktəbi bitirmiş və 1914-cü ildə Kiyevə köçmüşdür. Strelets drada dolanışığını təmin etmək üçün müxtəlif işlər görərək altı illik məktəbi bitirmişdir. Nəhayət, o, qısaməzmunlu nəsr əsərləri yazmağa başlamışdır. Strelets ilk dəfə 1919-cu ildə Qriqori Kosınka təxəllüsündən istifadə etmişdir. Rusiyada vətəndaş müharibəsi illərində əvvəlcə Daniil Terpilo ilə, sonra isə Ukrayna Xalq Respublikasının ordusu ilə döyüşmüşdür.
Leonid Osıka
Leonid Mixayloviç Osıka (ukr. Леоні́д Михайлович Осика; 8 mart 1940, Kiyev – 16 sentyabr 2001, Kiyev) — ukraynalı kinorejissor və ssenari müəllifi. «Ukrayna poetik kinosu» dövrünün nümayəndələrindəndir. Ukrayna SSR əməkdar incəsənət xadimi (1988). Ukrayna xalq artisti (1998). == Həyatı == Leonid Osıka Kiyevdə anadan olmuşdur. 8-ci sinifi bitirdikdən sonra Odessa Teatr Rəssamlıq Məktəbində qrimçi rəssam-portret rəssamı bölməsində təhsil almışdır. Odessa məktəbini bitirdikdən sonra (1959) Leonid Osıka Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq istəyirdi, lakin müsabiqədən keçə bilməmişdi. Bundan sonra o, Kiyevə qayıdır və Karpenko-Karıy adına Kiyev Milli Teatr, Kino, Televiziya İnstitutunda qrim üzrə müəllim kimi işləməyə başlayır. Bir il sonra ÜDKİ-nin rejissoru Sergey Gerasimovdan məktub gəlir.
Vera Poska-Qryuntal
Vera Poska-Qryuntal (est. Vera Poska-Grüntal) — Estoniyalı hüquq müdafiəçisi, hüquqşünas və jurnalist; eston feminizminin lideri. 25 mart 1898-ci ildə Reveldə vəkil ailəsində anadan olmuşdur. Ailədə doqquz uşaq var idi: altı qız və üç oğlan, Vera ikinci övladdır. Tallinn gimnaziyasını bitirmişdir. 1915-ci ildə Petroqradda, sonra Voronejdə hüquq təhsili almağa başlayır. 1917-ci ildə o, Estoniya Tələbələrinin Pıxyala Cəmiyyətinə (EÜS Põhjala) qoşulur. Evləndikdən sonra Kuressaareyə, 1920-ci ildə Tartuya köçür. Müharibə və inqilab nəticəsində kəsilən təhsilini Tartu Universitetində davam etdirir. Dörd uşaq anası olaraq 1925-ci ildə hüquq fakültəsini bitirib.