Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Novara
Novara — (Piyemonte ləhcəsiylə: Noara və Lombardo ləhcəsiylə: Nüara) İtaliyada Piyemonte regionunda Milano şəhərinin qərbində olan eyni adı daşıyan Novara vilayətinin mərkəzi olan bir şəhəridir.
Ageratina tovarae
Novara əyaləti
Novara əyaləti — İtaliyanın Pyemont regionunda əyalət.
Tokara adaları
Tokara adaları (yap. 吐噶喇列島) — Sakit okeanda, Yaponiyaya məxsus adalar qrupu. Onlar Ryukyu adalarının (Nansey) bir hissəsidir. Osumi və Amami adaları arasında yerləşir. Osumi adalarından Şərqi Çin dənizini Sakit Okeanla birləşdirən Tokara boğazı ilə ayrılır. Adalarda Toşima kəndi yerləşir. Adalar inzibati cəhətdən Kaqoşima prefekturasına daxildir.
AGİL Volley Novara
AGIL Volley — İtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır. == Tarixi == Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı. 2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı. Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.Qərarın əziyyəti ilə boğuşan klub 2006-cı ilə qədər fəaliyyət göstərməmişdir.
AGİL Volley Novara QVK
AGIL Volley — İtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır. == Tarixi == Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı. 2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı. Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.Qərarın əziyyəti ilə boğuşan klub 2006-cı ilə qədər fəaliyyət göstərməmişdir.
Hovari
Hoveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Ovaria
Quşüzümü (lat. Solanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Taçara
Taçara (ing. Tachara) — İranın Persepolis şəhərində yerləşən, I Daranın müstəsna binası. Fars vilayətindəki müasir Şiraz şəhərindən 70 km şimal-şərqdə yerləşir. == Tarixi və inşaatı == İnşaatı Əhəmənilər İmperiyası dövrünə (e.ə. 550 - e.ə. 330) təsadüf edir. Bina I Daraya aid edilir, ancaq onun kiçik bir hissəsi onun hakimiyyəti altında tamamlanmışdır. 486-cı ildə I Dariusun ölümündən sonra oğlu və xələfi I Xerxes tərəfindən qədim fars dilində taçara adlandırılan və “qış sarayı” kimi tərcümə olunan sarayın inşaası tamamlanmışdır. Daha sonra I Artaxerxes tərəfindən istifadə edilmişdir. Onun xarabalıqları Apadananın cənubundadır.
Toharca
Toxar və ya Toxar dilləri Hind-Avropa dil ailəsinin ölmüş qoludur. Dil Tarım hövzəsinin (indiki Sincan, Çin) şimalındakı vahə şəhərlərində və Lop səhrasında tapılıb. VI-VIII əsrlərə aid əlyazmalarla tanınır. XX əsrin əvvəllərində bu dil ailəsinin kəşfi Hind-Avropa dil ailəsinin centum və satem dilləri kimi Şərq və Qərb qollarına bölünə biləcəyi ilə bağlı əvvəllər qəbul edilmiş nəzəriyyə ilə ziddiyyət təşkil etmiş və bu dil ailəsi ilə bağlı tədqiqatların yenidən canlanmasına səbəb olmuşdur. İlkin tədqiqatçılar bu dildən istifadə edən insanları Qədim Baktriyada (Toxarıstan) yaşayan toxaroylar ilə əlaqələndirdiyi üçün bu dil “toxar dili” adlandırılmışdır. Bu tərif bu gün ümumiyyətlə yanlış hesab edilsə də, ad hələ də istifadə olunur. == Kəşf edilməsi və tarixi == XX əsrin əvvəllərində Aurel Stein tərəfindən Tarim hövzəsinin arxeoloji kəşfi və eramızın VI-VIII əsrlərinə aid naməlum dildə yazılmış əlyazma fraqmentlərinin tapılması tohar dillərinin və əlifbasının mövcudluğunu ortaya qoymuşdur. Tezliklə məlum oldu ki, bu əlyazmalar o dövrdə naməlum olan Hind-Avropa dil qoluna, Toxar dillərinə aiddir və iki fərqli dildə yazılmışdır: Toxar A (Şərqi Toxar dili; öz dilində adı “ārśi”), Qaraşəhər (keçmiş Agni, Çincə Yanqi) və Turfan regionlarında rast gəlinmişdir. Toxar B (Qərbi Toxar dili), Kuça və Toxar A dilli ərazilərdə müəyyənləşdirilmişdir. Tarım hövzəsinin cənub-şərqində yerləşən Krorän və Niya regionlarında tapılan və eramızın III əsrinə aid Prakritcə yazılmış sənədlərdə Toxar dili ilə əlaqədar olan bir dildən keçmiş bir çox isimin mövcudluğu nəticəsində Toxar C kimi tanınan başqa bir Toxar dili kəşf edilmişdir.
Tomari
Tomari (rus. Томари) və ya köhnə adıyla Tomarioru (yap. 泊居) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Tomarza
Tomarza (türk. Tomarza) — Kayseri ilinin ilçəsi.
Toyama
Toyama (yap. 富山市) — Yaponiyanın Honşu adasında olan Çubu regionunda yerləşən Toyama prefekturasının eyniadlı paytaxtı.
Toğana
Toğanalı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Toğanalı Göygöl r-nunda kənd. İlxıdərə çayının (Kürəkçayın qolu) sahilindədir. Oykonim regionda Toğana kimi məşhurdur. Bəzi tədqiqatçılara görə, oykonim toğanlı etnonimi ilə əlaqədardır. Toğanlı tayfası qıpçaq tayfa birliyinin tərkibində olmuşdur. == Əhalisi == Hal-hazırda əhalisi 989 nəfərdir. Əhalinin əsasını Azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 894 nəfər əhali yaşayır.
Tövrat
Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ) — qədim ibrani dilində bu kəlmənin ilkin mənası "qanun", "təlim" yaxud "öyüd-nəsihət" olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Tövrat Tanaxın ilk beş fəslinə verilən addır. Onlara Musanın Beş Kitabı da deyilir. Ancaq bu kitabların yazılması, e.ə. 1500-cü illərdə yaşadığı güman edilən Musa ilə tarixi əlaqəsi şübhəlidir. Tövratı aldığı güman edilən Musanın iddia edilən ömür illəri ilə Tövratın yazılması arasında min ilə yaxın vaxt var. Kitablar Yaradılış və Daşqın kimi fəsillərdə Şumer mifologiyasına dair çoxsaylı izahatları ehtiva edir və bu hekayələrin bir neçə əsrlər ərzində (bəziləri Babil sürgünündən qayıtdıqdan sonra) yəhudi ruhaniləri tərəfindən yazıldığı güman edilir. == Tövratın yəhudi Müqəddəs Yazılarında yeri == Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir.
Vovada
Vovada — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kənd adının düzgün yazılışı Vovədi şəklində olmalıdır. Vovə talışca «isti su olan yer», di «kənd» deməkdir (İstisu kəndi).
Ovala
Ovala — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Talış dilində ov "su", "a" birləşdirici sait və "la" (lə) "sahə", "hissə" mənasındadır (Sulukənd).
Soara
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir.Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi. Səlibçilər şəhəri "villa palmarum" adlandırırdılar.
Alvara Hefels
Alvara Hefels (6 aprel 1982) — Alman aktrisa.Onun çəkildiyi tamaşalarda "Keynoxrhasen" (2007), "Fak cu Qehte" (2013) və Türk aktrisası Sibel Kekilli ilə birlikdə çəkdiyi "Ayrılıq" (2010) olub.
Boxara (Şaran)
Boxara (başq. Бохара, rus. Бухара) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Tübənqe Zəyet kənd şurası nın tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 40 km, kənd sovetliyindən (Tübənqe Zəyet): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 10 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Böyük Tamara
Böyük Tamara (gürc. თამარ მეფე Tamar Mepe) və ya Tamar (1166, Mtsxeta – 18 yanvar 1213, Tabaxmela) — 1184–1213-cü illərdə hakimiyyət sürmüş Gürcüstan hökmdarı. Gürcüstanın Qızıl Dövrünü idarə edib. Baqrationilər sülaləsinin üzvü olan Tamaranın təkbaşına Gürcüstanı idarə edən ilk qadın olması orta əsr gürcü mənbələrində, əsasən, Tamara üçün istifadə edilən mep'e ("kral") titulu ilə qeyd edilib.Tamara 1178-ci ildə hakimiyyətdə olan atası III Georgi tərəfindən varis və hakimiyyət şəriki elan edildi, ancaq Georginin ölümündən sonra hökmdar səlahiyyətlərinə tamamilə sahib olduğu zaman zadəganların böyük bir müxalifəti ilə qarşılaşdı. Tamara onları neytrallaşdırmağa nail oldu və düşmən səlcuq türklərinin zəifləməsi ilə dəstəklənən fəal xarici siyasətə başladı. Güclü hərbi elitaya etibar edən Tamara Qafqazda ağalıq edən imperiyanı gücləndirməkdə öz sələflərinin uğurlarını davam etdirdi və bu imperiya onun ölümündən sonrakı iki onillikdə monqol hücumları ilə tənəzzül etdi.Tamara iki dəfə ailə həyatı qurub. Birinci əri olan Böyük Vladimir Knyazlığının şahzadəsi Yuri ilə 1185–1187-ci illərdə evli olub. O, Yuridən boşanıb, onu Gürcüstandan sürgün edib və daha sonra onun dövlət çevrilişi cəhdlərinin qarşısını alıb. İkinci əri kimi Tamara Alaniya şahzadəsi David Soslanı seçib və Daviddən iki övladı — sıra ilə Gürcüstan taxtının sahibləri olan Georgi və Rusudan doğulub.Tamaranın dövrün siyasi və hərbi uğurları və mədəni nailiyyətləri ilə əlaqələndirilməsi və onun qadın hökmdar kimi rolu gürcülərin incəsənət əsərlərində və tarixi yaddaşında onu ideallaşdırmasına və romantikləşdirməsinə səbəb olub. O, Gürcüstanın populyar mədəniyyətində vacib simvol olaraq qalır və Gürcü Ortodoks Kilsəsi tərəfindən Müqəddəs Mömin Kral Tamara (gürc.
David Navara
David Navara (çex. David Navara, 27 mart 1985, Praqa, Çexoslovakiya) — Çex şahmatçısı, qrosmeyster (2002). 2007-ci il aprel ayının FİDE reytinq siyahısında 2720 əmsalı ilə dünyada 14-cü, Çexiyada isə ən yüksək əmsallı oyunçu olmuşdur. 2015-ci il mayına olan göstəricilərə əsasənə isə o, şəxsi əmsalını 2751 qədər yüksəldə bilmişdir. == Şahmat karyerası == Navara 2004, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə Çexiya Çempionu olmuşdur. 2005-ci ildə Navara Dünya Kubokunda iştirak etmiş, birinci raundda Predrag Nikolić tərəfindən məğlub edilmişdir. O, 2006-cı il 37-ci Şahmat Olimpiadasında olduqca uğurlu çıxış edərək Dünya səviyyəli oyunçulara qarşı 12 oyundan 8.5 xal toplamışdır. 2007-ci ildə Navara Veyk-an-Zee turnirinə dəvət alaraq Alexander Morozevichi əvəz etmişdir. Təşkilatçılar tərəfində Navara Express adlandırılan oyunçu, 13 oyundan 6.5 xal toplayaraq (+3−3=7) yarışı 7-ci başa vurmuşdur. 2007-ci ilin noyabrında Navara Dünya Kubokunda iştirak etdi.
Eri Tosaka
Eri Tosaka (d. 30 avqust 1993, Takaoka, Yaponiya) — Yaponiyanı təmsil edən qadın güləşçi. Eri Tosaka 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların qızıl medalını qazandı. Tosaka həmdə 2013, 2014 və 2015-ci illərdə Dünya Çempionatlarının qızıl medalını qazanıb. == Karyerası == Eri Tosaka 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Tosaka birinci görüşdə Qazaxıstan güləşçisi Ulduz Yeşimovanı 6:0, ikinci görüşdə Amerika Birləşmiş Ştatları güləşçisi Haley Auqellonu 11:2, üçüncü görüşdə isə Çin Xalq Respublikası nümayəndəsi Sun Yananı 8:3 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Eri Tosaka Azərbaycan güləşçisi Mariya Stadniki gərgin görüşün yekununda, sona 3 saniyə qalmış 3:2 hesabı ilə məğlub etdi və XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Etsuko Tahara
Etsuko Tahara — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.