Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boris Piotrovski
Boris Borisoviç Piotrovski (rus. Бори́с Бори́сович Пиотро́вский; 1 (14) fevral 1908, Sankt-Peterburq – 15 oktyabr 1990[…], Leninqrad) — sovet arxeoloq və şərqşünası. == Həyatı == Boris Borisoviç Piotrovski 14 fevral 1908-ci ildə Sankt-Peterburq şəhərində zadəgan ailəsində anadan olmuşdu.Ailəlikcə Orenburq şəhərinə köçmüşdülər. Bu şəhərdə orta təhsil almışdı. Elə bu şəhərdə də tarixlə ilgilənməyə başlamışdı. Boris Piotrovski 15 oktyabr 1990-cı ildə Sankt-Peterburq şəhərində vəfat edib.
Karel Poborski
Karel Poborski (çex. Karel Poborský; d. 30.3.1972) — çex futbolçu.
Pavel Pototski
Pavel Pototski (1879 -1932) — Əsasən Bakıda fəaliyyət göstərmiş polşalı mühəndis, neftçıxarma üzrə mütəxəssis. O, Bibiheybət körfəzinin qurudulması layihəsinin müəllifi və icraçısı olmuşdur. 1929-cu ildə Pototski SSRİ Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi tərəfindən ən yaxşı tikinti işlərinin həyata keçirilməsi sahəsində birinci mükafata, 1931-ci ildə isə o, Lenin ordeni ilə təltif olundu. == Həyatı və fəaliyyəti == Pavel Pototski 1879-cu ildə Peterburq şəhərində zadəgan ailəsində anadan olmuşdur. Atası Nikolay Pototski general rütbəsində idi və Peterburqda yerləşən Mixaylovski hərbi akademiyasında dərs deyirdi. O, oğlu Paveli hərbi xidmətə təyin edir - onu Pajes korpusuna yola salır. Lakin cavan Pavel mühəndis olmaq arzusunda idi. Pavel Pototski Pajes korpusunun Yollar və Rabitə İnstitutuna keçir və yüksək təhsil alır. Pavel Pototski 1901-ci ildə buranı fərqlənmə ilə bitirdikdən sonra Hollandiyaya gedərək yer qazma işlərinin incəliklərini öyrənir. Hollandiyadan qayıtdıqdan sonra P.Pototski Xersonda Dnepr çayının mənsəbindəki kanalın tikintisində işləməyə başlayır.
Pomorski boğazı
Pomorski boğazı (rus. Поморский пролив) -Şimal Buzlu okeanında Peçora dənizini ilə Barens dənizini birləşdirir. Kolquev adasını Timonskoy adasından ayırır. Uzunluğu 100 km, 60–100 km təşkil edir. Dərinliyi 57 metrdir. Sahilləri alcaq və qumsaldır. Boğazın daxilində Senqeyski adası Sahilində Syatoy Nos burnu vardır. Şimalda Ramenka, cənubda Dornostalya və Kolokolkova körfəzləri yerləşir. Boğaza Bolşaya Qornostalya, Bolşaya Yarijnaya, Malaya Yarijnaya, Kelt, Carnaya, Senyayaxa çayları axır. Boğaz rusların subetnik qrupu olan Pomorların şərəfinə adlandırılıb.
Rafal Poborski
Rafal Poborski (pol. Rafał Poborski; 6 fevral 1976, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2020-ci ildən). == Həyatı == 6 fevralda 1976-cı ildə Varşavada anadan olmuşdur. 1995–2000-ci illərdə Varşava Universitetinin Etnologiya və Mədəni Antropologiya İnstitutunda təhsil almış və 2002-ci ildə həmin Universitetin Şərqi Avropanın Tədqiqatı üzrə Xüsusi Şərqşünaslıq Tədqiqatları üzrə magistr dərəcəsi almışdır. İsveç Milli Müdafiə Kollecində Avropa təhlükəsizlik siyasəti kursunu bitirmişdir. (2008-ci il). Peşəkar karyerasına Polşa İnformasiya Agentliyi Səhmdar Cəmiyyətində redaktor kimi başlamışdır. Sonra 2000–2003-cü illərdə Varşava Şərqşünaslıq Mərkəzinin Rus bölməsində analitik kimi çalışmışdır. 2003-cü ildən Xarici İşlər Nazirliyi ilə peşəkar əlaqəlidir, burada diplomatik və konsulluq təhsillərindən başlayaraq ta şöbə müdiri, departament direktorunun müavini və Polşa Respublikasının Səfiri vəzifələrinə keçmişdir. Xarici İşlər Nazirliyinin qərargahında Poborski həmçinin çalışmışdır Avropa Departamentində, Şərq Siyasəti Departamentində, eləcə də Təhlükəsizlik Siyasəti Departamentində.
Qriqori Petrovski
Qriqori Petrovski (4 fevral 1878 – 9 yanvar 1958, Moskva; rus. Петровский, Григорий Иванович) — sovet inqilabçısı, IV çağırış Rusiya İmperiyası Dövlət Dumasının deputatı, Sovet və Ukrayna partiya və dövlət xadimi. RSFSR Xalq Daxili İşlər Komissarlığına rəhbərlik edib (1917–1918), ÜmumUkrayna İnqilab Komitəsinin sədri (1919–1920), eyni zamanda Ümumkrayna Mərkəzi İcraiyyə Komitəsinin (1919–1938) və SSRİ Mərkəzi İcraiyyə Komitəsi (1922–1938). Ukrayna KP(b) Siyasi Bürosunun və Mərkəzi Komitəsinin üzvü (1920–1938), 1918–1919, 1920–1921-ci illərdə RKP(b) Mərkəzi Komitəsinin üzvlüyünə namizəd. 1921–1939-cu illərdə RKP (b) — VKP (b) Mərkəzi Komitəsinin üzvü. 1926–1939-cu illərdə MK Siyasi Bürosunun üzvlüyünə namizəd olub. == Gənclik illəri == Georgi İvanoviç Petrovski 1878-ci il yanvarın 22-də (4 fevral) Xarkov vilayətinin Volçanski rayonunun Peçeneqi kəndində anadan olmuşdur. Atası dərzi, anası isə paltaryuyan idi. Qriqorinin üç yaşı olanda atası öldü, anası isə üç uşağı ilə dul qaldı. Bu ağır vəziyyət ailəni Xarkova köçməyə məcbur etdi.
Stanislav Potoçki
Stanislav Revera Potoçki (1579, Kamenets-Podolski – 27 fevral 1667, Lvov, Polşa Krallığı Taxt-tacı) — Polyak zadəgan, komandir və hərbi lider. == Həyatı == Tufan dövründə Stefan Czarniecki ilə birgə işğalçı isveçlilər və rusları məğlub etmişdirlər. Kral II Jan Kazimierz Wazanın ən etibarlı məsləhətçisi idi. Polşa-İsveç müharibələrində iştirak etmişdir. == Ölümü == Stanislav Revera Potoçki 27 fevral 1667-ci ildə vəfat etmiş Podhajcedəki Müqəddəs Üçlük Kilsəsində dəfn edilmişdir.
Yeni Petrovski (Xaybulla)
Yeni Petrovski kəndi (başq. Яңы Петровский) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu İvanovka kənd sovetliyinə daxil olan kənd. == Tarixi == 2008-ci ildə Antinqan kənd sovetliyindən İvanovka kənd sovetliyinə verilmişdir. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yeni Petrovski kəndinin milli tərkibi: ruslar (50 %), başqırdlar (50 %) == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.