Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polimat
Universal insan ensiklopedist, polimat (polymathēs, yun. πολυμαθής) — ensiklopediya, yaxud elm, incəsənət və peşələrə dair izahlı lüğəti (1715–1780) tərtib və nəşr edən fransız maarifçiləri. Ensklopediya XVIII əsrin sonunda Fransa burjua inqlabının ideoloji cəhətdən hazırlanmasında böyük rol oynamış və zəmanəsinin elmi nailiyyətlərinin müntəzəm külliyyatını vermişdir. 1772-ci ilə qədər "Ensiklopediyanın" təşkilatçısı və rəhbəri Deni Didro olmuş və D`Alamber ona yaxından kömək etmişdir. Monteskyö, Jan Jak Russo, Volter, Helvetsi, Holbax və digər mütəfəkkirlər də enisklopedistlərin sırasında olmuşdur. "Ensklopediya"da feodal ideologiyasına qarşı ardıcıl mübarizəni materialistlər aparmışlar. Lakin ensklopedistlərin daha mötədil hissəsi də kilsənin elmin işlərinə qarışmaması uğrunda çıxış etmiş, özünü ictimai tərəqqinin tərəfdarı saymış, istibdadın tənqidini vermiş, insanın silki zülümdən azad olunmasına tərəfdar çıxmışlar. Ensiklopedist — 1) hərtərəfli məlumatı, təhsili olan adam; 2)tarixdə XVIII əsrin axırlarında Fransada nəşr edilən "Ensiklopediya" ətrafında toplaşmış qabaqcıl mütəfəkkirlər qrupunun nümayəndəsi, yaxud onların fikrinə şərik olan adam. Ensiklopedistlər — "Ensiklopediya, yaxud Elm, incəsənət və peşələrə dair izahlı lüğət"i tərtib və nəşr edən fransız maarifçiləri. "Ensiklopediya"nın təşkilatçısı və rəhbəri D. Didro idi.
Eugenia polita
Eugenia polita (lat. Eugenia polita) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Veronica polita
Veronica polita (lat. Veronica polita) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
Nova Poçta
Nova Poçta (ukr. Нова пошта) — Sənədlərin, yüklərin və bağlamaların təcili çatdırılmasını təmin edən Ukrayna şirkəti. == Tarix == Şirkət 2001-ci ildə qurulmuşdur. Əsas həmtəsisçilər Vyaçeslav Klimov və Vladimir Popereşnyuk, eyni zamanda azlıqların həmtəsisçisi İnna Popereşnyukdur. Başlanğıc kapitalı 7000 ABŞ dollar olmuşdur. 2018-ci ildə şirkət Ukrayna daxilində 174 milyondan çox yük çatdırmışdır. 2018-ci ildə şirkət Ukraynanın nəqliyyat sənayesində vergi ödəyiciləri arasında 4-cü yer olan 1615,6 milyon qrivna vergi ödəmişdir. 2019-cu ilin sonuna qədər Nova Poçta şəbəkəsi, saatda 14 ilə 20 min bağlama işləməni nəzərdə tutan Kiyev, Xmelnytski və Lvov şəhərlərində çeşidləmə terminalları olan 6000-dən çox filialı əhatə edir. 2019-cu ilin sonunda Nova Poçta 2,7 milyard qrivnadan çox vergi ödəyib və vergi ödəmələrinin həcminə görə Ukraynanın ən böyük 100 şirkətinin siyahısında 27-ci yeri tutub.. == Xidmətlər == Nova Poşta qrupu, Nova Poşta MMC-yə əlavə olaraq Ukrayna və xarici şirkətləri, xüsusən NP Logistic, POST FINANCE və Nova Poshta International şirkətlərini əhatə edir.
Adskaya poçta (1769)
Adskaya poçta (rus. Адская почта) — 1769-cu ildə Sankt-Peterburqda Fyodor Emin tərəfindən nəşr olunan aylıq satirik jurnal. 6 nəşri işıq üzü görmüşdür. İki cin arasında yazışma şəklində məmurların, təhkimçilərin vəzifələrindən sui-istifadələrini ələ salmışdır. Rusiya hökuməti tərəfindən təqibə məruz qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Афанасьев А. Н. Русские сатирические журналы. 1769—1774. Берков П. Н. История русской журналистики XVIII. — М., Л. 1952. == Xarici keçidlər == Адская Почта // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Adskaya poçta (1906)
Adskaya poçta (rus. Адская почта) — karikaturaçı və naşir Zinoviy Qrjebin və rəssam Yevgeni Lansere tərəfindən həftəlik illüstrasiyalı siyasi satira ədəbi-bədii jurnalı. Baş redaktor vəzifəsini P. N. Troyanski tuturdu. Nəşr 1906-cı ildə Sankt-Peterburqda işıq üzü görmüş, cəmi 3 nömrəsi çıxmışdır. Dördüncü nörmə hazırlanmışdı, lakin mətbəədə müsadirə edilmişdir."Adskaya poçta" jurnalı Fyodor Emin tərəfindən 1769-cu ildə nəşr olunan eyni adlı aylıq nəşrin adını almışdır. Yeni "Adskaya poçta"nın əsl təsisçisi naşir və karikaturaçı rəssam Zinoviy Qrjebin idi. O, 1906-cı ilin əvvəlində Krestidə 13 aylıq həbs cəzasını çəkmiş və bu cəzanı əvvəlki jurnalı olan "Jupel"də sərt antimonarxist illüstrasiyaları və məqalələri dərc etdiyinə görə almışdı. Məhkəmənin qərarı ilə Qrjebin nəşriyyat fəaliyyəti hüququndan məhrum edilmiş, lakin həbsdə olduğu müddətdə qapalı jurnalın demək olar ki, bütün redaksiyasını və bir çox müəlliflərini saxlaya bilmiş, "Adskaya poçta" adı ilə nəşrini davam etdirmişdir. Rəsmi qadağadan keçmək üçün yeni jurnal təsisçi kimi rəssam Yevgeni Lanserenin adından istifadə edirdi.Yazıçılar Leonid Andreev, Konstantin Balmont, İvan Bunin, Vyaçeslav İvanov, Fyodor Sologub, Aleksandr Kuprin və başqaları"Adskaya poçta" ilə əməkdaşlıq edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Ипполитов С. С. Гржебин Зиновий Исаевич (1877 1929) // Новый исторический вестник (9).