Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aradeti
Aradeti Tiflis quberniyasının Qori qəzasında (indi Kareli rayonunda) kənd adı. == Toponimkası == Aradeti- Tiflis quberniyasının Qori qəzasında (indi Kareli rayonunda) kənd adı. XIV əsr tarixçisi Rəşidəddin yazır ki, monqol işğallarında Oyrat adlı türk tayfası da iştirak etmişdir. Tədqiqat göstərmişdir ki, bu tayfanın adı Azərbaycanda Birinci Aratkənd və İkinci Aratkənd (Kürdəmir rayonu) kənd adlarında olduğu kimi. Gürcüstanda Aradeti kənd adında əksini tapmışdır ki, bu da Arad (əsli Oyrat) tayfasının adından və gürcücə yer bildirən "eti" şəkilçisindən ibarətdir. Bunu oyratların Olet (Elet) tayfası adının Gürcüstanda Aletkari toponimində qalması da göstərir.
Tanrının iradəsi
Tanrının iradəsi və ya ilahi iradə — Yəhudi Bibliyasında, Əhdi-cədiddə və Quranda tapılan anlayış. Buna əsasən, tanrının iradəsi mövcud olan hər şeyin ilk səbəbidir. Akvinalı Fomaya görə, tanrı "ali xeyir"dir. "Teologiyanın cəmi" (sual 6, maddə 3) təsdiq edir ki, "tanrı özü təkcə mahiyyətcə xeyirdir". İsa Məsihdə iki təbiət var – insani və ilahi. Buna görə də Foma qeyd etmişdir ki, onda iki fərqli iradə mövcuddur: insan iradəsi və ilahi iradə.
Andhra Pradeş
Andhra Pradeş (urdu: آندھرا پردیش; teluqu: ఆంధ్ర ప్రదేశ్; hind: आन्ध्र प्रदेश; ingilis: Andhra Pradesh) — Hindistanın cənub-şərq hissəsində ştatdır. Cənubda Tamilnad, qərbdə Karnataka, şimalında Maxaraştra, Madya Pradeş və Orissa ştatları ilə qonşudur. Şərq sərhəddini Benqal Körfəzi təşkil edir. Adını, qədim zamanlardan bəri bu ərazilərdə yaşayan və özlərinə aid Teluqu dilində danışan Andhra xalqından götürmüşdür. Ərazisi: 275.068 km², əhalisi: 75,727,000. Paytaxtı və ən böyük şəhəri Heydərabaddır. == Tarixi == Bu ərazilərdə e.ə. 3 əsrdən etibarən bir çox knyazlıqlar hakimiyyətdə oldu. Buddizim burada yarandı. 12 və 13 cü əsrlərdə hökümdarlar, Andhranın ərazisini genişlətdilər.
Arunaçal-Pradeş
Arunaçal-Pradeş (hind. अरुणाचल प्रदेश) — Hindistanın şimal-şərqində ştat. Əhalisi 1.382.611 nəfərdir (dövlətlər arasında 27-ci yer; 2011-ci ilə əsasən). Bölgə Hindistan və Çin arasında ərazi mübahisəsi mövzusudur. Əcnəbilərin bu bölgəyə girişi ciddi şəkildə tənzimlənir.
Darevskia raddei
Azərbaycan kərtənkələsi (lat. Darevskia raddei) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Xariçi görünüş == === Xüsusiyyətləri === Kələzin uzunluğu 76 mm, quyruğu bədənindən iki dəfə uzundur. Onun başı aşkarcasına batıq formadadır. Yaxalığı isə dişvari formada qabarıqdır. Bədənində yerləşən pulçuqları hamar və qabarıqdır. Boğaz nahiyəsi boyunca 20-29 pulсuğa malik olur. Kələzin bədəni boyunca isə ortalama 48-62 pulcuğa sahib olur. Ön ərtaflarda olan pulcuqlar bel nahiyyəsindən kiçik olur. === Rəngi === Kələzin bədəninin yuxarı hissəsi açıq-qəhvəyi, qum rəngi və ya tünd-qonur bəzən isə demək olarki qara olur.
Himaçal Pradeş
Himaçal Pradeş (sanskr. हिमाचल प्रदेश) - Hindistanın ştatlarından biri. Paytaxtı Simla şəhəridir. Hindistanın şimalında yerləşir. Sahəsi 55 673 km2 olan ştat təbii gözəlliklərə malikdir. Şimalında Cammu-Kəşmir, şərqində Çin (Tibet), cənub-şərqində Uttar Pradeş, cənubunda Haryana, qərbində Pəncab əyalətləri var. "Qarlı Dağ" mənasını verən Himaçhal adı Himalay dağlarından gəlir. Himçal Pradeşdəki fermerlər əsasən qoyun və keçi yetişdirirlər, hüsusilə qəbilə bölgələrində.
Madhya-Pradeş
Madhya-Pradeş (hind. मध्य प्रदेश) — mərkəzi Hindistanda ştat. Əhalisi 72 597 565 nəfər (ölkədə 6-cı yer). Paytaxtı Bhopaldır. Digər böyük şəhərlər Qvalior, İndore, Cəbəlpurdur. Əsas dil hindi dilidir.
Mikania bradei
Mikania bradei (lat. Mikania bradei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Uttar-Pradeş
Uttar-Pradeş ([hind. उत्तर प्रदेश; urdu. اتر پردیش) — Hindistanın əhalisinə görə ən böyük ştatıdır. Ərazisi 238.566 kvadrat kilometr, əhalisi isə 200 milyona yaxındır. Mərkəzi Lakhnau şəhəridir. Ən böyük şəhəri Kanpurdur. Ştatın adı hind dilindən tərcümədə "Şimal torpağı mənasını verir.
Uttar Pradeş
Uttar-Pradeş ([hind. उत्तर प्रदेश; urdu. اتر پردیش) — Hindistanın əhalisinə görə ən böyük ştatıdır. Ərazisi 238.566 kvadrat kilometr, əhalisi isə 200 milyona yaxındır. Mərkəzi Lakhnau şəhəridir. Ən böyük şəhəri Kanpurdur. Ştatın adı hind dilindən tərcümədə "Şimal torpağı mənasını verir.
Sorex raddei
Radde qonurdişi (lat. Sorex raddei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin qonurdiş cinsinə aid heyvan növü. Azərbaycanda əldə edilmiş 19 heyvanın kütləsi 9, 7-10,0 q, bədənin uzunluğu 65-80 quruğu, 43, 6-52,1 mm, pəncəsi 12,0-13,1 mm olmuşdur. Radde qonurdişi Qafqaz endemikdir. Eləcə də Türkiyə ilə həmsərhəd rayonlarda yayılmışdır. Azərbaycanda bu növ yalnız Kiçik və Böyük Qafqazda qeyd alınmışdır. Çox azsaylı, nadirdir. Dağətəyi və dağ meşələrində, kolluqlarda, çayların yanında, daş yığınlarında, arxların kənarında rast gəlinir. Aprelin ikinci yarısından başlayaraq payızın sonuna qədər ildə 2-3 dəfə çoxalır. Bir nəsildə 3-7, çox vaxt 5 bala verir.
Prader-Villi sindromu
Prader-Villi sindromu — 15-ci xromosomdakı bəzi genlərin funksiyasını itirməsindən yaranan genetik bir xəstəlik. Yeni doğulmuş uşaqlarda simptomlara əzələ zəifliyi, zəif qidalanma və yavaş inkişaf daxildir. Uşaqlıqdan bu xəstəliyə tutulmuş insanlar daimi bir aclıq yaşayırlar, bu da tez-tez piylənməyə və tip 2 diabetə səbəb olur. Bu xəstəliyə malik olan insanlarda yüngül və orta dərəcədə zəka qüsurları və davranış problemləri də geniş yayılmışdır. Çox vaxt bu xəstəliyə məruz qalmış insanlar dar bir alına, kiçik qollara və ayaqlara, qısa boya və açıq dəri və saç rənginə malik olurlar. Onların əksəriyyəti heç vaxt övlad sahibi ola bilmirlər. Xəstəlik halının təqribən 74%-i atanın 15-ci xromosomunun bir hissəsi çıxarıldıqda baş verir. Yerdə qalan 25% hallarda isə xəstə anadan 15-ci ana xromosomunun iki nüsxəsini alır və ata nüsxəsi olmur. Ana xromosomunun hissələri genomik imprintinq səbəbindən deaktivləşdirildiyindən, onlara müəyyən genlərin işləyən nüsxələri qalmır. PVV ümumiyyətlə genetik yolla ötrülmür; lakin, yumurta, sperma və ya erkən inkişaf zamanı genetik dəyişikliklər baş verə bilir.
Andhra Pradeş ştatında dəmiryolu qəzası (2016)
Andhra Pradeş ştatında dəmiryolu qəzası (hind. हीराखंड एक्सप्रेस ट्रेन हादसा) - Hindistanın cənub-şərq hissəsində yerləşən Andhra Pradeş ştatında 2017-ci ilin 21 yanvar tarixində yerli vaxtla saat 11:00-da baş vermiş dəmiryolu qəzası. == Arxa plan == Qəza Hindistanın Orissa və Andhra Pradeş ştatlarının sərhədində yerləşən Kuneru stansiyası yaxınlığında baş verib. Caqdalpur şəhərindən Bxubaneşvar şəhərinə hərəkət edən qatarda 600 nəfərdən çox sərnişin olub. Qatarın qəza törətməsinin əsas səbəbi kimi hərəkverici vaqonun relslərdən çıxması göstərilir. Ümumilikdə 22 vaqondan ibarət olan qatarda, lokomotiv və 8 vaqon relsdən çıxıb. Xilasedicilərin ilk qrupu hadisə baş verəndən 40 dəqiqə sonra hadisə yerinə çatıblar. İlkin məlumatlara əsasən dəmiryolu qəzası nəticəsində 41 nəfər həlak olub, 68 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Andhra Pradeş ştatında dəmiryolu qəzası (2017)
Andhra Pradeş ştatında dəmiryolu qəzası (hind. हीराखंड एक्सप्रेस ट्रेन हादसा) - Hindistanın cənub-şərq hissəsində yerləşən Andhra Pradeş ştatında 2017-ci ilin 21 yanvar tarixində yerli vaxtla saat 11:00-da baş vermiş dəmiryolu qəzası. == Arxa plan == Qəza Hindistanın Orissa və Andhra Pradeş ştatlarının sərhədində yerləşən Kuneru stansiyası yaxınlığında baş verib. Caqdalpur şəhərindən Bxubaneşvar şəhərinə hərəkət edən qatarda 600 nəfərdən çox sərnişin olub. Qatarın qəza törətməsinin əsas səbəbi kimi hərəkverici vaqonun relslərdən çıxması göstərilir. Ümumilikdə 22 vaqondan ibarət olan qatarda, lokomotiv və 8 vaqon relsdən çıxıb. Xilasedicilərin ilk qrupu hadisə baş verəndən 40 dəqiqə sonra hadisə yerinə çatıblar. İlkin məlumatlara əsasən dəmiryolu qəzası nəticəsində 41 nəfər həlak olub, 68 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.