YENİBAR
YENİSEY
OBASTAN VİKİ
Yenilməz armada
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı.
Yenilməz batalyon
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. == Məzmun == Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. == Film haqqında == Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. == Səhvlər == Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
Yenilməz batalyon (film, 1965)

Yenilməz Batalyon (Teymurun Mahnısı) (mahnı)
Yenilməz Batalyon (Teymurun Mahnısı) - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri Qılman İlkinə, bəstə Cahangir Cahangirova, aranjemanı isə Qara Dərvişə aiddir.

Значение слова в других словарях

блюдоли́з вда́вленный дошива́ть ницшеа́нский поу́жинать ретроспекти́вно страшнова́то техпа́спорт буфе́тчица в шагу́ захлёбывание лист сепарация agate ambit bear-play gadolinium Mother's Day prime minister pudding head uncharm краснодеревец молва неотлучный обмывать