Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pradina
Pradina (fr. Pradinas, oks. Pradinàs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12045. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 28 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 367 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 206 nəfər arasında (15-64 yaş) 153 nəfər iqtisadi fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 67.0%).
Kristina Pravdina
Kristina Pravdina — Rus əsilli Azərbaycanlı idman gimnastı. 2006-cu ildə Orhus şəhərində keçirilən Dünya Çempionatının bürünc medalçısıdır. == Həyatı == Kristina Pravdina 28 dekabr 1990-cı ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. Kristina Pravdina 1995-ci ildən idman ilə məşğul olur. Kristina Pravdina Voronej Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunudur. == Karyerası == Kristina Pravdina ən böyük uğurunu 2006-cı ildə Rusiya bayrağı altında qazandı. O Danimarkanın Orhus şəhərində keçirilən Dünya Çempionatında komanda yarışlarında bürünc medal qazandı. Daha sonra Kristina Pravdina Azərbaycanın uğurları üçün çalışdı. O Azərbaycan bayrağı altında birinci uğurunu Azərbaycan Çempionatında qazandı. Kristina Pravdina 2015-ci ildə çoxnövçülük və müxtəlif hündürlüklü qollarda Azərbaycan Çempionatının qızıl medalını qazandı.