1. İş gördürmək, işlə məşğul etmək, iş görməyə məcbur etmək; çalışdırmaq. Fəhlə işlətmək. Uşağı işlətmək. Qızı uşaqlıqdan işlətmək.
2. Bir şey üçün istifadə etmək; faydalanmaq.
Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkas alıb işlətməyə şüru etdi.
Gülsənəm arvad təknə əvəzinə işlətdiyi alümin ləyəni stulla bərabər yerindən götürüb, … qız əhvalatını açıb danışdı.
Fərmanın qoçaqlığı orasındadır ki, o, mürəkkəb maşını işlətməyi artıq mənimsəyibdir.
3. Tətbiq etmək, işə salmaq. Siyasət işlətmək. Fənd işlətmək. Hiylə işlətmək.
– Koroğlu qayıtmaz, tufan salmasa; Cida işlətməsə, qılınc çalmasa. “ ”.
Molla Qasım anladı ki, … hər nə kələyi varsa, işlədə biləcəkdir.
Böyük yazıçı vəfat etdiyi günə qədər qələmini işlətdi.
4. Sərf etmək. Pulu qənaətlə işlətmək.
– Cəm oluruq bir məclisə yüz nəfər; İşlədirik neçə batman çay, şəkər.
// İçmək, qəbul etmək, yaxud içmək və ya yemək kimi istifadə etmək.
Sirkəni artıq işlədənin bədəni zəif olur.
[Professor:] Bu dərmanları vaxtında işlət…
5. Danışıqda, yazıda tətbiq etmək, istifadə etmək. Qəliz ibarələr işlətmək.
– Hələ … ruslar, polyaklar və qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər…
[Səmirə:] Orta məktəbdə oxuyarkən bizim hamımızın işlətdiyi bu dəbdə bəzi ifadələr indi məndə parodiya təsiri buraxırdı.
6. Adətən “qarnını” sözü ilə – ifraz prosesini qaydaya salmaq, yaxud əksinə, ayaqyoluna salmaq.