Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aida Predele
Aida Predele (latış. Aida Prēdele‎; d. 29 noyabr 1950; Smiltene, Latviya - ö. 19 iyul 2015; Riqa, Latviya) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1993—1995), VI (1995—1998) və VII (1998—2002) çağırış üzvü. == Həyatı == Aida Predele 1950-ci il noyabrın 29-da Smiltene şəhərində anadan olub. O, 1974-cü ildə Latviya Universitetini jurnalist ixtisası üzrə bitirib. Aida Predele 1982-ci ildən 1987-ci ilə qədər Kommunist Partiyasının, 1993-cü ildən 1997-ci ilə qədər Latviyanın Kəndçi Birliyinin, 1998-ci ildən 2011-ci ilə qədər isə «Vətənə və azadlığa» Partiyasının üzvü olub. Aida Predele 2015-ci il iyulun 19-da Riqa şəhərində 64 yaşında vəfat edib. == Fəaliyyəti == 1993-cü ildə Latviyanın Kəndçi Birliyinin üzvü olan Aida Predele, V çağırış Latviya Seyminə üzv seçildi. 1995-ci ildə «Vətənə və azadlıqa» Partiyasının üzvü olan Aida Predele, VI çağırış Latviya Seyminə, 1998-ci ildə isə VII çağırış Latviya Seyminə üzv seçildi.
Predel burnu
Predel burnu (bolq. нос Предел, ‘Nos Predel’ \'nos pre-'del\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun Fourniye körfəzindən qərbdə yerləşmişdir. Resus buzlağından şimalda, Tamuris buzlağından cənubda yerləşmişdir.Burun cənub-qərbi Bolqarıstanda yerləşən Rila və Pirin dağlarındakı Predel yəhərinin adını daşıyır. == Yerləşməsi == Dralfa burnundan 10.72 km cənub-qərbdə, Andruys burnundan 15.03 km cənub-qərbdə, Studena burnundan 3.77 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.