Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prenit
Prenit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5; Sınıqlar – qeyri-hamar; Ayrılma – {001} üzrə orta; Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli; İkiləşmə: polisintetik; Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Prensa Latina
Prensa Latina (isp. Prensa Latina), rəsmi adı: Prensa Latina, Latın Amerikası informasiya agentliyi S. A. (isp. Prensa Latina, Agencia Informativa Latinoamericana S.A.) — Kuba informasiya agentliyi. == Tarixi == 1959-cu il 16 iyunda Ernesto Çe Gevaranın təşəbbüsü ilə yaradılıb. Agentliyin təsisçisi və ilk direktoru Xorxe Rikardo Masetti olub.
Pyrenia aucuparia
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Şeron Stoun
Şeron Stoun (ing. Sharon Stone; 10 mart 1958[…]) — ABŞ aktrisası. == Həyatı == O, 10 mart 1958-ci ildə ABŞ-nin Pensilvaniya ştatında dünyaya göz açıb. Soyunmağı xüsusilə sevən xanım uşaqlıqdan qeyri-adi olub. O, 5 yaşında artıq 2-ci sinifdə, 15 yaşında isə universitetdə təhsil alırdı. Elə o yaşlarından Şeron modellik təklifi alır. Bu sahədə o qədər uğur əldə etməyən Şeron aktrisa olmaq arzusu ilə ABŞ-yə qayıdır və istəyinə nail olur. Bu minvalla Şeron bir çox məşhur aktyorlarla birgə saysız-hesabsız filmlərə çəkilir.
Sauron
Sáuron (kv. Sauron) — Con Ronald Ruel Tolkinin uydurma Orta Dünya haqqında yazdığı əsərlərində Qaranlıq hökmdarı və ya Üzüklərin hökmdarı olaraq adlandırılan maia. == Annatar == Annatar Sauronun birinci çağın başlarında elflərin bildiyi adıdır. Keleborn və Elrond Annatarın kim oldugunu bildikləri üçün Mordordakı pisliyin dəyişməyəcəyindən əmin idilər. Ancaq bir qrup elf Annatara aldanmiş və onun sozdə yardımını qəbul etdilər. Annatar dəmirçilik bilgisini elflər ilə paylaşdı və onlara bu elmin incəliklərini öyrətdi. Annatar 300 il boyunca elflər ilə dostluq qurdu. Ən sonunda elflərə güc üzüklərini düzəltməyi öyrətdi və elflər bu üzüklər ilə Orta Dünyada böyük işlər eləməyə başladılar.
Sitron
Sitron (lat. Citrus medica) == Təbii yayılması == Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.
Stirol
Stirol (eniletilen, vinilbenzol, etilbenzol) C8H8 — spesifik iyli rəngsiz mayedir. Stirol, demək olar ki, suda həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur, polimerlər üçün yaxşı həlledicidir. == Alınması == İlk dəfə stirol 1831-ci ildə alınmışdır. Ancaq ikinci dünya müharibəsinə qədər stirol və onun polimeri sənayedə tətbiq olunmamışdı.Stirol sənaye miqyasında ilk dəfə Almaniyada 1930-cu ildə alınmışdır. 1933-cü ABŞ -da da ildə stirol istehsalı başlanmış , ancaq sintez olunan polistirol aşağı keyfiyyətə malik idi və daha başa gəlirdi. Ona ancaq toz halında alaraq təziqdə tökmə ücün istifadə edirdilər . Sənayedə stirolu, əsasən (85%-ə qədər), 600-650oC temperaturda, atmosfer təzyiqi altında və qızdırılmış su buxarı əlavə etməklə (3-10 dəfə) etilbenzolun dehidrogenləşməsindən alırlar. Katalizator kimi kalium-karbonat əlavə etməklə dəmir-xrom oksidindən istifadə edilir. Digər sənaye üsulu (qalan 15%-i alırlar) etilbenzolun hidroperoksidindən propilen oksidin alınması prosesində əmələ gələn metilfenilkarbinolun dehidratasiyasından ibarətdir. Etilbenzolun hidroperoksidini etilbenzolun hava ilə qeyri-katalitik oksidləşməsindən alırlar.
Şatodön
Şatodön (fr. Châteaudun) — Ör və Luar departamentinin ən böyük şəhərlərindən biridir. Parisdən cənub-qərbdə yerləşir.
Şevron
Şevron (chevron) — V və ya digər şəkildə fərqlənmə nişanı:
Şopron
Şopron (mac. Šopron) — Macarıstanda şəhər. Avstriyanın sərhədində, Noyzidler gölünün yaxınlığında yerləşir. == Tarixi == Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi bir dövrdə Osmanlı türkləri 1529-cu ildə şəhərə hücum elədilər, lakin işğal etmədilər. İşğal olunmuş ərazilərdə məskunlaşan insanların əksəriyyəti Şoprona qaçdı və beləcə şəhərin əhəmiyyəti artdı. 1676-cı ildə Şopron şəhəri böyük bir yanğın nəticəsində tamamilə xaraba qaldı. Bu gün şəhərdə Barokko memarlığı üslubunda binalar çoxluq təşkil edir. Şopron şəhəri İkinci Dünya müharibəsi zamanı bir sıra hücumlara məruz qaldı. Nazi Almaniyası və onların Macarıstandakı müttəfiqləri şəhərdəki bütün yəhudi vətəndaşlarını və bəzi solçu işçiləri ölüm düşərgələrinə göndərərək öldürürdülər və şəhəri davamlı olaraq bombalayırdılar. Sovet İttifaqının Qırmızı Ordusu 1945-ci ilin 1 aprel tarixində şəhəri ələ keçirmişdir.
Stokton
Stokton (Kaliforniya) — Kaliforniya ştatında şəhər. Stokton (Nyu-Cersi) — ABŞ-nin Nyu-Cersi ştatının Hanterdon dairəsində yerləşən şəhər.
Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 — (sumu), monqol dilində sum, tuva dilində sumon) — Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. == Çin Xalq Respublikası == Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı — 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. === Etnik somon === Etnik milli somon — (<in dilində 民族苏木, mintszu sumu) — Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon — Evenk milli somonu mövcuddur.
Toqon
Toqon(çin. ənən. 吐谷渾, pinyin: Tǔyùhùn, hərfi mənası: "Tuyuhun"; tib. 'A-zha) — 285–670-ci illərdə iqtidarda olmuş Syanbi dövləti. == Tarixi == Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadanm qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi.
Toran
Alatoranlıq, alaqaranlıq və ya toran — şəfəq vaxtı ilə günəşin doğuşu və günəşin qürubu ilə qaranlıq vaxt arasındadır. Üst atmosferdə səpələnmiş gün işığı aşağı atmosferi işıqlandırır və bu vəziyyətdə yer nə tamamilə işıqlıdır, nə də tamamilə qaranlıqdır. Günəş üfüqdə olduğundan, əslində görünə bilməz. Bu anda “mavi saat” (fransızca: l'heure bleue) adlanan mühit işığının qeyri-adi, romantik təbiəti fotoqraf və rəssamlar arasında populyardır. Alatoranlıq, texniki olaraq süni işıqlandırmaya ehtiyac olmadan xarici fəaliyyətlərin edilə biləcəyi günün səhər başlayıb, axşam başa çatan hissəsi olaraq təyin edilmişdir. == Təyin edilməsi == Elmi baxımdan, alatoranlıq Günəşin (mərkəzinin) üfüqə görə mövcud olan bucağı ilə müəyyən edilir. Alatoranlıq üç alt kateqoriyaya malikdir: gündəlik mövqeyi (ən parlaq), dəniz mövqeyi və astronomik mövqeyi (ən qaranlıq).
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Toyon
Toyon — Orta əsrlərdə Saxa tayfa başçıları və əyanlarına aid titul.
Şoran
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Sorun
Problem (q.yun. προβλήμα) — öyrənilməsini və həllini tələb edən mürəkkəb və praktiki situasiya; hansısa vəziyyətin, obyektin, qeyri-müəyyənliyin mürəkkəbliyinin nəzəri isahını gözləyən hal. Həllində əsas məsələ onun düzgün izah edilməsidir. Düzgün izah edilməyən problem onun istinad nöqtəsindən uzaqlaşmasına səbəb olur. Problem məsələdən onunla fərqlənir ki, onun həll üçün öz resursları yoxdur və kənardan dəstəyə ehtiyacı vardır. Qarşılıqlı problemlərin məcmusu problematika adlanır. == Təsnifat == === Bəşəriyyətin problemləri === ekologiya, sağlamlıq, qida, energetika, nəqliyyat problemləri; demoqrafik problemlər; təbiətin talan edilməsi; planetə qarşı diqqətsizlik; cinayətkarlıq; regionların qeyri-bərabər inkişafı; əmək bazarındakı problemlər; ailə institunun problemləri; yeni texnologiyaların tətbiqinin problemləri; === Proqnozlaşdırma imkanları === proqnazlaşdırıla bilinmir (təbii fəlakətlər, insan faktoru); poqnozlaşdırılır.
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Breşia
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Pernis
Arıyeyən (lat. Pernis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Phania
Phania (lat. Phania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Phania cajalbanica Borhidi & O.Muñiz Phania curtissii B.L.Rob. Phania domingensis (Spreng.) Griseb. Phania matricarioides (Spreng.) Griseb.
Sirenia
Sirenlər (lat. Sirenia) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi.