Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prıtıka burnu
Prıtıka burnu (rus. Притыка) — Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Strovı və Dvoryanoy burunları arasında yerləşir. XX əsrin 60-cı illərində Kisloqubinski qabarma elektrik stansiyasının quraşdırılma işləri burunda aparılmışdır. Sonradan isə stansiya dənizə dartma vastəsi ilə aparılmışdır. Притыка // Кольская энциклопедия. В 5 т. Т. 4. П — Т / Гл. ред.
Plitviçka Gölləri Milli Parkı
Plitviçka Gölləri Milli Parkı — Xorvatiyanın ən böyük milli parkı. 16 göldən ibarətdir. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Plitviçka Gölləri Milli Parkı Cənub-Şərqi Avropanın ən qədim milli parkı və Xorvatiyanın ən böyük parkıdır. Bosniya və Herseqovina sərhədində yerləşən kalsium və əhəng daşından ibarət karst (aşınıma qarşı müqavimətsiz, əhəng daşı kimi asan əriyə bilən qayalardan ibarət olan ərazi) dağ bölgəsindəki park 1949-ci ildə milli park elan edilmişdir. Göy,yaşıl,boz,mavi və s. rəngdə dəyişən fərqli rəngləri ilə möhtəşəm mənzərələr meydana gətirən 16 göldən meydana gəlmişdir. Göllər bir-birindən təbii su anbarları ilə ayrılmışdır. Sudakı mineral və orqanizmlərin sıxlıq fərqlərinə və günəş işığının gücünə bağlı olaraq göllərin rəngləri davamlı olaraq dəyişir. Parkın bəzi bölgələri 700 illik küknar meşələri ilə örtülüdür.