Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prilep
Prilep (mak. Прилеп, translit. Prilep) — Şimali Makedoniya Respublikasının cənubunda şəhər və eyniadlı bələdiyyənin inzibati mərkəzi. Şəhər ölkənin böyük şəhərlərindən olan Monastırın yaxınlığında yerləşir. Makedoniyanın cənubunda yerləşən Prilep, ölkənin inzibati ərazi bölügüsündə Pelagonya bölgəsi sərhədlərinə daxildir. Prilep, antiq Styberra şəhərinin qalıqları üzərində qurulub. Qurulmasından sonra şəhər Roma İmperiyası dövründə inkişaf etmişdir. 268-ci ildə Qotlar tərəfindən demək olar ki, məhv edilmiş, işğaldan sonra şəhərin yalnız kiçik bir hissəsi qalmışdır. Şəhər, XIV əsrdə (1385-1395) ətrafındakı yaşayış məntəqələri ilə Osmanlı İmperiyası ərazisinə daxil edilmişdir. Bu dövrdən XX əsrin əvvəllərinə (1912-1913) qədər Osmanlı inzibati ərazisinə aid olmuşdur.
Prilep təpəsi
Prilep təpəsi (bolq. Прилепска могила, ‘Prilepska Mogila’ \'pri-lep-ska mo-'gi-la\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən, 700 m hündürlüklü qaya zirvəsidir. Misti aşırımından cənubda, Laklaver yaylasından qərbdə, Broad dərəsindən cənub-şərqdə yerləşmişdir. Zirvə cənub-şərqi Bolqarıstanda yerləşən Prilep şəhərinin adını daşıyır. Prilep təpəsi 63°29′15″ c. e. 57°58′45″ q. u. koordinatlarında yerləşmişdir. Morro del Paso zirvəsindən 2.39 km şərqdə, Dabnik zirvəsindən 1.41 km cənub-qərbdə, Kanitz nunatakından 10.08 km qərbdə, Yarlovo nunatakından 6.72 km şimalda yerləşmişdir.