Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prilipko başlıqotu
Prilipko başlıqotu (lat. Scutellaria prilipkoana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu — VU D2. Çoxillik ot bitkisidir. Gövdələr 20 sm-ə hündürlükdədir. Yarpaqlar saplaqlı, 1–2 sm uzunluqda, 5–15 mm enində, yumurtavari və üçkünc-yumurtavari, kəsilən və ya əsası pazvaridir. Kənardan enli-lələkvari kəsiləndir, horizontal və ya yuxarıya doğru tərsduran, qısa xətvari və ya uzunsov küt dişiciklidir, üst tərəfdə boz və ya yaşıl, küt dişiciklidir, adətən sıx və qıvrımtükcüklüdür, alt tərəfdə boz və ya ağ keçəlidir. Çiçək qrupu 4 sm-ə qədər uzunluqda, sıx və ya seyrəkdir.
Prilipko cökəsi
Tilia begoniifolia (lat. Tilia begoniifolia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranda yаyılmışdır. Böyük və Kiçik Qаfqаzdа, Lənkərаn rаyоnunun аşаğı düzən hissədən bаşlаmış yüksək dаğ qurşаğınа qədər mеşələrdə yаyılmışdır. Azərbaycanın nadir bitkisidir. Tək-tək və ya qrup şəklində, quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Yamac və dərələrin qarışıq yarpaqlı meşələrində rast gəlinir. Təbiətdə hündürlüyü 35 m-ədək оlаn iri аğаcdır. Gövdəsinin diametri 100-150 sm çatan, enli şaxələnmiş budaqlıdır.
Prilipko gəvəni
Prilipko gəvəni (lat. Astragalus prilipkoanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU C2a(i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu EN B2ab (v). 15-40 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqlar 8-12 cüt, dəyirmi-yumurtaşəkillidir, 5-20 mm uzunluğunda, 3-8 mm enindədir. Kasacıq boruvaridir. Tac bozumtul bənövşəyi rəngdə, 20-22 mm uzunluqdadır. Yumurtalıq tüklüdür.
Prilipko itburnusu
Prilipko itburnusu (lat. Rosa prilipkoana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Turyançay boyu, Şimali Kiçik Qafqazda rast gəlinir. Hündürlüyü 1 m-ə qədər olan iri koldur. Birillik budaqları yaşılımtıldır, yastılaşmış və arxaya doğru əyilmiş qopartikanlara örtülüdür. Yarpaqları 5-7 ədəd, 2,4-3,8 sm uzunluqda və 1-1,8 sm enində, lansetşəkilli və ya ellipsvarı, nazik, üst tərəfdən tünd yaşıl rəngli və çılpaqdır. Alt tərəfdən solğun seyrək tüklü, orta damarı boyu bəzən vəzili tüklə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyun aylarında çiçək açır. Kasayarpaqcıqları çiçəkləmədən sonra qabarıq, yaxud horizontal vəziyyət alır və meyvəsi qızarmağa başlıyan kimi tökülür. Çiçəkləri 2-3 olmaqla çiçək qrupuna toplaşmışdır.
Prilipko süsəni
Iris spuria subsp. demetrii (lat. Iris spuria subsp. demetrii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinin iris spuria növünə aid bitki yarımnövü.