Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Primnis
Primnis və ya Prumnis (q.yun. Πρύμνις və ya Προύμνις) — yunan mifologiyasında personaj. O, Korinf çarı I Agelin oğlu qardaşı və davamçısıdır. Korinf çarı Primnis Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Qədim müəlliflər Agelin e.ə. 992-ci ildən 957-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu Bakxis olmuşdur.
Prenit
Prenit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5; Sınıqlar – qeyri-hamar; Ayrılma – {001} üzrə orta; Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli; İkiləşmə: polisintetik; Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar. Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir. Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Bulbophyllum trimenii
Bulbophyllum trimenii (lat. Bulbophyllum trimenii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Aechmea pimenti-velosoi
Aechmea pimenti-velosoi (lat. Aechmea pimenti-velosoi) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.