Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prinsipat
Prinsipat (lat. principatus, prinseps Məclisi açan ilk senator) – şərti termin olub Qədim Romanın ilkin imperiya dövrünə (27 e.ə. — 284 b.e.) xas olan hakimiyyət-idarə üsülunun adı. Monarx və respublika hakimiyyətini özündə birləşdirən idarəetmə üsulu. Bu idarə üsulunun başında duran prinseps termini ilə adlandırılır. Prinseps monarx olmayıb, bərabər olanların birincisi sayılır. Bu o deməkdir ki, dıvlətin idarəetmə səlahiyyətlərinə xalq trubinas kimi prinseps də malikdir. Bəzən bu titul imperatorla qarışdırılır. Prisipat sistemi Avqustun zamanından, hakimiyyətin müxtəlif magistratlara əsaslandığı bir dıvrdə tətbiq edilməyə başlanılmışdır. Avqust və onun xələfləri sonralar prinseps kimi öz əllərində ali vətəndaş (xalq tribunası) və magistratlara aid hərbi hakimiyyəti cəmləyərək respublika idarəçiliyini: senatı, komisi (xalq tribunasını) və magistratları (senzorlardan başqa) daha da formallaşdırırlar.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae)Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.