Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prinsessa Çelsi
Prinsessa Çelsi (ing. Princess Chelsea, əls adı – ing. Chelsea Nikkel; d. 4 sentyabr, 1992) — Yeni Zellandiyanın Oklend şəhərindən olan sinti-pop ifaçısı, bəstəkar müğənnidir. Əvvəllər The Brunettes və Teenwolf kimi tvi-pop qruplarının üzvü olmuşdur. Lil' Chief Records şirkətinin leyblı ilə birlikdə çalışır. Həmçinin The Cosbys və Disciples of Macca qruplarının üzvüdür. Hal-hazırda Oklenddə bəstəkar kimi fəaliyyət göstərir. Müğənninin klasssik musiqi təhsilinə malik olması, onun əsrarəngiz musiqini stilinin sirri hesab edilir. Ən məşhur mahnılarından biri «The Cigarette Duet» hesab edilir.
Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı
Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı — Sakit okeanda, Filippin adalarında yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısındadır. == Haqqında == Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı 8,2 km-lik uzunluğu ilə mağaranın içlərinə doğru uzan və qayıqların gedə bildiyi yeraltı çay olan Puerto-Prinsesa çayı ilə məşhurdur. Çayın diqqətə çarpan xüsusiyyəti Cənubi Çin dənizinə birbaşa axmazdan əvvəl mağaradan keçməsidir. Mağarada bir çox möhtəşəm quruluş var. Çayın alt hissəsi isə briz təsiri altındadır. Bu yeraltı çay dünyanın ən uzun yeraltı çayı olması ilə məşhurdur. Bu milli park biomüxtəlifliyin qorunması üçün əhəmiyyətli bir bölgədir. Ərazinin tam bir hissəsi dağ-çay ekosisteminə daxildir və Asiyadakı ən əhəmiyyətli meşələrdən bəzilərinə malikdir. 2012-ci ildə aparılan səsvermədən sonra milli parkdakı Puerto-Prinsesa yeraltı çayı Dünyanın Yeni Yeddi Təbii Möcüzəsindən biri seçilmişdir.
Prinseps
Prinseps (lat. princeps — birinci), senat prinsepsi (lat. princeps senatus - Qədim Roma senatorlarının siyahısında birinci olanı), adətən senzorlardan ən yaşlısı, konsulun sorğusuna senatda ilk olaraq fikrini bildirmək hüququndan başqa rəsmi olaraq elə bir xüsusi hüquq və səlahiyyətlərə malik olmayan bir zatdır. Qədim Romanın respublika dövründə bəzi senat prinsepsləri (Sçipion, Pompey) böyük avtoritetə və güclü siyasi təsirə malik olmuşlar. İmperiya zamanında, Avqustdan başlayaraq, senat priençepsi termini monarxiyanın daşıyıcısı olan imperatora şamil edilirdi Prinçeps titulu özü hec bir hakimiyyət hüququna malik olmadığından, imperatorun hakimiyyət gücü onun maqistrata malik olmasında idi. Prinseps eyni zamanda imperiyanın prokonsulu və bütün Roma qoşunlarının baş komandanı sayılırdı. Prinsepsdən əmələ gəlmiş prins (şahzadə) sözü monarx nəslinin nümayəndəsi (xələf) mənasını daşıyır.
Princess Mononoke
Şahzadə Mononoke (もののけ姫, Mononoke hime, Qisasçı ruhların şahzadəsi) — Studio Ghibli tərəfindən 1997-ci ildə buraxılan tam metrajlı animasiya filmi. Rejissor və ssenari müəllifi Hayao Miyazaki, bəstəkar Co Hisayşidir. Film Yaponiyada ilin ən gəlirli filmi olmuş, ABŞ-də 2 million dollar, ümümilikdə isə 150 million dollar qazanmışdır. == Məzmun == Yaponiyada odlu silahının yarandığı Muromaçi dövrüdür. Emişi xalqı va həmçinin baş qəhrəman Aşitakanın yaşadığı Naqo kəndi böyük caduya məruz qalandan sonra demona çevrilən bir qabanın hücumuna uğrayır. Kəndini müdafiə edərkən Aşitaka qabanı öldürür və cadunun bir hissəsi onun sağ əlində qalır. Müdrik qadın qabanın qəzəblənməsinin səbəbini bildikdə Aşitakanın öləcəyini söyləyir. Aşitaka saçlarını kəsib sadiq antilopu ilə kəndi tərk edir və demonun qəzəblənməsinə səbəb olanın axtarışına çıxır. == Maraqlı faktlar == Saçın kəsilməsi feodal Yaponiyasında insanın ölməyi demək idi. Aşitaka bu hərəkəti ilə kəndlilərə ölü olduğunu və kəndə daha qayıtmayacağını söyləmiş olurdu.
Princess mühafizə proqramı
Şahzadə mühafizə proqramı — 2009-cu ildə çəkilən orijinal Disney Channel filmidir. Baş rollarda — Demi Lovato və Selena Qomezdir.