Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prixod
Prixod (yun. παροικία ( yun. παρά — "yaxın" və yun. οἶκος — "ev") — xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvülərinin yaşadığı yer, məhəllə. == Mənbə == Rusca-azərbaycanca lüğət (Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası), II cild, Bakı, 1991. Səh. 644 (Приход, приходский).
Dəyirmiyarpaq pirola
Dəyirmiyarpaq pirola - (lat. Pyrola rotundifolia L.). Erikakimilər - (Ericaceae)fəsiləsinə aid bitki növüdür.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B1ab(i,ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 20-35 sm hündürlükdə olur. Kökətrafı rozetdə yerləşən yarpaqlar dairəvi və ya oval, əsasında nisbətən ürəkşəkilli, demək olar ki, tam kənarlı, çılpaq, 3-5 sm uzunluqda, 2-5 sm enindədir. Salxım düz, uzun, 8-15 çiçəklidir. Çiçəklər dairəvi yerləşir. Kasacığın dilimləri yumurtavari-lansetşəkilli, iti, təpə hissəsi aşağı ayilmişdir.