Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Priyanka Çopra
Priyanka Çopra (18 iyul 1982, Cəmşidpur, Bihar) — Dünya şöhrətli Hindistanlı kinoaktrisa, müğənni və model. 2000-ci ildə Dünya Gözəllik (Miss World-2000) yarışmasının qalibi olmuşdur. == Həyatı == 18 iyul 1982-ci ildə Hindistanın Cəmşidpur şəhərində ixtisasca həkim olan Aşok Çopra və Madhu Axaurinin ailəsində anadan olmuşdur. Ailədə 2 uşaqdırlar. Özündən 7 yaş kiçik olan Siddharth adında bir qardaşı var. 13 yaşında Amerikaya köçür və orta məktəbi orada bitirir. === Maraqlı faktlar === Boyu : 1,68 metr Karyera: Kino aləmində ilk dəfə "Thamizhan" adlı tamil filmində çəkilir. Musiqi : 2012 ildə "In My City" adlı ilk mahnısı ilə debüt edir. 2013 ilin aprel ayında "Exotic" adlı ikinci sinqlı üçün Amerikalı repçi Pitbull ilə duet oxuduğu klipə çəkilir. Bu klip Şimali Amerikada çox böyük maraq yaradır və Canadian Hot 100-ə daxil olur.
Prisad adası
Prisad adası (bolq. остров Присад, ‘Ostrov Prisad’ \'os-trov 'pri-sad\) — Cənubi Şetland adalarının Lou adaları arxipelaq qrupuna daxil olan adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 520 m, cənub-şimal istiqamətində eni 640 metrdir. Limets yarımadasından 60 m məsafədə yerləşmişdir. Ada Şimal-şərqi və cənub-şərqi Bolqarıstanda yerləşən Prisad şəhərinin adını daşıyır. == Yerləşməsi == Prisad adası 63°13′55″ c. e. 62°10′38″ q. u.
Vanqapandu Prasada Rao
Vanqapandu Prasada Rao (1943 – 4 avqust 2020) — Hindistanlı şair, bəstəkar, aktyor. == Həyatı == Vanqapandu Prasada Rao 1943-cü ildə Andra Pradeş şəhərinin Vizianaqaram rayonunun Caqanadham kəndində anadan olmuşdu. Teluqu əsilli hind idi. 1972-ci ildə inqilabi partiya olan Cana Natya Partiyasını qurmuşdu. Bu partiya Hindistan Kommunist Partiyası ilə bir ideologiyada idi. 1980-ci ildən sonra daha çox bəstələrə üstünlük verən Raonun 300-dən çox bəstəsi var idi. Onun mahnıları Hindistanın düz 10 dilinə tərcümə olundu və oxundu. Son mahnılarından olan "Yantrametta" (Azadlığımız) ABŞ-də ingilis dilinə tərcümə olunmuş və oxunmuşdu. Rao bu mahnı ilə ilk dəfə ölkəxaricində tanınmışdı. O, deyirdi : "6-ya yaxın filmdə rol almışam.