Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pristav
Pristav — nəzarətçi vəzifəli şəxs. XVIII əsrədək Rusiyada cavabdehləri və şahidləri məhkəməyə çağırmaq vəzifəsi də pristava tapşırılmışdı. 1864-cü il məhkəmə islahatı ilə məhkəmə pristavı vəzifəsi təsis edilmişdi. Polis pristavı və xüsusi pristav vəzifələri də var idi. Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra Azərbaycanda da pristav vəzifəsi mövcud idi. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Giorgi Eristavi
Giorgi Eristavi (1811[…] və ya 1813, Odzisi[d], Gürcüstan quberniyası, Rusiya imperiyası – 9 (21) sentyabr 1864) — gürcü yazıçısı, rejissor, aktyor, ictimai xadim. Gürcü ədəbiyyatında tənqidi realizmin banisidir. Yaradıcılığının başlanğıcı üçün səciyyəvi olan romantizmdən uzaqlaşaraq, dövrünün məişət və adətlərini təsvir etmişdir. Yaratdığı yeni realist teatr gürcü mədəniyyətinin zənginləşməsi, professional realist dramaturgiyanın inkişafında mühüm rol oynamışdır. Komediyalarında tənəzzülə uğramış zadəganlıq, çar məmurları, yeni meydana gələn ticarət burjuaziyası ifşa olunmuşdur. Rus və Qərbi Avropa klassiklərindən tərcümələr etmişdir.