Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prinsipat
Prinsipat (lat. principatus, prinseps Məclisi açan ilk senator) – şərti termin olub Qədim Romanın ilkin imperiya dövrünə (27 e.ə. — 284 b.e.) xas olan hakimiyyət-idarə üsülunun adı. Monarx və respublika hakimiyyətini özündə birləşdirən idarəetmə üsulu. Bu idarə üsulunun başında duran prinseps termini ilə adlandırılır. Prinseps monarx olmayıb, bərabər olanların birincisi sayılır. Bu o deməkdir ki, dıvlətin idarəetmə səlahiyyətlərinə xalq trubinas kimi prinseps də malikdir. Bəzən bu titul imperatorla qarışdırılır. Prisipat sistemi Avqustun zamanından, hakimiyyətin müxtəlif magistratlara əsaslandığı bir dıvrdə tətbiq edilməyə başlanılmışdır. Avqust və onun xələfləri sonralar prinseps kimi öz əllərində ali vətəndaş (xalq tribunası) və magistratlara aid hərbi hakimiyyəti cəmləyərək respublika idarəçiliyini: senatı, komisi (xalq tribunasını) və magistratları (senzorlardan başqa) daha da formallaşdırırlar.
Oktavian Avqustun prinsipatı
Prinsipat -(prinseps -"birinci") - yeni ərazi monarxiyası ilə ənənəvi respublika sistemi arasında kompromis. E.ə 30-cu illərdən sonra Oktavianın vəziyyəti çətin olaraq qalırdı. Onun qarşısında bir neçə məsələ dururdu: Roma cəmiyyətinin sabitləşdirilməsi, ənənələrə və əski polis-respublika quruluşuna söykənərək onun yeni şəraitə uyğunlaşdırılması. Yeni sistem - prinsipat adını aldı (prinseps -"birinci") Prinsipat təzə ərazi monarxiya ilə ənənəvi respublika sistemi arasında kompromis oldu. Oktavianın birinci vəzifəsi öz hakimiyyətini möhkəmlətmək idi. E.ə 30 -29 illərdə o Şərqdə idi, sonra Romaya qayıtdı. Onun bütün hərəkətləri vətəndaş sülhünü simvolizə edirdi. O Misir üzərində qələbəsini triumf ilə qeyd etdi, Yanus məbədini bağladı və möhtəşəm tamaşalar və çörək paylanmaları keçirdi. Oktavianın şərəfinə qurbangahlar quruldu və dualar edildi. E.ə 13 yanvar 27 ildə Oktavian, imperator hakimiyyətinin hüquqi bazası olan, islahat keçirir.