Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Prilipko başlıqotu
Prilipko başlıqotu (lat. Scutellaria prilipkoana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu — VU D2. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdələr 20 sm-ə hündürlükdədir. Yarpaqlar saplaqlı, 1–2 sm uzunluqda, 5–15 mm enində, yumurtavari və üçkünc-yumurtavari, kəsilən və ya əsası pazvaridir. Kənardan enli-lələkvari kəsiləndir, horizontal və ya yuxarıya doğru tərsduran, qısa xətvari və ya uzunsov küt dişiciklidir, üst tərəfdə boz və ya yaşıl, küt dişiciklidir, adətən sıx və qıvrımtükcüklüdür, alt tərəfdə boz və ya ağ keçəlidir. Çiçək qrupu 4 sm-ə qədər uzunluqda, sıx və ya seyrəkdir.
Prilipko cökəsi
Tilia begoniifolia (lat. Tilia begoniifolia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranda yаyılmışdır. Böyük və Kiçik Qаfqаzdа, Lənkərаn rаyоnunun аşаğı düzən hissədən bаşlаmış yüksək dаğ qurşаğınа qədər mеşələrdə yаyılmışdır. Azərbaycanın nadir bitkisidir. Tək-tək və ya qrup şəklində, quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Yamac və dərələrin qarışıq yarpaqlı meşələrində rast gəlinir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 35 m-ədək оlаn iri аğаcdır. Gövdəsinin diametri 100-150 sm çatan, enli şaxələnmiş budaqlıdır.
Prilipko gəvəni
Prilipko gəvəni (lat. Astragalus prilipkoanus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU C2a(i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu EN B2ab (v). == Təbii yayılması == == Botaniki təsviri == 15-40 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqlar 8-12 cüt, dəyirmi-yumurtaşəkillidir, 5-20 mm uzunluğunda, 3-8 mm enindədir. Kasacıq boruvaridir. Tac bozumtul bənövşəyi rəngdə, 20-22 mm uzunluqdadır. Yumurtalıq tüklüdür.
Prilipko itburnusu
Prilipko itburnusu (lat. Rosa prilipkoana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Turyançay boyu, Şimali Kiçik Qafqazda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər olan iri koldur. Birillik budaqları yaşılımtıldır, yastılaşmış və arxaya doğru əyilmiş qopartikanlara örtülüdür. Yarpaqları 5-7 ədəd, 2,4-3,8 sm uzunluqda və 1-1,8 sm enində, lansetşəkilli və ya ellipsvarı, nazik, üst tərəfdən tünd yaşıl rəngli və çılpaqdır. Alt tərəfdən solğun seyrək tüklü, orta damarı boyu bəzən vəzili tüklə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyun aylarında çiçək açır. Kasayarpaqcıqları çiçəkləmədən sonra qabarıq, yaxud horizontal vəziyyət alır və meyvəsi qızarmağa başlıyan kimi tökülür. Çiçəkləri 2-3 olmaqla çiçək qrupuna toplaşmışdır.
Prilipko süsəni
Iris spuria subsp. demetrii (lat. Iris spuria subsp. demetrii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinin iris spuria növünə aid bitki yarımnövü.
Prıtıka burnu
Prıtıka burnu (rus. Притыка) - Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Strovı və Dvoryanoy burunları arasında yerləşir. XX əsrin 60-cı illərində Kisloqubinski qabarma elektrik stansiyasının quraşdırılma işləri burunda aparılmışdır. Sonradan isə stansiya dənizə dartma vastəsi ilə aparılmışdır. == Ədəbiyyat == Притыка // Кольская энциклопедия. В 5 т. Т. 4. П — Т / Гл. ред.