Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Protodil
Linqvistikada ana dili və ya proto dil əsasən hipotetik və ya yenidən qurulan və çox vaxt sınaqdan keçirilməyən bir dildir; Bu dildən təkamül yolu ilə yeni dillərin meydana gəldiyi və dil ailəsi yaratdığı güman edilir. Tarixi linqvistikanın ağac modelində yerləşdirilmiş bir proto-dil, nəsil ağacı metaforasında proto-dil ana dil adlandırıla bilər. Başqa bir təriflə izah etsək, özündən başqa dillərin və ya ləhcələrin formalaşdığı dildir. Başqa sözlə, səs quruluşu, məna və forma baxımından bir-birindən az-çox fərqlənən dil və ya şivələrin kök etibarı ilə naməlum bir tarixdə birləşdiyi ümumi dillər bu anlayış altında cəmlənir. Məsələn, ana Altay dili, ana Monqol dili, ana türk dili, Latın dili kimi dillər ana dillər sırasındadır. Proto dil mövcud məlumatların birləşdirilməsi yolu ilə “yenidən formalaşdırılmış” dildir. Proto prefiksi “birinci” və “ən köhnə” deməkdir. Proto dil müəyyən bir dövrün danışıq dili ilə tam olaraq eyni olmaya bilər. Bu, müəyyən fərziyyələrə əsaslanan modeldir və dilin sonrakı variasiyaları arasındakı fərqləri daha yaxşı başa düşmək üçün düsturlar təqdim edir. Bütün insan dillərinin əcdadı olan proto insan dilinin olub-olmaması ilə bağlı mübahisələr davam edir.
Prototi
Prototi — skif sərkərdəsi, İşquz hökmdarı. Heredotun məlumatına görə Mannada yaşayan skiflərin başçısı olan Prototi e.ə. VII əsrdə Midiyaya hücum etmişdir. Aşşur mixi yazılarında Partatua kimi adı çəkilir. Prototi Midiyaya hücum zamanı Assuriyanın müttəfiqi olmuşdur. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Prokofi Caparidze
Prokofi Caparidze və ya Alyoşa Caparidze (gürc. პროკოფი აპრასიონის ძე ჯაფარიძე; 3 (15) yanvar 1880 – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 15 yanvar 1880-ci ildə Kutaisi quberniyasının Raça qəzasının Şardometi kəndində anadan olmuşdur. 1898-ci ildə kommunist partiyasına qəbul olunub. Satsxenisi kənd məktəbində oxumuş, çəkməçilik peşəsini öyrənmişdir. 14 yaşında Tbilisi şəhər məktəbində oxumuş, 1896-cı ildə isə Tbilisi Müəllimlər İnstitutuna daxil olmuşdur. 1900-cü ildə İnstitutdan qovulmuş və həbs edilmişdir. Bir il həbsdə qaldıqdan sonra Kutaisi quberniyasına sürgün olunmuşdur. 1901–1904-cü illərdə RSDFP Qafqaz İttifaq Komitəsinin və İmereti-Minqreli Komitəsinin üzvü seçilmişdir. 1904-cü ilin avqustundan başlayaraq Bakıda fəaliyyət göstərməyə başlamış, 1904-cü il dekabr tətilinin rəhbərlərindən biri olmuşdur.
Nu, poqodi!
Nu, poqodi! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Prokofi Caparidzenin heykəli (Bakı)
Prokofi Caparidzenin heykəli — 26 Bakı Komissarlarından biri olmuş Prokofi Caparidzenin şərəfinə Bakıda yerləşmiş abidə. Abidə Azadlıq və Vaqif prospektlərinin kəsişməsində yerləşirdi. Heykəltaraş Ömər Eldarov, Memar isə Rasim Əliyev olmuşdur. Abidə 1980-ci ildə ucaldılmışdır. Bu heykələ görə Ömər Eldarova 1982-ci ildə Azərbaycan SSR-in dövlət mükafatı verilmişdir. 27 - 28 aprel 2009-cu il tarixlərində Prokofi Caparidzenin heykəli demontaj olundu. Həmin ərəfələrdə Məşədi Əzizbəyovun heykəli də demontaj olundu. 2012-ci ildə heykəlin yerində Koroğlu heykəli ucaldıldı. Heykəlin müəllifi Məşədi Əzizbəyovun heykəlinin müəllifi Tokay Məmmədov olmuşdur.