Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azimutal proyeksiya
Azimutal proyeksiya — ən mühüm xəritə proyeksiyalarından biri. Azimutal proyeksiyada normal şəbəkənin paralelləri konsentrik dairələrə malikdir, meridianlar isə paralellərin ümumi mərkəzindən uzunluq fərqinə bərabər bucaqlarda ayrılan radiuslarıdır. Xəritədəki hər bir nöqtə orta meridianla eyni azimuta malikdir, eyni nöqtə kürədəki orta meridianla eynidir. Qütb ölkələrinin, Arktika və Antarktidanın xəritələrini tərtib etmək üçün normal azimutal proyeksiyalardan istifadə olunur.
Proksima b
Proksima Sentavr b – Günəş sistemindən kənarda Günəşə ən yaxın olan qırmızı rəngli Proksima Sentavr adlı kiçik ulduzun ətrafındakı fırlanan planet. NASA-nın tədqiqatları nəticəsində planetdə həyat olma ehtimalının yüksək olduğu müəyyənləşdirilib və dünyanın oxşarı ola biləcək planetdə suyun olmasına ümidləri artırıb.
Stereoqrafik proyeksiya
Stereoqrafik proyeksiya - kristalın kristalloqrafik və optik istiqamətlərinin müstəvi təsvirini vermək üçün işlədilən proyeksiya. Stereoqrafik proyeksiya kristalın mərkəzi nöqtəsindən ixtiyari radiusla ətrafında çəkilən sferanın köməyi ilə əldə edilir. İki cür stereoqrafik proyeksiya olur: xüsusi stereoqrafik və qnomostereoqrafik. Xüsusi stereoqrafik proyeksiya üz və tillər sferanın səthinədək bilavasitə uzadılır. Bu halda üzlər sferada böyük dairələrin qövslərini, tillər — nöqtələr verir. Qnomostereoqrafik proyeksiyada isə üz və tillər onlara normal (perpendikulyar) surətlərlə əvəz olunur (üzlər — radius — normallarla, tillər — onlara perpendikulyar müstəvilərlə). Bunları sferanın səthi ilə kəsişənədək davam etdirdikdə üzlər sferada nöqtə, tillər isə böyük dairələrin qövslərini verir. Nöqtə və qövslər sferanın ekvatorial (proyeksiya) müstəvisinə proyeksiya edilir. Sferanın baş nöqtə adlanan cənub, ya da şimal qütbü sferadakı nöqtələr şüalarla birləşdirilir. Bu şüaların proyeksiya müstəvisini kəsdiyi yerdə sferadakı nöqtələrin proyeksiyası alınır.
Toşe Proeski
Toşe Proeski (mak. Тодор "Тоше" Проески, 25 yanvar 1981 - 16 oktyabr 2007) — makedon musiqiçi. 2004-cü ilin "Avroviziya" mahnı müsabiqəsinin finalında Life is mahnısı ilə çıxış etmiş müğənni nəinki doğma ölkəsində, bütün Balkan ölkələrində geniş tanınmışdır. Xeyirxahçı kimi tanınan Toşe Proeski YUNESKO-nun xoşməramlı səfiri olub. 16 oktyabr 2007-ci il tarixində Xorvatiyada qəzaya uğrayıb vəfat etmişdir. Toşe Proeskinin vəfatından sonra Makedoniyada üç günlük matəm elan olunmuş, mərhum isə "Makedoniyanın fəxri vətəndaşı" tituluna layiq görülmuşdür.
Proksi server
Proksi server kompüter şəbəkələrində elə bir serverə deyilir ki, aralıq xidmət kimi fəaliyyət göstərərək istifadəçilərin başqa serverlərdən axtardığı resursları onlara çatdırır. İstifadəçi proksi serverə müxtəlif məqsədlərlə qoşula bilər: xidmətə çıxış, fayl endirmək, bağlantı, internet səhifəsinə baxmaq və s. Proksi server ona göndərilən siqnali filtrasiya qaydalarına əsasən nəzərdən keçirir, məsələn İP ünvan və ya protokola görə filtrasiya edə bilir. Əgər göndərilən siqnal filter vasitəsilə dəstəklənirsə, onda proksi server müvafiq serverə bağlantını yaradır və xidməti istifadəçiyə çatdırır. Proksi server seçim üzrə istifadəçinin siqnalını və serverin cavabını dəyişə bilər və bəzən müəyyən serverlə əlaqə qurmadan xidməti reallaşdıra bilər. Bu halda o keşdən olan cavabları istifadəçiyə çatdırır.
Proksima Sentavr b
Proksima Sentavr b – Günəş sistemindən kənarda Günəşə ən yaxın olan qırmızı rəngli Proksima Sentavr adlı kiçik ulduzun ətrafındakı fırlanan planet. NASA-nın tədqiqatları nəticəsində planetdə həyat olma ehtimalının yüksək olduğu müəyyənləşdirilib və dünyanın oxşarı ola biləcək planetdə suyun olmasına ümidləri artırıb.
Toşe Proeski stadionu
Toşe Proeski Stadionu - Makedoniyanın Skopye şəhərində stadion. Ölkənin ən böyük arenasıdır. İstismar müddəti ərzində ən çox azarkeş Şkendiya - Gent oyununa gəlmişdir (31.742 bilet).
Java Anon Proksi
JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir.
JonDo Anonim Proksi