Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bioloji proqres
Bioloji proqres — taksonun tarixi inkişafında arealını genişləndirib sayını artırması üçün yeni-yeni uyğunlaşmalar qazanması. == Bioloji proqres == Üzvi aləmdə növlər fərdlərin miqdarına və yaşama arealına görə bir-birindən fərqlənir. Ümumiyyətlə, ibtidai orqanizmlərin müəyyən yaşayış yerində miqdarı ali orqanizmlərə nisbətən çox olur. "Yüksək" mütəşəkkil varlıqlar, daha təkmilləşmiş uyğunlaşmalara malik olduqlarından, öz tərəqqisini fərdlərin miqdarını artırmaq yolu ilə deyil, ayrıca götürülmüş fərdlərin həyat qabiliyyətinin yüksəlməsi ilə təmin edir. Lakin bu xüsusiyyət ancaq böyük qruplardan olan orqanizmləri müqayisə etdikdə aydın görünür. Konkret bir növün yaşamaq uğrunda mübarizədə nailiyyəti isə hər şeydən əvvəl populyasiyada fərdlərin miqdarının və onun populyasiyalarınınmiqdarının artması, eləcə də növün arealının genişlənməsindən asılıdır. A.N.Seversova görə bioloji proqres bir sıra dəqiq yollarla, aramorfozlar, idioadaptasiyalar və ümumi degenerasiya kimi morfofizioloji dəyişikliklər vasitəsilə baş verir. Bioloji proqres orqanizmlərin mütəşəkkilliyinin həm mürəkkəbləşməsi, həm də sadələşməsi yolu ilə baş verir. Məsələn, sahibin daxilində özünəməxsus şəraitdə yaşayan orqanizmlərin əksər orqanlar sistemi faydasız olur. Bu zaman orqanizmlərdə aktiv fəaliyyət göstərməyən orqanlar reduksiya olunur, lakin sormaclar, qarmaqlar, cinsiyyət sistemi kimi orqanlar isə yaxşı inkişaf edir.
Proqres Niderkorn FK
"Proqres Niderkorn" FK (fr. Football Club Progrès Niedercorn) — Lüksemburqun Niderkorn şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == "Proqres Niderkorn" futbol klubu 1919-cu ildə yaranıb. Almaniyanın İkinci dünya müharibəsinin gedişində Lüksemburqu işğal etməsi nəticəsində "Proqres" 1942—43 mövsümündə "Niderkorn" adı altında Qauliqada (Prussiyanın Reyn bölgəsinin mərkəzi və cənubi bölgələrinin çempionatı) iştirak edib və ikinci pilləni tutub. Üç dəfə Lüksemburq çempionatının, dörd dəfə isə ölkə kubokunun qalibi olan "sarı-qaralar" ən yaxşı dövrlərini 1970-ci illərin sonu, 80-ci illərin əvvəllərində yaşayıblar. Komanda 1981-ci ildən bəri çempion ola bilmir. "Proqres" son mövsümü çempion "Düdelanj"ın 5 xal gerisində, ikinci pillədə bitirib."Proqres" ev oyunlarını 2 min 800 nəfər azarkeş tutumuna malik "Yos Haupert" stadionunda keçirir. Niderkorn təmsilçisinin oyunlarını orta hesabla 710 azarkeş izləyir. == Uğurları == Milli DiviziyaQalib (3): 1952–53, 1977–78, 1980–81 Finalçı (6): 1931–32, 1936–37, 1976–77, 1978–79, 1981–82, 2017–18Lüksemburq KubokuQalib (4): 1932–33, 1944–45, 1976–77, 1977–78 Finalçı (3): 1945–46, 1955–56, 1979–80 == Avrokuboklarda çıxışı == İndiyə kimi avrokuboklarda 15 oyun keçirən "Proqres"in aktivində 1 qələbə, 2 heç-heçə, 12 məğlubiyyət var. 3 dəfə fərqlənən komanda qapısında 42 qol görüb.