Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prokliyan gölü
Prokliyan gölü (xorv. Prokljansko jezero) — Xorvatiyanın Dalmaçiya regionunda, Skradin və Şibenik şəhərlərinin yaxınlığında yerləşən göl. Prokliyan gölü Xorvatiyanın ən böyük 3-cü gölüdür. Krka Milli Parkında və Krka çayının cənubunda yerləşən göl, 11,1 kvadrat kilometrlik bir sahəni əhatə edir. Dəniz səviyyəsindən yüksəkliyi 0,5 metrdir. Gölün ən dərin yeri 25 metrdir. Gölün dənizlə əlaqəsi olmasına baxmayaraq yüksək duzluluq dərəcəsinə sahib deyil. Gölün aşağı təbəqələrində su duzludur, səthinin yaxınlığında isə şirinsu mövcuddur. Gölün şimal hissəsi dayazdır. Gölün şimal hissəsinin orta dərinliyi təxminən 4 metrdir.