Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Croizat
Leon Kruaza (isp. León Croizat Chaley, 16 iyul 1894, Turin – 30 noyabr 1982, Koro[d]) — İtaliya və Venesuela botaniki, biocoğrafiyaşünas. 1941–1946-cı illərdə İtaliyadan əvvəlcə ABŞ-yə, daha sonra Venesuelaya immiqrasiya etmiş və burada Karakasda botanika bağı təşkil edərək, onun direktoru olmuşdur. 1947-ci ildə Venesuela Mərkəzi Universitetində aqronom fakültəsində işləyib. 1951-ci ildə And Universitetinin botanika və ekologiya sahəsində professoru. 1951–1952-ci illərdə Orinoko çayı hövzəsi istiqamətində təbii sərvətlərin öyrənməsi məqsədilə təşkil olunmuş Fransa-Venesuela ekspedisiyasının tərkibində botanik kimi iştirak edib. "Venesuela Şərəf Ordeni" və "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin kavaleridir. == Elmi işləri == Croizat L. Panbiogeography, 1952 (издано на собственные средства автора) (ing.) Croizat L. Manual of phytogeography; or, An account of plant-dispersal throughout the world. – The Hague: W. Junk, 1952 (ing.) Croizat L. Panbiogeography; or An introductory synthesis of zoogeography, phytogeography and geology; with notes on evolution, systematics, ecology, anthropology, etc. – Caracas, Venezuela: Publ.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü. 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. == Karyerası == === 2004-cü il Afina Olimpiadası === Natali Filina 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərən Natali Filina, mərhələni 44-cü pillədə başa vurdu. Daha sonra gözündə problelər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Nəticədə Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarına vəsiqə qazandı. === 2012-ci il London Paralimpiadası === XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.