Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Post hoc ergo propter hoc
Post hoc ergo propter hoc (Latın dilindən tərcümədə: "bundan sonra, deməli buna görə") — məzmunu "X hadisəsindən sonra Y baş verirsə, deməli X hadisəsi Y hadisəsinə səbəb olur" olan qeyri-formal məntiqi səhv. Bu, adətən post hoc səhvi olaraq qısaldılır. Aydın olmayan səbəb müxtəlifliyi olan bu məntiqi səhv cum hoc ergo propter hoc ("bununla, deməli buna görə") səhvindən azca fərqlidir, hansı ki, ardıcılıq və ya xronoloji olaraq baş vermiş iki hadisə əhəmiyyətsiz və ya naməlumdur. Post hoc olduqca qaçınılmaz bir səhvdir, çünki korrelyasiya səbəb əlaqəsi hissi yaradır. Bu səhv nəticənin potensial səbəbkarı olan və qeyd edilən əlaqənin mövcud olmadığını sübut edə biləcək digər amillər əvəzinə, yalnız və yalnız hadisələrin gerçəkləşmə ardıcıllığından alınan nəticəyə əsaslanır. Bu səhvə sadə bir nümunə "xoruz günəşin doğmasından əvvəl banlayır, deməli xoruz günəşin doğmasına səbəb olur"dur. == Forma == post hoc səhvinin forması belədir: A baş verir, bundan sonra B baş verir. Deməli, A-nın səbəbi B-dir. B arzuolunmaz bir şeydirsə, bu nümunə antesedentin inkarı formal məntiqi səhvi ilə kombinasiya edilir. Beləliklə, bu fərz edilir: A-dan yayınmaq B-nin qarşısını alır.
Prayers of the Last Prophet
Prayers of the Last Prophet — Yusuf İslamın 1999-cu ildə çıxartdığı albom.