Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Protektorat
Protektorat (latınca protector — himayədar) — dövlətlərarası münasibətlərin forması, hansında ki bir dövlət digər dövlətin müdafiəsi altında (ilk növbədə hərbi cəhətdən) yerləşir. Qorunan dövlətə də həmçinin protektorat deyilir. Protektoratı həyata keçirən dövlət protektor adlanır. Qorunan ölkənin suverenliyi qismən protektora buraxılır, Qorunan dövlət xarici siyasi işlərdə tam müstəqil olmur, lakin daxili işlərdə, demək olar ki tam müstəqil qalır (xüsusilə idarə forması və hakimiyyətdə olan sülalə əvvəl olduğu kimi qalır). Protektorat vassal dövləti və oyuncaq dövləti ilə ümumi cəhətləri var, amma onlardan fərqlənir. Protektorat nümunələri: Osmanlı İmperiyasının XVI–XIX əsrlərdə:protektoratları: Krım xanlığı, Əlcəzair, Tripolitaniya; 1786–1801-ci illərdə Kartli-Kaxeti çarlığı Rusiya protektoratı sayılmağa başladı; Böyük Moğolların Hindistanı 1803–1858-də Böyük Britaniyanın protektoratı oldu; Qazax xanlığının Kiçik juzu Rusiya İmperiyasının protektoratı hesab edilirdiBəhreyn, Beçuanalend (indiki Botsvana), Ədən, Uqanda və s. Britaniya protektoratı olmuşdular.Bəhreyn, Beçuanlend (indiki Botsvana), Ədən, Uqanda və s. Britaniya protektoratları idilər. Birinci Dünya müharibəsindən sonra protektoratın Millətlər İttifaqının mandat ərazisi adlı xüsusi növü yarandı. 1939–1945-ci illərdə Üçüncü Reyxdən asıllı olan Bohemiya və Moraviya protektoratlığı de-fakto statusuna baxmayaraq, klassik kukla dövləti idi.