Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Protoplast
Hüceyrənin daxili tərkibi — protoplast adlanır. Protoplast hüceyrə orqanellərindən, mikroborucuqlardan, mikrostrukturlardan, membran sistemlərindən ibarətdir. Nüvəsiz hüceyrə tərkibi sitoplazma termini ilə ifadə olunur. Sitoplazmanın hüceyrə elementləri ilə zəif təchiz olunmuş hissəsi qialoplazma adlanır. Protoplastın üst hissəsində, hüceyrə qlafı ilə əlaqədə olan xarici membranı – plazmolemma yerləşir. Vakupllar sitoplazmadan tonoplast – daxili membran vasitəsilə ayrılır. Mikroborucuqlar və mikrosisternlərdən ibarət olan endoplazmatik retikulum və ya endoplazmatik tor sitoplazmanın daxili membranları sayılır. Bütün membran sistemi dəyişkəndir. Onların eni 4–10 nm-dir. Membranların əsas komponentləri fosfolipid və zülallar hesab olunur; fosfolipidlərin daxili ikiqat qatı zülallrın ikiqat qatı arasında yerləşir.
Protopter
İkitənəffüslü Afrika balığı protopter yağış mövsümü bitəndən sonra qurumuş palçıq layları arasında bir neçə ay susuz yaşaya bilir. Əsasən, mollyusklarla (onurğasız yumşaqbədənli heyvan), şirin suda yaşayan krablarla, digər xərçəngkimilər və qismən də balıqlarla qidalanır. Ölçüsü 35 sm-dən az olan cavan balıqlar yalnız həşəratlarla qidalanır. Bəzi müşahidələrə görə, Keniyadakı protopterlər, adətən, bitkilərlə qidalanırlar. Protopterlər qidanı birdəfəlik həzm etmirlər, bitkinin ucundan tutaraq aram-aram çeynəməyə başlayırlar ta bitki ağız boşluğuna tam yerləşənə qədər. Proses bitəndən sonra tüpürüb yenidən onu yeməyə başlayırlar və bu gedişat bir neçə dəfə təkrarlanır. Protopterlərin bəzi növləri isə qidanı birdəfəlik uda bilirlər (hətta farel balığını).