Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirojok
Pirojok —Şərqi Avropada bişmiş və ya qızardılmış bulka üçün ümumi söz, müxtəlif doldurucular ilə doldurulur. İranda "Piraşki" adlanır.
Prixod
Prixod (yun. παροικία ( yun. παρά — "yaxın" və yun. οἶκος — "ev") — xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvülərinin yaşadığı yer, məhəllə. == Mənbə == Rusca-azərbaycanca lüğət (Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası), II cild, Bakı, 1991. Səh. 644 (Приход, приходский).
Qrinok
Qrinok (ing. Greenock, şot.kelt Grianaig) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Pirojok adası
Pirojok adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizini ərazisində, arxipelaqın mərkəzində, Arnqold adasından 700 m şimalda qərarlaşıır. Uzunsov formaya malikdir. Uzunluğu 200 m təşkil edir. Yüksəklik yoxdur. Şokalski boğazında yerləşən digər adalar kimi bu adada Kara dənizi hövzəsinə aid edilir.
Pripek burnu
Pripek burnu (bolq. нос Припек, ‘Nos Pripek’ \'nos 'pri-pek\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şimal-qərbdə yerləşən burundur.Burun şimali, cənub-şərqi, şimal-şərqi və cənubi Bolqarıstanda yerləşən Böyük Pripek şəhərinin adını daşıyır. == Yerləşməsi == Tuorda burnundan 3.65 km şimalda, Rossa burnundan 3.55 km şimal-şərqdə, Biser burnundan 6.8 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD). Scale 1:250000 topographic map of Antarctica.
Qurban Primov
Qurban Baxşəli oğlu Pirimov (Primov) (oktyabr 1880, Abdal, Şuşa qəzası – 29 avqust 1965, Bakı) — Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti (1931). == Həyatı == Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Abdal Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir. == Fəaliyyəti == Qurban Pirimov XIX əsrin sonlarında ifaçılıq etməyə başlamış, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirmişdir. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Q.Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılmışdır.15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur.
Kodi Prior
Kodi Prior (28 oktyabr 1999-cu ildə anadan olub) — Liqa Bir təmsilçilərindən olan Donkaster Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İrlandiya futbolçusudur. == Klub karyerası == === Donkaster Rovers === Prior Donkaster Rovers akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasında debütünü 3 oktyabr 2017-ci ildə Sanderlend U-21 klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Niall Meysonu əvəz etmişdir. Futbol Liqası Trofeyi görüşündə Donkaster rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin iyun ayında Prior klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır.
Primo Sentimenti
Primo Sentimenti (d. 28 dekabr 1926 – ö. 13 oktyabr 2016) — Sentimenti V kimi də tanınan, yarımmüdafiəçi kimi çıxış etmiş İtaliya futbolçusu və baş məşqçisidir. Sentimenti Modena əyalətinin Bomporto şəhərində anadan olmuşdur. == Karyerası == Sentimenti bir neçə İtaliya futbol klunda çıxış etmişdir. Bunlardan ən yadda qalanı isə "Latsio" klubundakı oyunu olmuşdur. O, bu klubda 200-dən çox oyun keçirtmişdir. === Şəxsi həyatı === Sentimenti ailəsi İtaliya futbolunda məşhur ailələrdən idi. Lusidioda onun qohumlarının bəziləri və onun qardaşları yaşayırdı; Ennio, Lusidio, Vittorio və Arnaldo, xalası uşaqları Lino və qardaşı oğulları Roberto və Andreya Sentimenti. Primonun iki qardaşı Vittorio və Lusidio 1950-ci illərdə Latsioda çıxış etmişdir.
Prion xəstəlikləri
Prionlar (ing. proteinaceous infectious particle — yoluxucu zülalvari hissəcik) – İnsan və heyvanların ali nümayəndələrində mərkəzi sinir sistemində ağır xəstəliklərə səbəb olan, tərkibində nuklein turşuları olmayan zülalların xüsusi sinfi. Prionlar sahibin normal zülalının dəyişmiş formasıdır. 1982-ci ildə amerikalı molekulyar bioloq, Stenli Prussner tibbin və biologiyanın inkşafının yeni mərhələsini qoydu. O, yeni tip infeksiyon agent, prionları kəşf etdi. Bu təkcə molekulyar biologiyanın nailiyyəti deyildi, həm də tibbin inkişafında yeni bir era idi. Prinsipial olaraq digər infeksiyon xəstəliklərdən baş verməsinə və səbəbinə görə fərqlənən yeni tip infeksiyon xəstəlik aşkar olunmuşdu. == Həkimlər üçün == Həkim praktikasında prion xəstəlikləri haqqında məlumatlı olmaq və onlari digər somatik sinir və əzələ sistemi xəstəliklərindən ayırmaq üçün differensial-diaqnostıkasını bilmək cox vacibdir. Bunun üçün prion xəstəliklərini makroskopik və mikroskopik səviyyədə öyrənmək, xəstəliyin inkşafını, səbəbini, orqanizm üçün ağırlaşmalarını bilmək lazımdır: Morfoloji cəhətdən prion xəstəliklərini virus xəstəliklərindən ayırmaq Transmissiv Süngərvari Ensefalopatiyanin morfogenezini Transmissiv Süngərvari Miopatiyanın morfogenezini İnsanda ağırlaşmanı və ölümün səbəbiniOnlar submikroskopik infeksion hissəcik olub heç bir genetik materialı yoxdur (DNT və RNT). Prionları bütün mikroorqanizmlərdən: viruslar, bakteriyalar, göbələklərdən fərqləndirən əsas cəhət də budur.
Dilarə Əliyeva (drijor)
Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır. == Fəaliyyəti == 1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb.
Kamal Abdullayev (drijor)
Kamal Canbaxış oğlu Abdullayev (18 yanvar 1927, Bakı – 6 dekabr 1997, Moskva) — Azərbaycan dirijoru, professor, Azərbaycan SSR xalq artisti (1967). == Həyatı == Kamal Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir və 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurur. Öz üzərində daima çalışan Kamal Abdullayev Moskvaya gedir və 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir.Həmin ildən doğma Vətənə qayıdaraq 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur. Q.Qarayevin "Yeddi gözəl" və S.Hacıbəyovun "Gülşən" baletlərində, C.Cahangirovun "Azad" operasında onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır. İlk dəfə onun rəhbərliyi altında Bakıda C.Puççininin "Manon Lesko", J.Massnenin "Lakme", C.Verdinin "Siciliyada axşam ibadəti" (SSRİ-də ilk dəfə) və s.
Lyuk-la-Primob
Lük-la-Primob (fr. Luc-la-Primaube, oks. Luc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12133. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 6 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 5544 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 3483 yaşda olan (15-64 yaş arasında) 2728 nəfər iqtisadi fəal, 755 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.3%, 1999-cu ildə 74.0%).
Lük-la-Primob
Lük-la-Primob (fr. Luc-la-Primaube, oks. Luc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12133. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 6 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 5544 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 3483 yaşda olan (15-64 yaş arasında) 2728 nəfər iqtisadi fəal, 755 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.3%, 1999-cu ildə 74.0%).
Lusi Tarkvini Prisk
Lusi Tarkvini Prisk (lat. Lucius Tarquinius Priscus; e. ə. VII əsr – e.ə. 578, Roma) - Qədim Romanın V çarı. == Haqqında == Ank Marsinin ölümündən sonra Lusi Tarkvini Prisk Roma çarı olmuşdur. O, da latın, sabin və etrusk tayfalarına qarşı vuruşmuşdu. Çox ehtimal ki, Tarkvini Prisk Roma çarları içərisində etrusklar kimi şahlıq əlamətləri gəzdirən ilk padşah olmuşdu. O, atlı dəstələrin sayını artırmışdı. Tarkvini Prisk Roma şəhərini gözəl binalarla bəzəmək planını tərtib etmişdi və Kapitoli məbədinin tikilməsinə başlamışdı.
Olqa Prik
Olqa Prik (rus. Ольга Яковлевна Прик; 23 aprel 1921, Evpatoriya, Tavriya quberniyası[d] – 3 iyun 2010, Hayfa) — Sovet türkoloqu, karait dilinin tədqiqatçısı, pedaqoji elmlər namizədi (1953), dosent (1960). == Bioqrafiya == Milliyyətinə görə - Karaite. Atası - Yakov Mixayloviç Prik, mühasib, anası - Raisa Abramovna Prik, evdar qadın. 1939-cu ildə Simferopoldakı 1 saylı orta məktəbi əla attestatla bitirib. 1939-cu ildən 1941-ci ilin martına qədər Krım Pedaqoji İnstitutunun (rus dili və ədəbiyyatı şöbəsi) tələbəsi olub. Tədqiqat Krımın alman qoşunları tərəfindən işğalı səbəbindən yarımçıq qalıb. 1943-1944-cü illərdə Simferopol şəhərində işğal olunmuş ərazidə olarkən, o, gizli təşkilatın üzvləri ilə əlaqədə olub və Sovet hökumətinin xeyrinə çalışıb ki, bu da deputatın verdiyi arayışla təsdiqlənir 7 iyun 1944-cü il tarixli, № 237. təsdiqlənir. 1944-cü ildə Krım alman işğalçılarından azad edildikdən sonra Moskvaya yola düşdü.
Qay Helvidi Prisk (konsul)
Qay Helvidi Prisk (lat. Gaius Helvidius Priscus; 55, Roma – 96) — Roma imperiyasının siyasətçisi, 87-ci ildə konsul-suffekt. == Həyatı == Qay Helvidi Prisk 55-ci ildə Romada, eyniadlı zadəganlar ailəsindən idi. O, stoaçı filosof və müxalifətçi Qay Helvidi Priskin oğlu olmuşdur. Yaxşı təhsil alan Prisk gəncliyində senator olmuşdur. O, 87-ci ildə Qay Bellisi Natal Tebanianla birlikdə konsul-suffekt təyin edilmişdir. Prisk sonradan siyasətdən əl çəkərək kənddə yaşamağa başlamışdır. O, hökuməti tənqid edən poetik bir kitabça tərtib etmiş və bu, imperator Domisianı qəzəbləndirmişdir. Helvidi 96-cı ildə həbs edilmiş və burada vəfat etmişdir. == Yaradıcılığı == Qay Helvidi Prisk mövzularını Roma və yunan miflərindən götürdüyü çoxsaylı faciələrin müəllifi olmuşdur.