VAYSILANMAQ
VEC: VECDƏN ÇIXMAQ
OBASTAN VİKİ
VAZ-1111
"Oka" ВАЗ (СеАЗ, КамАЗ) – 1111 — SSRİ və Rusiyanın birinci dərəcəli şəhər minik avtomobili. Avtomobil Voljsk Avtomobil Zavodunda işlənib, 1988–2008-ci illərdə AvtoVAZ, Kamaz və SeAZ-da buraxılıb. Bütün zavodlarda 700 min ədəd buraxılıb. 2004-cü ilin dekabırında Gəncə Avtomobil Zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil "Oka" işıq üzü görüb. 2013-cü ildə AvtoVAZ “Oka” avtomobilinin buraxılışını bərpa etmək istəyini bildirib.
VAZ-2106
VAZ-2106 (rus. Жигули 2106, ing. Lada 1600) — sedan tipli banı olan, arxa aparıcı təkərlərə malik SSRİ/Rusiya istehsalı olan avtomobil. VAZ-2103 modelinin bazasında yaradılıb və 1975-cı ildən istehsal olunur. 2000-cı ildən avtomobil İjevskdə yerləşən "İjavto" zavodunda istehsal olunur. İnkişaf VAZ-2106 Voljsk avtomobil zavodu mütəxəssislərin hazırlanması bir "layihəsi 21031" kimi 1974-cü ildə başladı.
VAZ-21099
VAZ-21099 "Sputnik" — kiçik sinif II qrup Sovet və Rusiya minik avtomobili, Voljski Avtomobil Zavodunun ilk ön ötürücülü sedanıdır. Lada Sputnik ailəsindəki ən tam ölçülü modeldir. Maşın 1990-cı ilin martında konveyer istehsalı üçün hazırlanmışdı, lakin əlaqədar müəssisələrdən komponentlərin tədarükü gecikdiyi üçün istehsalın başlanması ləngidi. 22 dekabr 1990-cı ildən 30 iyun 2004-cü ilə qədər AvtoVAZ zavodunda seriyalı istehsal edilmişdir.
Aranza Vazkez
Corco Vazari
Corco Vazari (it. Giorgio Vasari; 30 iyul 1511[…], Arezzo, Florensiya Respublikası – 27 iyun 1574[…], Florensiya, Böyük Toskana hersoqluğu) —İtaliya rəssamı, Renessans mədəniyyətinin görkəmli nümayəndələrindən biri. == Həyatı == Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.
Lukas Vazkez
Lukas Vazkes İqlesas (1 iyul 1991) — Real Madridin və İspaniya millisinin hücumçusu. Lukas Vazkes 1 iyul 1991-ci ildə İspaniyanın Kurtis şəhərində dünüyaya gəlib. Hal-Hazırda Real Madrid klubunun şərəfini qoruyur. Peşəkar karyerasında yalnız ispan klublarının şərəfini qoruyub . Peşəkar karyerasında İspaniyanın Real Madrid C,Real Madrid B,Espanyol və Real Madrid komandalarında oynayıb .Həvəsgar karyerasında isə İspaniyanın Kurtis, Rusiyanın Ural İspaniyanın Real Madrid klublarında oynayıb . O,Real Madrid ilə 2 dəfə Uefa Çempionlar Liqasının, 1 dəfə La liqanın qalibi olub.
Mirzə Şəfi Vazeh
Mirzə Şəfi Vazeh (azərb. میرزا شفیع واضح‎; 1794, Gəncə – 16 noyabr 1852 və ya 1852, Tiflis) — Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoq. Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazaraq, bu dillərin poeziya ənənələrini inkişaf etdirirdi. Vazeh "ifadəli, aydın" deməkdir. Tiflisdə Azərbaycan və fars dillərindən dərs demişdir. Rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazmışdı. Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Onun şeirləri intim-lirik və satirik xarakteri daşıyırdı. Bundan başqa Vazeh poeziya tipli "Müdriklik dərnəyi"nin başında dayanırdı.
Mirzə Şəfi Vazeh muzeyi
Mirzə Şəfi Vazeh muzeyi — Gəncədə yerləşən Mirzə Şəfi Vazeh Muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Muzeyin açılışı 2017-ci il noyabrın 10-da baş tutub. Şəhərin "Gülüstan" ərazisində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanılıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatıb. İkimərtəbəli binada sərgi və konfrans zalları, inzibati otaqlar var. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan "Divani-Hikmət" ədəbi məclisinə aid xüsusi guşə yaradılıb. Muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb. Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər nümayiş olunur. Muzeydə Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları sərgilənir. Muzey 2 hektar ərazidə yerləşir. Muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Vaza (gəmi)
Vaza (isv. Vasa) — 1626-1628-ci illərdə tikilmiş İsveç döyüş gəmisidir. Gəmi 10 avqust 1628-ci ildə ilk səfərində limandan ayrıldıqdan dərhal sonra - 1 dəniz mili belə getmədən batmışdır. Gəmidəki ən qiymətli bürünc toplar çıxarıldıqdan sonra gəminin batdığı yer unudulmuşdur, ancaq 1950-ci ildə yenidən tapılmışdır. 24 Aprel 1961-ci ildə Stokholm limanının girişində - sıx dəniz nəqliyyatının olduğu bölgədə demək olar ki, heç köhnəlməmiş vəziyyətdə tapılmış və su səthinə çıxardılmışdır. Əvvəlcə bir muzeyə qoyulmuş gəmi daha sonra Stokholmdakı gəmiylə eyni adı daşıyan Vaza Muzeyinə köçürülmüşdür. İsveçin ən əhəmiyyətli turist cəlb edən mərkəzlərindən biri olan muzeyi 1961-ci ildən bugünə qədər 29 milyon adam ziyarət etmişdir. Gəmi dövrünün ağır gəmilərindən biri idi və kifayət qədər yüklənmişdi. Gəminin hərəkət başladığı bir neçə dəqiqə içində qüvvətli küləklə qarşılaşmış və batmışdır. Gəminin batmasında bir neçə faktorun təsiri vardır.
Vaza sülaləsi
Vaza sülaləsi - Müasir İsveç tarixini başlatmış və İsveç imperiyasını qurmuş sülalə. Vaza sülaləsi hakimiyyətə Kalmar Birliyinə etiraz olaraq doğmuş olan vətənpərvər hərəkatının verdiyi təkanla gəlmişdi. Qədim əsilzadə ailəsi olan Vaza ailəsinin başçısı olan Qustav Eriksson Danimarka kralı və Kalmar Birliyinin başçısı olan II Kristiana qarşı üsyan edərək İsveçi müstəqil krallıq etdi. Vaza sülaləsi dövründə Katolik etiqadı tərk edilərək Lüteranizmə keçildi. I Kristinanın könüllü taxtdan çəkilməsindən sonra İsveçdə taxt onun ögey qardaşı olan X Karla keçdi. Polşada II İohannın taxtdan çəkilib keşiş olmağa qərar verməsi ilə Vaza sülaləsinin hər iki ölkədə olan hakimiyyəti bitdi. Polşada hakimiyyət Mixail Vişneveskinin əlinə keçdi.
Vazari
Corco Vazari (it. Giorgio Vasari; 30 iyul 1511[…], Arezzo, Florensiya Respublikası – 27 iyun 1574[…], Florensiya, Böyük Toskana hersoqluğu) —İtaliya rəssamı, Renessans mədəniyyətinin görkəmli nümayəndələrindən biri. Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.
Vazeh Əsgərov
Vazeh Eldəniz oğlu Əskərov (15 oktyabr 1978, Bakı) — Strasburq Universitetinin doktoru, dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru. Azərbaycan-Fransız Universitetinin icraçı direktoru (2016–2023). Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru (2014–2015). Azərbaycan Dillər Universitetinin rektor müşaviri (2013–2014). Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib (5 mart 2021-ci il). Azərbaycan Fransa Məzunlar Assosiyasiyasının presidenti və təsisçisi — AAAF (2020) Azərbaycan Savat Döyüş Sənətləri Federasiyasinın vitse-prezidenti (2019) Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasıyasının prezidenti — ASEAF (2005–2012) 13 iyul 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi həvalə olunub. 19 mart 2024-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyev ili (1923–2003)" yubiley medalı ilə təltif edilib. Vazeh Əskərov 1978-ci ilin 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1985–1995-ci illərdə Bakı şəhəri 89 saylı və 101 saylı orta məktəbdə təhsil almışdır. 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.
Vazeh Əskərov
Vazeh Eldəniz oğlu Əskərov (15 oktyabr 1978, Bakı) — Strasburq Universitetinin doktoru, dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru. Azərbaycan-Fransız Universitetinin icraçı direktoru (2016–2023). Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru (2014–2015). Azərbaycan Dillər Universitetinin rektor müşaviri (2013–2014). Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib (5 mart 2021-ci il). Azərbaycan Fransa Məzunlar Assosiyasiyasının presidenti və təsisçisi — AAAF (2020) Azərbaycan Savat Döyüş Sənətləri Federasiyasinın vitse-prezidenti (2019) Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasıyasının prezidenti — ASEAF (2005–2012) 13 iyul 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi həvalə olunub. 19 mart 2024-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş "Heydər Əliyev ili (1923–2003)" yubiley medalı ilə təltif edilib. Vazeh Əskərov 1978-ci ilin 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1985–1995-ci illərdə Bakı şəhəri 89 saylı və 101 saylı orta məktəbdə təhsil almışdır. 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir.
Vazelin
Vazelin – neft emalı məhsulu; Bəzi bərk karbohidrogenlərin və ya onların qarışığının sürtkü yağlarında həll edib sulfat turşusu gillə təmizləməklə alınan məlhəməbənzər bircinsli kütlədir.
Vazgen Sarkisyan
Vazgen Zaveni Sarkisyan (erm. Վազգեն Զավենի Սարգսյան; 5 mart 1959, Dəvəli, Vedi rayonu – 27 oktyabr 1999, İrəvan) — erməni hərbi komandiri və siyasətçisi. O, Xocalı soyqırımını törədənlərdən biridir. 1991-ci ildən 1992-ci ilə qədər, sonra isə 1995-ci ildən 1999-cu ilə qədər Ermənistanın ilk müdafiə naziri olub. 11 iyun 1999-cu il tarixdən o il oktyabrın 27-dək öldürülməsinə qədər Ermənistanın Baş naziri vəzifəsini icra edib. 1980-ci illərin sonlarında Dağlıq Qarabağın Ermənistanla birləşməsi uğrunda kütləvi hərəkat zamanı şöhrət tapdı və Azərbaycan qüvvələri ilə ilk toqquşmalar zamanı erməni könüllü dəstələrinə rəhbərlik etdi. 1991-ci ilin sonlarında Ermənistan Sovet İttifaqından müstəqillik qazandıqdan dərhal sonra Prezident Levon Ter-Petrosyan tərəfindən Müdafiə Naziri təyin edildi. Sarkisyan Dağlıq Qarabağ Döyüşü zamanı erməni qüvvələrinin ən görkəmli komandiri oldu. Fərqli mövqelərdə 1994-cü ilədək, müharibəyə son qoyan atəşkəs əldə edilənə qədər müharibə bölgəsindəki hərbi əməliyyatları tənzimlədi. Müharibədən sonrakı illərdə Sarkisyan özünü Silahlı Qüvvələrə bağladı və özünü virtual güclü kimi göstərdi.
Vazgen Sarkisyan adına Hərbi Universitet
Vazgen Sarkisyan adına Hərbi Universitet Ermənistan Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən bir ali təhsil müəssisəsidir. Missiyası sülh və müharibədə müdafiə tapşırıqlarını yerinə yetirməyə qadir zabitləri hazırlamaq və yetişdirməkdir.
Vazgen Sislyan
Vazgen Sislyan (rus. Вазген Саргисович Сислян; 20 oktyabr 1956, Beyrut, Livan) — Fransa vətəndaşı, ASALA terrorçusu. Vazgen Sislyan 1981-ci ildə Parisdə Türkiyə səfirliyinin tutulmasında, Parisin Usman məhəlləsində 1991-ci ilin sentyabr ayında 60 girovu ələ keçirmək aksiyasında, 1991-ci ilin dekabr ayında Budapeştdə Türkiyə səfiri Bədrəddin Tünbaşa qəsddə iştirak edən qatildir. 34 yaşlı terrorçu Livandan turist adıyla İrəvana gəlib. 1992-ci ilin yanvar ayında oradan vertolyotla Xankəndinə göndərilib. Xocalı soyqırımında iştirak etməsi, burada ikigünlük türk çağalarını öldürməsiylə fəxr edir. «Moskovskiye novosti» qəzetinə verdiyi müsahibəsində o bəyan edir ki, beynəlxalq diqqəti «erməni məsələsi»nə cəlb etmək üçün zorakılıq siyasəti aparmağın böyük əhəmiyyəti var. Ermənistan prezidenti Robert Köçəryan tərəfindən Vazgen Sislyan Xocalı soyqırımında törətdiyi vəhşiliklərə görə Qarabağ müharibəsinin «qəhrəmanı» elan edilib.
Vazopressin
Vazopressin — əsas xüsusiyyətlərindən biri qan damarlarını daraltmaq və bu yolla qan təzyiqini artırmaq olan hormon. Bu, insanın təkamül prosesində xüsusi əhəmiyyətli faktordur. Bu təhlükəsizlik sisteminin işləməsi hərtərəfli planlaşdırılmışdır. Ürəyin mədəcik hissəsinə və ürəyə gedən damarların içinə qan təzyiqini ölçən xüsusi reseptorlar yerləşdirilmişdir. Məlumdur ki, insan qan təzyiqini ölçmək üçün texnoloji cihazlardan istifadə edir. Bu cihazlar bir çox müxtəlif elm sahəsinə mənsub mütəxəssisin birgə fəaliyyəti ilə icad edilmişdir və qabaqcıl texnologiya ilə istehsal edilir. Halbuki, ürəkdə eyni funksiyanı gözlə görünməyən çox kiçik molekullar həyata keçirirlər. Bu reseptorlardan çıxan sinirlər isə sanki kabel rabitəsi kimi hipofiz vəzinə bağlanıblar. Normal qan təzyiqi ilə bu reseptorlara daima impuls göndərilir və bu kabellər vasitəsilə hipofiz vəzinə müntəzəm elektrik axını ötürülür. Hipofiz vəzi isə bu siqnalları aldıqda vazopressin hormonunun ifraz edilməsini dayandırır.
Vazqir
Zokir Vazirov
Zokir Vazirov (6 may 1947, Sanqvor rayonu[d], Qarm vilayəti[d] – 3 sentyabr 2012, Bakı) — İslam sosial fəlsəfəsi və iqtisadiyyatı sahəsində mütəxəssis; Fəlsəfə elmləri doktoru, professor; Tacikistan Respublikası Baş nazirinin birinci müavini; Tacikistanın əmək və əhalinin sosial müdafiəsi naziri (2005–2007); Tacikistanın Azərbaycandakı səfiri (2008–2012) Zokir Vazirov 5 may 1948-ci ildə Tacikistanın Tavildar rayonunda anadan olmuşdur. 3 sentyabr 2012-ci ildə Bakıdakı Mərkəzi Klinik Xəstəxanasında ürək çatışmazlığından vəfat etmişdir. Düşənbə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini qırmızı diplomla bitirmişdir. Fəlsəfə elmləri doktoru, professor idi. İslam sosial fəlsəfəsi və iqtisadiyyatı sahəsində mütəxəssis olmuşdur. 200-dən artıq elmi əsərin müəllifidir. Tacikistan Respublikası Baş nazirinin birinci müavini və 2005–2007-ci illərdə Tacikistanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildən ömrünün sonuna kimi Tacikistanın Azərbaycandakı səfiri olub.
IV Vladislav Vaza
IV Vladislav Vaza (pol. Władysław IV Waza; 9 iyun 1595[…] – 20 may 1648[…], Merkine[d], Böyük Litva knyazlığı) — 6 fevral 1633-cü ildən Polşa kralı və Litva böyük knyazı (8 noyabr 1632-ci ildə seçkilərin elan edilməsi), 1610–1613-cü illərdə Moskva çarı və 1634-cü ilə qədər titulyarı, III Sigizmundun böyük oğlu. 14 fevral 1610-cu ildə Smolensk yaxınlığında kral Sigizmund ilə II Yalançı Dmitrinin düşərgəsindən olan səfirlik arasında bağlanan müqaviləyə əsasən, knyaz Vladislav pravoslavlığı qəbul edərək rus taxtına oturmalı idi. 1610-cu ilin yayında Vasili Şuyskinin üsyanı və devrilməsindən sonra yeni Moskva hökuməti (Yeddi boyar) Suxarev yatağındakı Zemski Soborda Vladislavı çar seçmiş, çar "Vladislav Jigimontoviç"in adından Moskva və Novqorodda qızıl və gümüş sikkələr zərb edilmişdir. O, 6 sentyabr 1610-cu ildə rus çarı kimi, Moskva hökuməti və sakinləri üçün and içmiş, ona gətirilən kral reqaliyasını almışdır. Ona və atasına əvvəlcədən vəd edilmiş daxili vətəndaş qarşıdurmasının hər iki rus tərəfinin barışması baş vermədiyi üçün 15 yaşlı şahzadə Moskvaya gəlməmiş, pravoslavlığı qəbul etməmiş və buna görə də padşah olmamışdır. 1612-ci ilin oktyabrında Moskvada knyaz Vladislavın boyar hökuməti devrilmişdir. 1613-cü ildə Mixail Fyodoroviç çar seçilmişdir. 1617–1618-ci illərdə Polşa Seymi tərəfindən həvəsləndirilən Vladislav uğursuz şəkildə Rusiya taxtını yenidən ələ keçirməyə cəhd etmiş, Deulino barışığına əsasən Moskva Polşaya müəyyən ərazi güzəştləri etmişdir. O, 1634-cü ildə Moskva böyük knyazı titulundan istifadə etməkdən imtina edərək və Polyanovka sülhü əsasında rus çar regaliyasını qaytararaq Rusiyaya qarşı iddialarından əl çəkmişdir.
Vazgen Manukyan
Vazgen Manukyan (13 fevral 1946, Gümrü) — Ermənistanın baş naziri (1990–1991). 1946-cı il fevralın 13-də Gümrüdə dünyaya gəlmişdir. A. P. Çexov adına İrəvan məktəbində oxuyub. İrəvan Dövlət Universitetini bitirmişdir. 1966–1967-ci illərdə Moskvada təhsil almışdır. Evlidir, 3 usağı var.

Значение слова в других словарях