Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paradəniz
Paradəniz — Göksu deltasında Mersin ili sərhədləri daxilində yerləşən laqun mənşəli göl. Deltadakı dörd göldən biridir. Göksu çayının Akdənizə töküldüyü sahənin qərbində yerləşir. Sahəsi 600 hektardır. Şimal-şərqdə Arkum, şimalda Qurtuluş məhəllələri, qərbdə deltanın digər böyük gölü olan Ağgöl yerləşir. Balıqçıların açdığı kanalla iki göl (Ağgöl və Paradəniz) birləşdirilmişdir. Paradənizin suları az duzludur, 0,2–0,3%-dir. Laqunu Akdənizdən ayıran qum təpəliklərində iki dəniz tısbağası növü yumurta qoyur. Paradəniz ilə Akdəniz arasında Qu quşu gölü (türkcə: Kuğu gölü), Paradənizin şərqində isə olduqca duzlu olan Arapalanı gölü yerləşir. Göl şimal-şərq və cənub-qərb istiqamətində uzanır.