Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prangos
Çaşır (lat. Prangos) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Cryptodiscus A.Schrenk Cryptodiscus Schrenk ex Fisch. & C.A.Mey.
Pranqos
Praqnos
Qlanost
Qlasnost (rus. гла́сность) və ya Aşkarlıq — SSRİ-nin son dövründə Mixail Qorbaçovun liderliyində ölkədə xüsusilə iqtisadi problemlərə son vermək məqsədiylə tətbiq siyasətlərin hamısına verilən addır. 1985-ci ildə tətbiq olunmağa başlamış, SSRİ-nin dağılmasıyla sona çatmışdır.
Eranos
Eranos, Yeranos — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Eranos kəndi rayon mərkəzindən 16 km məsafədə, Göyçə gölünün yaxınlığında yerləşir. Erməni mənbələrində kəndin adı həm də Yaranos formasında qeyd edilmişdir. == Toponimi == Toponim aran (eran) etnoniminə -os şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.1728-ci ilə aid mənbədə Qarni nahiyəsində kənd adı kimi göstərilmişdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Azərbaycan xalqının atnogenezində mühüm rol oynamış qədim türk mənşəli Aran tayfasının adını əks etdirir. Kəndin adı Aran tayfasının adından və yunan mənşəli "os" şəkilçisindən ibarətdir. Azərbaycanın qədim tarixində üç mə'nada "Aran" sözü iştirak еdir.
Prangos acaulis
Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir.
Arnoşt Bart
Arnoşt Bart (y.sorb Arnošt Bart, Brězynčanski; 29 avqust 1870, Litten[d] – 15 fevral 1956, Brizinq[d]) — Sorbialı siyasətçi və ictimai xadim. Sorbia mədəni-ictimai "Domovina" cəmiyyətinin yaradıcılarından biri və onun ilk sədri (1912-1927). == Bioqrafiya == 29 avqust 1870-ci ildə Kubşuts kommunasının Letonun kəndində serb kəndli ailəsində anadan olub. 1885-1888-ci illərdə Bautzendəki peşə məktəbində təhsil alıb. Təhsildən sonra o, tək Avropanı yox həmdə Fransa, Rusiya və Avstriya-Macarıstanı səyahət edir. 1890-cı ildə vətənə qayıdır və həmin il Sorb təhsil təşkilatı "Matitsa Serbian"a qoşulur. Sorb kəndliləri arasında mədəni və ictimai tədbirlərdə iştirak etmişdir. Eyni zamanda o, sakson mühafizəkarlarının fikirlərini dəstəkləyərək siyasi fəaliyyətlərdə iştirak edirdi. 1912-ci ildə "Domovina" sorb ictimai təşkilatının yaradıcılarından biri idi. 1918-ci ildə Saksoniyada baş verən Noyabr inqilabı zamanı o, Milli Sorb Komitəsinin qurucusu olur.
Arnoşt Muka
Arnoşt Muka (a.sorb Arnošt Muka; 10 mart 1854 – 10 oktyabr 1932, Bautzen) — Sorb pedaqoqu və ictimai xadim. Sorb muzeyinin və Bautzendəki Sorb Evinin yaradıcısı. == Bioqrafiya == Arnoşt Muka 19-20-ci əsrlərin ən görkəmli sorb humanistlərindən biri hesab olunur və Sorb milli şüurunun inkişafına əhəmiyyətli töhfələr verir. 1874-1879-cu illərdə Leypsiq Universitetində oxuyub, burada klassik filologiya və slavyanşünaslıq üzrə təhsil alıb. 1875-ci ildə Sorb gimnaziyasının şagirdləri üçün "Schadźowanka" adlı ilk gənclərin yay düşərgəsi-festivalını təşkil edib. 1879-cu ildən Zittauda, daha sonra Bautzendə gimnaziyada müəllim olub. Gənc yaşlarından Lusatian mədəni və elmi hərəkatında iştirak etməyə başladı. 1882-86-cı illərdə " Łužica " jurnalının redaktoru, 1884-1932-ci illərdə isə " Časopis Maćicy Serbskeje " jurnalının redaktoru olub. 1884-1886-cı illərdə bu jurnalın səhifələrində o, sorblərinin sayı, məskunlaşması, sosial quruluşu və təhsil səviyyəsi haqqında statistik məlumatları təqdim edən "Statistika Łužiskich Serbow" demoqrafik tədqiqatını dərc edib. Onun qətiyyəti və təşkilatçılıq istedadı sayəsində 1904-cü ildə Bautzendə Sorb evi açıldı.
Yohan Franst Enke
Yohan Franst Enke (23 sentyabr 1791[…], Hamburq – 26 avqust 1865[…], Berlin və ya Şpandau[d]) - alman astronomu. 1825-1863-cü illərdə Berlin rәsәdxanasının direktoru olub. Berlin astronomik salnamәsini nәşr edib. Enke kometinin orbitini öyrәnmiş vә aşkar etmişdir ki, bu kometin dövrü müntәzәm azalır. Veneranın Günәş halqasından keçmәsinin müşahidәsinә әsasәn Günәş parallaksının qiymәtini tәyin etmişdir.
Yan Arnost Smoler
Yan Arnost Smoler (y.sorb Jan Arnošt Smoler, alm. Johann Ernst Schmaler‎; 3 mart 1816 – 13 iyun 1884, Bautzen, Saksoniya) — sorb filoloqu və yazıçısı. 19-cu əsrdə sorbların milli intibah dövrünün ən mühüm nümayəndələrindən biri olmuşdur. == Bioqrafiya == Yan Arnost Smoler 1816-cı ildə Sorbianın Prussiya hissəsində, Hoyersverdadan uzaq olmayan Luço kəndində anadan olmuşdur. Atası Korla Yan Smoler Loza kəndində xidmət edən protestant müəllim idi. Yan Smoler Lozada ibtidai məktəbdə oxuyub. 1827-ci ildə Smoler Bautzen Gimnaziyasına daxil olur. 1836-cı ildə gimnaziyanı bitirdikdən sonra Breslau Universitetinin İlahiyyat fakültəsinə daxil olmuş və 1840-cı ilə qədər burada oxumuş. 1840–1845-ci illərdə şair Çelakovskinin rəhbərliyi altında oxuduğu slavyan dilçiliyi və ədəbiyyatı ilə maraqlanmışdır. Artıq gimnaziyada Smoler digər tələbələrlə Sorb dilini öyrəndiyi bir dərnəyi təşkil edirdi.
Levon Panos Dabağyan
Levon Panos Dabağyan (11 noyabr 1933, Aksaray[d] – 7 may 2017, İstanbul) — erməni əsilli türk jurnalist, yazıçı. "Önce Vatan" qəzetində köşə yazıları yazır. Milliyətçi Hərəkat Partiyası və Alparslan Türkeş haqqında kitab yazan ilk ermənidir. Türk tarixində ermənilərə qarşı soyqırım olmadığını deyir. 1915-ci il Türkiyənin şərqində ermənilərin üsyan çıxardıqdan sonra ərazidən köçürüldükləri fikrini müdafiə edir. == Həyatı == Levon Panos Dabağyan 1933-cü ilin 11 noyabrında Yenikapıda Kirkor Karacıyan və Siranuş Dabağyan adlı ermənilərin ailəsində anadan olub. Ata tərəfi Vandan Kastamonuna, oradan da İstanbula köçən Karacıyanlılara, ana tərəfi isə Ərzurum-Van bölgəsindən İstanbula köçən Dabagyanlar nəslinə mənsubdu. Dabagyan ailəsi erməni Apostol Kilsəsinə aiddir. 1954-cü ildə hərbi xidmətdə olarkən, dənizçi olmaq üçün daha 36 ay xidmət keçməyə hazır olduğunu bildirmişdir . 1959-cu ildə Eliz adlı xanımla ailə qurdu.