Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Pune
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Daft Punk
Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar. Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü. 2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.
Güns buzlaşması
Mayk Pens
Maykl Riçard Pens (ing. Michael Richard "Mike" Pence; 7 iyun 1959[…]) — Amerikalı Respublikaçı siyasətçi, İndiana ştatının 50-ci qubernatoru və Amerika Birləşmiş Ştatlarının 48-ci vitse-prezidenti. 2000-ci ildə ABŞ Nümayəndələr Palatasına seçilmişdir. Mayk Pens 1959-cu ildə ABŞ-nin İndiana ştatının Kolumbs şəhərində anadan olmuşdur. Hanover Kollecini bitirdikdən sonra İndiana Universitetinin Robert Makkinli hüquq məktəbində hüquqşünaslıq üzrə təhsil almışdır. 1988, 1990-cı illərdə ABŞ Konqresinə namizəd olsa da, seçilməmişdir. 1994–1999-cu illərdə siyasi və tənqidi fikirləri məşhurlaşmış, televiziya və radio verilişlərinə rəhbərlik etmişdir. 2000-ci ildə İndiana ştatından ABŞ Nümayəndələr Palatasına seçilmiş və 2013-cü ilə qədər bu vəzifədə qalmışdır. Mayk Pens siyasi karyerasında daha çox Çay partiyası hərəkatının ideoloqu və təəssübkeşi kimi tanınmışdır. 2012-ci ildə İndiana ştatının 50-ci qubernatoru seçilmiş, 2013-cü ilin yanvar ayından etibarən vəzifələrinin icrasına başlamışdır.
Post punk
Postpank (ing. Post-punk) — 1970-ci illərin ortalarından pank rokun məşhurlaşmasından sonra yaranmış rok musiqi hərəkatı. Hər nə qədər bu janrın kökü punk roka çıxsa da post pank daha içə dönük və eksperemental janrdır. Post pank indie musiqi və pankı məşhurlaşdırmış,alternativ rokun yaranması üçün zəmin yaratmışdır. Post pank həm də Yamayka dub musiqisindən (əsasən bas gitara istifadəsində) və Amerikan fankından təsirlənmiş, studiya işlərində eksperementallığı ön plana çıxarmışdır.
Puni (En)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
İvan Puni
İvan Puni (rus. Иван Пуни, fr. Jean Pougny; 22 mart (3 aprel) 1890[…] və ya 1894, Repino[d] – 28 dekabr 1956[…], Paris) — rus əsilli avanqard rəssam (Suprematist, Kubist). İvan Puni 20 fevral (4 mart) 1894-cü ildə Kuokkalada (indiki Rusiyada Repino) İtalyan mənşəli bir ailədə anadan olub. O, görkəmli İtalyan bəstəkarı, Cesare Puninin nəvəsidir. 1909–1910-cu illərdə Parisdə Julian Akademiyasında və müxtəlif atelyelərdə təhsil aldı. İvan Puni 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lübov Popova, İvan Kliun, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nadejda Udaltsova, Nina Genke və başqaları) olduğu, Supremus qrupuna qatıldı. 1915–1916-cı illərdə İvan Puni digər suprematist rəssamlar ilə Verbovka Kəndi Xalq Mərkəzində işləyib. 1919-cu ildə o, Vitebsk İncəsənət Məktəbində dərs verdi. İvan Puni Kseniya Boquslavskaya ilə evləndi.
Puni dili
Pun dili və ya puni dili — sami dilləri ailəsindən Finikiya dilinin ölmüş bir növü. Şimal-qərb Afrikasında və bir neçə Aralıq dənizi adalarında klassik antik dövr boyunca Puni xalqı tərəfindən, eramızın 8-ci əsrindən eramızın 6-cı əsrinə qədər danışılmışdır.
Art punk
İmocen Puts
İmogen Pots (ing. Imogen Poots; 3 iyun 1989, Çizik[d], Böyük London) — ingilis aktrisası və modeldir. Pots 3 iyun 1989-cu ildə Londonun Hammersmith şəhərində irlandiyalı televiziya prodüseri Trevor Poots və ingilis jurnalist Fiona Qudallın qızı olaraq anadan olub. O, Brook Greendə qızlar üçün Bute House hazırlıq məktəbində, Cənubi Kensinqtonda Queen's Gate məktəbində və Londonun Hammersmith şəhərində Latymer Upper Schoolda oxuyub və burada 3A-ALevel əldə edib. İmogenin model kimi fəaliyyət göstərən Aleks adında böyük qardaşı vardır. Uşaq ikən İmogen baytar olmaq niyyətində idi, lakin bir gün şəxsən baytarlıq klinikasında əməliyyat zamanı qan görməsi İmogenin özünü pis hiss etməsinə səbəb olmuşdur. 14 yaşında gələcək aktrisa YoungBlood şirkətinin Hammersmithdəki teatr seminarında iştirak etməyə başlayır. Teatr studiyasının tərkibində o, nəinki aktyorluğu öyrənir, həm də improvizasiya və ssenaristliyin sirlərinə malik olur. Məhz o zaman Pots gələcəkdə nə etmək istədiyini başa düşür. 2008-ci ildə imtahanları müvəffəqiyyətlə verərək İmogen Londondakı Courtauld İncəsənət İnstitutunda təhsil almaq üçün qrant alır, lakin həmin zamanlarda o, artıq çəkilişlərlə məşğul olduğu üçün təhsilini iki il təxirə salmalı olur.
PULS (RYAS)
PULS və ya LYNX — İsrail Hərbi Sənayesi (IMI Systems) tərəfindən istehsal edilmiş və İsrail Silahlı Qüvvələri başda olmaqla bir çox ölkənin orduları tərəfindən istifadə edilən reaktiv yaylım atəş sistemidir. Ümumilikdə 40 reaktiv yaylım atəş raketini üstündə daşıya bilən LYNX-ın maksimum mənzili 250 km-dir. Beynəlxalq yermüəyyənetmə sistemi (GPS) ilə inteqrasiya olunmuş formada işləyən RYAS 370 mm çapa qədər olan raketləri dəstəkləyir. == Təchizatı == “Lynx” YARS-ın standart təchizatına aşağıdakılar daxildir: müasir ətalətli tuşlanma sistemi (ANN) qabaqçıl FCS İNS Metrologiya sistemi İlkin müşahidə Hava kəşfiyyatı C4I (şəbəkə əməliyyatları üçün) == Üstünlükləri == “Lynx” müxtəlif artilleriya və taktiki raketlərinin buraxılması üçün nəzərdə tutulan avtonom və universal modula malik çoxməqsədli yaylım atəşli reaktiv sistemdir. “Lynx” iqtisadi cəhətdən çox sərfəli yaylım atəşli reaktiv sistemdir, ondan 122 mm-dən 300 mm-ə qədər çapa malik müxtəlif təyinatlı “Qrad”, LAR, ACCULAR, MLRS-TCS, “Extra” daxil olmaqla 5 tip raketdən, o cümlədən bəzi qanadlı raketlərdən atəş açmaq mümkündür. Raketlərin çapına görə sistemin üzərindəki paketin konteyner sayı dəyişir. Raketlərin vəzifələrinə görə daşıdığı döyüş başlığının tərkibi dəyişə bilər. Onlar qəlpəli, yandırıcı, işıqlandırıcı, tüstü, fuqas və ya tank əleyhinə elementlərə malik döyüş başlıqları ilə təchiz edilə bilər. “Lynx” şassisi yüksək dəqiqlikli, qanadlı “Delilah-GL” raketlərinin, eləcə də 280 km maksimum atəş məsafəsinə sahib LORA və digər operativ taktiki raketlərin buraxılması üçün atıcı qurğu kimi də istifadə edilə bilər. YARS-ların sursatları birdəfəlik hermetik qapalı paket-konteynerlərə fabrikdə yüklənir, onlar nəqliyyat konteyneri və atıcı qurğu kimi istifadə edilir.
Məclisi-üns
“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı. 1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı. Məclis 2022-ci ildə bərpa edilmşdir.
Pun dili
Pun dili və ya puni dili — sami dilləri ailəsindən Finikiya dilinin ölmüş bir növü. Şimal-qərb Afrikasında və bir neçə Aralıq dənizi adalarında klassik antik dövr boyunca Puni xalqı tərəfindən, eramızın 8-ci əsrindən eramızın 6-cı əsrinə qədər danışılmışdır.
Pun müharibələri
Pun müharibələri (e.ə. 264–146, adı punlardan, yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264–241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218–201) Karfagenin qisas cəhdindən doğmuşdu.
Üns teatrı
"Üns Yaradıcılıq Səhnəsi" teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.
A Thousand Suns
A Thousand Suns – Linkin Parkın 4-cü studiya albomudur. İlk dəfə 8 sentyabr 2010 tarixində Yaponiyada satışa çıxarılmışdır. Sentyabrın 14-də isə Avropada satışa çıxarılmışdır. Albomun çıxma tarixini ilk dəfə 6 iyul 2010 tarixində Mayk Şinoda açıqlamışdır. Bu albomun hazırlanmasında Linkin Park, Rik Rubin ilə bərabər işləmişlər. Albomun ilk sinqlı The Catalyst 2 avqust 2010 tarixində şatışa çıxartılmışdır. İkinci sinql isə Waiting for the End adı altında 5 oktyabr tarixində çıxmışdır. Hal-hazırda Linkin Park albomun konsertlərini gerçəkləşdirir. == Albomun hazırlanması və yayımlanması == 2008-ci ilin əvvəlində albomun yazılmasına başlandı. İlk əvvəllər mahnı yazma bir qədər yavaş gedirdi.
Guns N' Roses
Guns N’ Roses — 1985-ci ildə Los-Anceles, Kaliforniyada Axl Rose tərəfindən qurulmuş amerikan rok qrupudur. == Qrup haqqında == Qrup 1987-ci ildə Geffen Records şirkəti tərəfindən buraxılan ilk tam format Appetite for Destruction albomu ilə bütün dünyada məşhurluq qazandı. Guns N’ Roses — albomları bütün dünyada 100 milyondan çox satan ən müvəffəqiyyətli qruplardandır. "Appetite For Destruction" dünya səviyyəsində 25 milyondan çox sataraq böyük bir müvəffəqiyyət qazandı. Albomun hazırlanan ilk qapağı vəhşilik ehtiva etdiyi üçün musiqi firmaları tərəfindən rədd edilmişdi. Daha sonra Axl Rose'un qolundakı döymənin istifadə edildiyi məşhur üz qabığı yayımlandı. Albom bütün zamanların ən çox satan debut (bir ifaçı və ya qrupun ilk albomu) albomu olma xüsusiyyətini də daşıyır. Albom bütün dünyada musiqi siyahılarının zirvəsinə yerləşərkən qrup da dünya səviyyəsində konsertlər verməyə başlamışdı. Bu gün bir klassik sayılan albom hələlik nüfuzlu musiqiçilər tərəfindən gəlmiş keçmiş ən yaxşı hard rok albomu qəbul edilir. Albom, 25 il sonra bu gün yeni nəsil rok musiqiçilərinin də ilham qaynağı olmaqdadır.
Guns N’ Roses
Guns N’ Roses — 1985-ci ildə Los-Anceles, Kaliforniyada Axl Rose tərəfindən qurulmuş amerikan rok qrupudur. == Qrup haqqında == Qrup 1987-ci ildə Geffen Records şirkəti tərəfindən buraxılan ilk tam format Appetite for Destruction albomu ilə bütün dünyada məşhurluq qazandı. Guns N’ Roses — albomları bütün dünyada 100 milyondan çox satan ən müvəffəqiyyətli qruplardandır. "Appetite For Destruction" dünya səviyyəsində 25 milyondan çox sataraq böyük bir müvəffəqiyyət qazandı. Albomun hazırlanan ilk qapağı vəhşilik ehtiva etdiyi üçün musiqi firmaları tərəfindən rədd edilmişdi. Daha sonra Axl Rose'un qolundakı döymənin istifadə edildiyi məşhur üz qabığı yayımlandı. Albom bütün zamanların ən çox satan debut (bir ifaçı və ya qrupun ilk albomu) albomu olma xüsusiyyətini də daşıyır. Albom bütün dünyada musiqi siyahılarının zirvəsinə yerləşərkən qrup da dünya səviyyəsində konsertlər verməyə başlamışdı. Bu gün bir klassik sayılan albom hələlik nüfuzlu musiqiçilər tərəfindən gəlmiş keçmiş ən yaxşı hard rok albomu qəbul edilir. Albom, 25 il sonra bu gün yeni nəsil rok musiqiçilərinin də ilham qaynağı olmaqdadır.
Senecio puna-sessilis
Senecio puna-sessilis (lat. Senecio puna-sessilis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Üns Yaradıcılıq Səhnəsi
"Üns Yaradıcılıq Səhnəsi" teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.
Mana Puls Milli Parkı
Mana Puls Milli Parkı — Zimbabvenin şimalında 219,600 hektar ərazini əhatə edən vəhşi təbiəti mühafizə zonası və milli parkdır. Bura, aşağı Zambezi çayının hər yağış mövsümündən sonra düzənliyin geniş bir göl sahəsinə çevrildiyi bir regionudur. Göllər daha sonra getdikcə quruyur və geri çəkilir. Bu zaman bölgə bir çox iri heyvanı su axtarışına cəlb edir və bura, Afrikanın ən məşhur araşdırma bölgələrindən birinə çevrilir. Park 1984-cü ildə Sapi Safari bölgəsi (118,000 ha) və Çivour Safari sahəsi (339,000 ha) ilə birlikdə (ümumi 676,600 ha) UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Mana Puls həmçini, 3 yanvar 2013-cü il tarixində beynəlxalq əhəmiyyətli Ramsar bataqlıq ərazisi təyin edilmişdir. == Etimologiya == Mana şona dilində "dörd", Pool isə ingilis dilində "hovuz" deməkdir və parkın bu adı orta Zambezi yaylaları tərəfindən meydana gələn dörd böyük daimi hovuza istinad edir. == Ekologiya == Bu 2500 kvadrat kilometrlik çay sahili, adalar, qum sahələri və hovuzlar, maxaqoni, yabanı əncir, eboniya və baobab meşələri ilə əhatə olunmuş ərazilər Cənubi Afrikanın ən az inkişaf etmiş milli parklarından biridir. Park ölkədəki ən böyük begemot və timsah konsentrasiyasına və zebra, fil və Afrika kəlinin böyük quraqlıq mövsümdə ən böyük məməli populyasiyalarına malikdir. Bu ərazidə şir, hepard, Afrika vəhşi iti, bəbir və qonur kaftar da daxil olmaqla yaxın təhlükə altında olan növlər də mövcuddur.
Apus apus
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar".
Eunus
Yevn (yun. - Eunus) (? - e.ə.132, Enna) - Siciliya adasında birinci qul müharibəsinin rəhbəri (e.ə. 138-e.ə. 132). == Həyatı == Mənşəcə suriyalı idi. Üsyançılar onu Antiox adı ilə çar elan etmişdilər. E.ə. 132-ci ildə Roma konsulu Rupili tərəfindən əsir alınmış və həbsxanada işgəncə ilə öldürülmüşdü.
Quaş
Quaş (Sulu boya) — daha çox sıx və tutqun yapışqanlı, suda həll olunan rəngli boya növüdür. Quaş termini əvvəlcə Fransada XVIII əsrdə yarandı, ancaq bu rəngin yaradılması texnikası çox-çox əvvəllər — orta əsrlərlərə Avropada istifadə olunurdu. Orta əsrlərlərə kitab miniatürləri artıq adi akvarellə kombinasiyada sulu boyayla yerinə yetirilirdi. İntibah dövrünün rəssamları eskizlər, kartonlar və başqa hazırlıq işlərləri üçün, həmçinin portret miniatürləri üçün sulu boyanın texnikasını tətbiq edirdilər. Sulu boyanın texnikasının çiçəklənməsi XIX əsrin sonu — XX başlanğıcına təsadüf edir. Rusiyada rəssamlar birliyinin "İncəsənət Dünyası" quaşın (sulu boyanın) dekorativ keyfiyyətlərindən istifadə edərək böyük sənət əsərləri yaratdılar. Quaş tipli rənglər ağ boyaqlara (ruşullara) rəngli piqmentlərin və yapışqanların əlavə edilməsiylə hazırlanır. Ağ rəngli sulu boya ilə (ruşulların) rəng qatışığından alınan quaşa tutqun rəng zərifliyi (lətifliyi) verir, amma boyadan istifadə zamanı onun qurudulması vaxtı bir qədər vaxt aparır ki, rəsm çəkmə prosesində hər bir rəssam bunu nəzərə almalıdır. Quaş tipli boyaların köməyi ilə tünd tonları işıqlı tonlarla əvəz etmək daha asan olur. Sulu boya işlənmiş (çəkilmiş) rəsm və ya təsvir rütubətli yerdə saxlanılan zaman daha daha tez rənglərin tonu dəyişir.
Qüds
Qüds (ərəb. القدس‎ əl-Qüds ) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim ) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri. İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır. Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə.
Buds
Buds — ABŞ sörf-rok musiqi qrupu Surf Curse-ün debüt studiya albomu. 21 iyun 2023-cü ildə buraxılıb. Alboma daxil olan "Freaks" mahnısı 2020-ci illərin sonlarında TikTok-da populyarlıq qazanmışdır.