Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zuyevka
Zuyevka — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Suteska Milli Parkı
Sutyeska Milli Parkı (bosn. Nacionalni park Sutjeska) — Bosniya və Herseqovinanın 3 milli parkından biri. 1962-ci ildə qurulmuşdur və Bosniya və Herseqovina ilk milli parkıdır. Ölkənin ən hündür dağı olan 2389 metrlik Maqliç dağı Monteneqro ilə sərhəddə — məhz bu milli parkda yerləşir. Bu dağ silsiləsinin Monteneqroda qalan hissəsi Trnovaçko gölünü əmələ gətirir. Avropanın son iki ibtidai meşəsindən birinə sahib olan Peruçitsa Ciddi Qorunan Təbiət Qoruğu milli parkın tərkib hissəsidir. İkinci dünya müharibəsi zamanı 1943-cü ildə burada Sutyeska döyüşü baş vermişdir. EUROPARC Federsiyasının üzvüdür. == Tarixi == Milli park Bosniya və Herseqovinanın ən qədim milli parkıdır. İkinci dünya müharibəsində döyüşlərə şahid olduğuna görə bu əraziyə 1962-ci ildə milli park statusu verilmişdir.
Pooriə Putək
Pooriə Putək (27 iyun 1991-ci il)— iranlı reper, bəstəkar, prodüser, YouTuber və etiket sahibidir. == Həyatı == Pooria Arab 27 iyul 1991-ci ildə Tehran, İranda anadan olub. Məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir.Pooria məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Tehran şəhərində iki aylıq hərbi təhsilini başa vurduqdan sonra Pooria Tehranın İnformasiya Mühafizəsi Mərkəzinə silah təchizatı şöbəsinə köçürüldü. beş ay sonra Pooria ordunu tərk edir və daha sonra, 2012-ci ildə sinir sistemi xəstəliyi səbəbindən hərbi xidmətə girə bilməməsinin rəsmi təsdiqini alır.Purianın atası oğlunu siyasi mövzular və İrandakı mövcud rejimin ümumi narazılığı ilə əlaqəli təhlükələrdən qorumaq üçün onu ali təhsil almaq üçün xaricə göndərmək qərarına gəlir. Həmin illərdə Putak İranın underground rep cəmiyyətinə Həmid Manfinin prodüseri olduğu "Nasakh" adlı ilk albomunu təqdim edir.
Jeni Bojilova-Pateva
Jeni Bojilova-Pateva (bolq. Жени Божилова-Патева; 1 dekabr 1878 – 17 iyun 1955, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqar müəllim, yazıçı, qadın hüquqları müdafiəçisi və pasifist hərəkatlarda iştirak etmiş suffrajist. 1893-cü ildə pedaqoji təhsili aldıqdan sonra müəllimliyə başlayıb. Lakin 1898-ci ildə evli qadınların hüquqlarını məhdudlaşdıran qanun qəbul edildikdən sonra müəllimlik fəaliyyəti qadağan edilib. Jeni Bojilova-Pateva elə həmin il beynəlxalq qadın hərəkatında iştirak edərək ictimai fəallığa və jurnalistika sahəsinə keçib. 1901-ci ildə Bolqarıstan Qadınlar Birliyinin yaradıcılarından biri olub. 1905-ci ildə Burqasda "Özünüdərk" feminist qrupunu qurub və 25 il onun sədri olub. “Qadınların səsi” jurnalının redaktoru kimi o, Bolqarıstanda və xaricdə qadın hərəkatının inkişafı, eləcə də qadınları narahat edən problemlər haqqında məqalələr dərc edib. O, karyerası ərzində 500-dən çox məqalə və kitab nəşr etdirib. Jeni Bojilova-Pateva 17 iyun 1955-ci ildə kommunist rejiminin onun əlindən bütün mülk və əmlakını alması səbəbindən Sofiyada yoxsulluq içində vəfat edib.
Bağdada putyovka var... (film, 2000)
Bağdada putyovka var... tammetrajlı televiziya film-tamaşası rejissor Məhərrəm Bədirzadə tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film-tamaşanın qəhrəmanı Qürbət sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım isə pul düşkünü bir qadındır. Onlar yeni mənzilə köçürlər. Lakin bu mənzilin keçmiş sakini olan Əzizov familiyalı naməlum şəxsə naməlum adamlar hədiyyələr, paylar gətirməyə başlayırlar və hadisələrin məcrası bundan sonra dəyişir. Əsas rolları Naibə Allahverdiyeva, Valeh Kərimov, Yasin Qarayev, Gülşən Qurbanova, Məsmə Aslanqızı, Tofiq Hüseynov və Kübra Dadaşova ifa edirlər. == Məzmun == Film-tamaşanın qəhrəmanı Qürbət (Valeh Kərimov) sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım (Naibə Allahverdiyeva) isə pul düşkünü bir qadındır.