Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pustoy adası
Pustoy adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasından 700 metr qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında kiçik adalar vardır: Kolosov adaları 9 km cənubda, Zabor 6,4 km cənubda və Blizkiy adası 4,5 km cənub-şərqdə yerləşir. == Xüsusiyyətləri == Şimal-qərbdən cənub-şərqə 1,3 km uzunluğa, 800 metr enə malikdir. Hündülüyü böyük deyil. Ada alcaqboylu otlarla örtülü olur.
Lesnoy
Lesnoy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Volfqanq Puşniq
Volfqanq Puşniq ing. Wolfgang Puschnig (21 may 1956, Klaqеnfurt) — avstriyalı caz musiqiçisi (Saksofon, Fleyta, klarnet) və bəstəkardır. == Tərcümeyi-halı == Vyana Konservatoriyasında saksafon və fleyta üzrə təhsil aldıqdan sonra Puşniq 1970-ci illərin ortalarında Vyana İncəsənət Orkestrinin qurucu üzvlərindən biri olmuşdur. Burada 1989-cu ilə qədər çalışmışdır. Eyni zamanda bu müddət ərzində o, müxtəlif musiqi qruplarında üzv olmuşdur. 1991-ci ildə caz musiqiçiləri ilə birlikdə çalışmağa başlamışdır. ( JazzFest Berlin 2006, Musikfest Waidhofen / Thaya 2007). Bundan əlavə, o, dəfələrlə Koreyanın SamulNori adlı zərb alətləri ansamblı ilə birgə çıxış edib. Puşniq həmçinin Vyana Musiqi və İfa Sənəti Universitetinin professorudur. == Mükafatları == 1998: Hans Koller mükafatı "İlin caz musiqiçisi" 2003: Karintiya Mükafatı 2004: Klagenfurt Universitetinin fəxri doktoru adını alan ilk musiqiçi 2016: Karintiya Zabit Xaç Ordeni 2022: Karintiya mədəniyyət Mükafatı (alm.
Belqard-Pusyo
Belqard-Pusyö (fr. Bellegarde-Poussieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38037. Kommunanın 1999-cu il üçün əhalisi 851 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 65 km qərbdə yerləşir.
Kunoy adası
Kunoy(far. Kunoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 135 nəfər yaşayır. Sahəsi 35.5 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 830 m-dir. == Şəxsiyyətləri == Simun av Skardi — farerli şair, siyasətçi və yazışı. Farer adalarının himnini yazmışdır.
Puşino-na-Nare
Puşino-na-Nare — Rusiyada, Moskva vilayətinin Serpuxov şəhərində yerləşən malikanə, memarlıq abidəsi. == Tarixi == Bu malikanənin tarixi XVIII əsrin sonu XIX əsrə aiddir. Oktyabr inqilabından sonra burada lazaret yerləşib. 13 oktyabr 1975-ci ildən memarlıq abidəsi kimi qeydiyyatdadır. Son zamanlaradək qəza vəziyyətində olub. 2014-cü ilin martında bərpa üçün özəl investor olan "ASG" şirkətinə verilib. Müqaviləyə əsasən, bərpa işləri başa çatdıqda investor obyekti güzəştli şərtlərlə (1 kv. m üçün 1 rubl) 49 il müddətinə icarəyə götürə bilər.